Məhkəmə qərarları › İş №2(014)-587/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-587/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-587/2020 17.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh6,Cavabdeh7,X2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1,Cavabdeh2,Cavabdeh3, Cavabdeh6,Cavabdeh7,X2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxx 2015-ci il tarixli 115.LN.2004.260515.00001 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə əsas 9510 manat, faiz 1195,40 manat, gecikdirməyə görə cərimə 806,44 manat olmaqla, cəmi 11511,84 manat məbləğində borcun tutulması, tutmanın Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 məxsus məxsus Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən fərdi yaşayış evinə 0.1501 ha torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması və borcun Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən fərdi yaşayış evin 0.1501 ha torpaq sahəsi ilə birlikdə açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 məxsus Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən fərdi yaşayış evinə 0.1501 ha torpaq sahəsi ilə birlikdə yönəldildikdə və onun satışından 1 ay sonra həmin fərdi yaşayış evin torpaq sahəsilə birlikdə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, fərdi yaşayış evindən çıxarılması və boşaldılması, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx xxx 2015-ci il tarixli 115.LN.2004.260515.00001 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 9510 manat əsas borc, 424,90 manat faiz borc, 1137,84 manat vaxtı keçmiş faiz borc, 14498,02 manat cərimə olmaqla, cəmi 25570,76 manat məbləğində borcun tutulması, ipoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 məxsus olan, Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən fərdi yaşayış evinə 0.1501 ha torpaq sahəsi ilə birlikdə tutmanın yönəldilməsi, həmin evin torpaq sahəsi ilə birlikdə açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 məxsus Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən fərdi yaşayış evinə 0.1501 ha torpaq sahəsi ilə birlikdə tutma yönəldildikdə və satışından 1 (bir) ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, X1, Cavabdeh4 və Cavabdeh7 Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən fərdi yaşayış evinə 0.1501 ha torpaq sahəsi ilə birlikdə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddianı onunla əsaslandırmışdır ki, xx xxx 2015-ci il tarixli 115.LN.2004.260515.00001 saylı Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 36 ay müddətinə illik 6% ödəmək şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. xx xxx 2015-ci il tarixli 115.LN.2004.260515.00001 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 (ipoteka qoyan) arasında xx xxx 2015-ci il tarixli 115.CL.260515.00001/a saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən fərdi yaşayış evinə 0.1501 ha torpaq sahəsi ilə birlikdə ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Cavabdeh1 xx xxx 2015-ci il tarixli 115.LN.2004.260515.00001 saylı Kredit Müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2018ci il tarixə olan borcu əsas 9510 manat, faiz 1195.40 manat, gecikdirməyə görə cərimə 806.44 manat olmaqla, cəmi 11511.84 manat təşkil etmişdir. Daha sonra iddia tələbininin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, Cavabdeh1 xx xxx 2015-ci il tarixli, 115.LN.2004.260515.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 9510 manat əsas, 424.90 manat faiz, 14498,02 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 1137.84 manat hesablanmış faiz borcu olmaqla, cəmi 25570.76 manat məbləğində kredit borcu müəyyən edilmişdir. Bu günədək Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295 və 319-cu maddələrinə əsasən İddiaçı ASC-yə ipoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququnu vermişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi S.Muradzadə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xx xxxxxx 2019-cu il tarixli fərmanınından irəli gələn məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının problemli kreditlərin kompensasiya məbləğinin sorğulanmasına dair elektron sistemdə sorğu aparılaraq məlum olmuşdur ki, Cavabdeh1 115.LN.2004.260515.00001 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiya olunması və ya kompensasiya məbləğinin verilməsi nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və hazırda ləğvetmə prosesindədir. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklər, odur ki, işə iştirakları olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 xx xxxxxxx 2020-ci il tarixdə iştirak etdiyi məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı bankdan kredit götürmüş və kredit müqaviləsinin təminatı kimi fərdi yaşayış evi ipoteka qoyulmuşdur. Hər ay sözügedən müqavilə üzrə banka müvafiq ödənişlər etsə də, sonradan maddi vəziyyətinin pisləşməsi səbəbindən banka olan borcunu ödəyə bilməmişdir. Hesab edir ki, bank tərəfindən hesablanmış faiz və cərimə borcu şişirdilmişdir, faiz və cərimə borcunun tamamilə silinməsini, ipoteka predmetinə tutmanın yönəldilməməsini, həmçinin borcun az-az ödənilməsi üçün ona vaxt verilməsinə ehtiyac olduğunu bildirərək, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh6,Cavabdeh7,X2 və Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC tərəfindən xx xxx 2015-ci il tarixli 115.LN.2004.260515.00001 saylı Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 36 ay müddətinə illik 6% ödəmək şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. xx xxx 2015-ci il tarixli 115.LN.2004.260515.00001 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 (ipoteka qoyan) arasında xx xxx 2015-ci il tarixli 115.CL.260515.00001/a saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən fərdi yaşayış evinə 0.1501 ha torpaq sahəsi ilə birlikdə ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Cavabdeh1 xx xxx 2015-ci il tarixli, 115.LN.2004.260515.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 9510 manat əsas, 424.90 manat faiz, 14498,02 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 1137.84 manat hesablanmış faiz borcu olmaqla, cəmi 25570.76 manat məbləğində kredit borcu müəyyən edilmişdir. Bu günədək Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295 və 319-cu maddələrinə əsasən İddiaçı ASC-yə ipoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququnu vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xx xxxxxx 2019-cu il tarixli fərmanınından irəli gələn məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının problemli kreditlərin kompensasiya məbləğinin sorğulanmasına dair elektron sistemdə sorğu aparılmış, Cavabdeh1 115.LN.2004.260515.00001 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiya olunması və ya kompensasiya məbləğinin verilməsi nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və hazırda ləğvetmə prosesindədir. Ağdaş rayonu, Qaradeyin kəndində 0,1501 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli iki otaqlı fərdi yaşayış evi Cavabdeh2, 0,1501 ha torpaq sahəsi isə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 ümumbirgə mülkiyyətindədir. Həmin evdə Cavabdeh2,Cavabdeh3,Cavabdeh6,Cavabdeh7,X2 və Cavabdeh4 qeydiyyatdadırlar və yaşayırlar. Cavabdeh3,Cavabdeh6,Cavabdeh7,X2 və Cavabdeh4 ipoteka müqaviləsi bağlanarkən üzərlərinə həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər.İddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edərək, məhkəmə hesab edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilmişdir və həmin məbləğ azaldılmalı, yəni 14498,02 manat cərimə 950 manat miqdarında müəyyənləşdirilməlidir. Qeyd olunanlara və göstərilən qanunların tələblərinə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 9510 manat əsas borc, 424,90 manat faiz borc, 1137,84 manat vaxtı keçmiş faiz borcu, 950 manat cərimə borcu, cəmi 12022,74 manat borc tutularaq İddiaçı ASC-yə verilməli, tələb xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 məxsus olan, Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən fərdi yaşayış evinə 0.1501 ha torpaq sahəsi ilə birlikdə yönəldilməli, həmin əmlak hərrac qaydasında satılmalı, ipoteka predmeti ipoteka müqaviləsi bağlanarkən ipoteka müqaviləsinə 1 saylı əlavəyə əsasən tərəflər arasında 20000 manat qiymətində dəyərləndirilmişdir, tərəflər ipoteka predmetinin dəyərləndirilməsi ilə əlaqədar hər hansı bir etirazlarını bildirmədiklərindən ipoteka predmetinin ilkin satış qiyməti 20000 manat məbləğində müəyyən edilməlidir, ipoteka predmeti olan torpaq sahəsi və üzərində yerləşən ev açıq hərracda satıldıqdan bir ay sonra həmin mənzildə yaşayanlar ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələrini müəyyən edən sənəd məhkəməyə təqdim edildiyindən fərdi yaşayış evindən çıxarılmalı, əldə olunan vəsait ödənişə yönəldilməlidir,iddiaçının istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi mülkiyyətçi hüquqlarına aid olduğundan, həmçinin iddiaçı 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərc barədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən iddia qalan hissədə rədd edilməlidir, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 9510 manat əsas borc, 424,90 manat faiz borcu, 1137,84 manat vaxtı keçmiş faiz borcu, 950 manat cərimə borcu, cəmi 12022,74 manat (on iki min iyirmi iki manat yetmiş dörd qəpik) borc tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə verilsin. Tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 məxsus olan, Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən fərdi yaşayış evinə 0.1501 ha torpaq sahəsi ilə birlikdə yönəldilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 məxsus olan, Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən fərdi yaşayış evi 0.1501 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 20000 (iyirmi min) manat olmaqla açıq hərrac yolu ilə satılsın. Satışdan əldə edilən pul vəsaiti Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. Ağdaş rayonu, Qaradeyin kəndində 0.1501 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayan Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, X2, Cavabdeh4 və Cavabdeh7 ipoteka ilə yüklü edilən əmlak satıldıqdan sonra 1 (bir) ay ərzində evi könüllü tərk etmədikləri təqdirdə mənzildən çıxarılsınlar. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30,40 manat (otuz manat qırx qəpik) dövlət rüsumu cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh6,Cavabdeh7,X2 və Cavabdeh4 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar