Məhkəmə qərarları › İş №2(014)-576/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-576/2024

24.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-576/2024 24.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi bildirir ki, mərhum qayınatası X8 1913-cü ildə Ağdaş şəhərində Ağdaş rayonunda anadan olmuşdur. X2 19 may 1991-ci ildə vəfat etmişdir. X2 vəfat etdiyi günədək onlarla birgə Ağdaş şəhəri 1.Qaradağlı küçəsində bir evdə birgə yaşamışdır. X1 ölümünə səbəb ağır sürən xəstəliyi olmuşdur. X4 şəhəri İ.Qaradağlı küçəsindəki qəbirstanlığında qonşu və qohumlarınının iştirakları ilə dəfn edilmişdir. Lakin həmin vaxt müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Bununla bağlı heç bir orqanada müraciət edilməmişdir.Həyat yoldaşı X9 xx.xx.2023-cü ildə bədxassəli törəmə xəstəliyindən vəfat etmişdir.Hazırda mərhum qayınatası X6 ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini almaq mümkün deyildir. Ona görə də mərhum qayınatası X6 ölümünün qevd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Göstərilənlərə əsasən,1913-cü ildə anadan olmuş qayınatası X6 19 may 1991-ci il tarixdə Ağdaş şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək mərhum qayınatası X6 ölməsinə dair sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, X2 onun dayısıdır. Ərizəçi dayısının gəlinidir.X3 təxmini 80-90 yaşlarında yay aylarında vəfat etmişdir. Ağdaş rayonu, Qaradağlı qəsəbəsinin qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək, göstərdi ki, X2 ilə qonşu olduqlarını, 1992-ci ilin may ayında vəfat etdiyini, vəfat edərkən 70-dən çox yaşı olduğunu ,Ağdaş rayonu, Qaradağlı qəsəbəsinin qəbirsanlığında dəfn olduğunu bildirdi. . İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış № 3-16-5/8- Ə-149/2024 saylı, 06 fevral 2023-cü il tarixli məktubdan görünür ki, X6 ölümünün qeydə alınması üçün zəruri olan ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən Ərizəçi oğluna ünvanlanmış № 18-1-22/2Ə-86-xx-xx/2024 saylı , 06 fevral 2023-cü il tarixli məktubdan görünür ki, vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən ölüm qeydiyyata alına bilmir və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan 6 may 1975-ci il tarixdə Ağdaş rayon VVAQ Şöbəsi tərəfindən verilmiş İ-ЖГ № 327566 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X9 6 may 1975-ci il tarixdə 28 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İşin materiallarından olan Maraqlı şəxs tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli AZ-İİ 338848 saylı X5 görünür ki, X9 xx.xx.2023-cü il tarixdə Alın payının bədxassəli yenitörəməsi səbəbindən vəfat etmişdir. İşin materiallarında olan 28 dekabr 2023-cü il tarixdə Ağdaş rayon Ağdaş Bələdiyyəsi tərəfindən verilmiş 19 №-li, 15 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum qayınatası X8 1913-cü ildə anadan olmuş, xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. X2 Ağdaş şəhəri İ.Qaradağlı küçəsinədki qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qayınatası, 1913-cü ildə doğulmuş X8 xx.xx.1991-ci il tarixdə ölmüş və Ağdaş şəhəri, İ.Qaradağlı küçəsindəki qəbirstanlıqda dəfn edilmiş, lakin ərizəçi qaynatasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi qaynatasının ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi qaynatası, 1913-cü il tarixdə doğulmuş X6 19 may 1991-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi qaynatası, 1913-cü il tarixdə doğulmuş X6 19 may 1991-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar