Məhkəmə qərarları › İş №2(014)-574/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-574/2020

27.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-574/2020 27.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbəsinə qarşı Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ağdaş rayon Qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1968-ci ildə anadan olmuş X2 xx xxx 1968-ci il tarixdə, xx xxxx 1971-ci ildə anadan olmuş X3 xx xxxx 1971-ci il tarixdə,xx xxx 1972-ci ildə anadan olmuş X1 xx xxxx 1972-ci ildə və xx xxxx 1973-cü ildə anadan olmuş X4 isə xx xxxxxx 1973-cü il tarixdə Ağdaş şəhərində ölmələri faktının müəyyən edilməsinə və Ağdaş rayon Qeydiyyat şöbəsində müvafiq ölüm faktlarının ölüm akt qeydləri kitabında qeydə alınmasına dair qətnamə çıxarılmasınıxahişetmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, onun atası X13 xx xxxxxx 2009-cu ildə, anası X10 isə xx xxxxxx 2015-ci ildə Ağdaş şəhərində vəfat etmişlər. Valideynlərindən miras qalmış ev ilə əlaqəli sənədləşmə işləri apararkən dörd nəfər qardaş bacısının olduğu və körpə yaşlarında vəfat etdikləri ona məlum olmuşdur. Belə ki, qardaşı xx xxxxxx 1968-ci il təvəllüdlü X7 xx xxx 1968-ci il tarixdə, xx xxxx 1971-ci ildə anadan olmuş X8 xx xxxx 1971-ci il tarixdə, xx xxx 1972-ci ildə anadan olmuş X5xx xxxx 1972-ci ildə və xx xxxx 1973-cü ildə anadan olmuş X11 isə xx xxxxxx 1973-cü il tarixdə Ağdaş şəhərində vəfat etmişlər. Qardaş və bacılarının hər dördü Ağdaş şəhər qəbiristanlığında qonşuların və qohum-əqrəbaların iştirakları ilə dəfn edilmişlər. Onlarınn yas mərasimlərində qonşular və qohum-əqraba iştirak etmişlər. Övladları X7, X8, X5 və X11 vəfat etdikləri günədək Ağdaş şəhərində qeydiyyatda olmuşlar. Lakin bəzi səbəblərdən və səhlənkarlıqdan onların heç birinə ölüm haqqında şəhadətnamə alınmamışdır. Mərhum qardaş və bacıları X7, X8, X5 və X4 ölüm qeydinin aparılması ilə bağlı Ağdaş rayon Qeydiyyat şöbəsinə müraciət edilmişdir. Lakin Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən mərhumların ölümü haqqında akt qeydinin Ağdaş rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmaması səbəbindən məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Hazırda qardaş bə bacıları X7, X8, X5 və X4 ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etmişdir. Odur ki, ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X14 məhkəmə iclasında ifadə verərək Ərizəçi qardaş və bacısı olan xx xxxxxx 1968-ci ildə anadan olmuş X2 xx xxx 1968-ci il tarixdə, xx xxxx 1971-ci ildə anadan olmuş X3 xx xxxx 1971-ci il tarixdə,xx xxx 1972-ci ildə anadan olmuş X1 xx xxxx 1972-ci ildə və xx xxxx 1973-cü ildə anadan olmuş X4 isə xx xxxxxx 1973-cü il tarixdə Ağdaş şəhərində ölmələrini təsdiq etdi. İş üzrə şahid X12 oğlu məhkəmə iclasında ifadə verərək Ərizəçi qardaş və bacısı olan xx xxxxxx 1968-ci ildə anadan olmuş X2 xx xxx 1968-ci il tarixdə, xx xxxx 1971-ci ildə anadan olmuş X3 xx xxxx 1971-ci il tarixdə,xx xxx 1972-ci ildə anadan olmuş X1 xx xxxx 1972-ci ildə və xx xxxx 1973-cü ildə anadan olmuş X4 isə xx xxxxxx 1973-cü il tarixdə Ağdaş şəhərində ölmələrini təsdiq etdi. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi xx xxxx 1975-ci ildə Ağdaş rayonunda anadan olmuşdur, valideynləri X13 və X6r. xx xxxxxx 1968-ci il təvəllüdlü X2, xx xxxx 1971-ci ildə anadan olmuş X3, xx xxx 1972-ci ildə anadan olmuş X1 və xx xxxx 1973-cü ildə anadan olmuş X4 valideynləri X13 və X6r. xx xxxxxx 1968-ci ildə anadan olmuş X2 xx xxx 1968-ci il tarixdə, xx xxxx 1971-ci ildə anadan olmuş X3 xx xxxx 1971-ci il tarixdə,xx xxx 1972-ci ildə anadan olmuş X1 xx xxxx 1972-ci ildə və xx xxxx 1973-cü ildə anadan olmuş X4 isə xx xxxxxx 1973-cü il tarixdə Ağdaş şəhərində vəfat etmişlər.Lakin adlarına ölüm haqqında şəhadətnamə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1968-ci ildə Ağdaş rayonu,Maşad kəndində anadan olmuş X2 xx xxx 1968ci il tarixdə, xx xxxx 1971-ci ildə Ağdaş rayonunda anadan olmuş X3 xx xxxx 1971-ci il tarixdə, xx xxx 1972-ci ildə Ağdaş şəhərində anadan olmuş X1 xx xxxx 1972-ci ildə və xx xxxx 1973-cü ildə Ağdaş şəhərində anadan olmuş X4 isə xx xxxxxx 1973-cü il tarixdə Ağdaş şəhərində ölmələri faktı müəyyən edilsin və Ağdaş rayon Qeydiyyat şöbəsinə müvafiq ölüm faktının ölüm akt qeydləri kitabında qeydə alınması tapşırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar