Məhkəmə qərarları › İş №2(014)-587/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-587/2024

18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-587/2024 18.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rаyоn Məhkəməsinin hаkimi Mürsəlova Aygün Mayıl qızı, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini və оnа əlаvə еdilmiş sənədləri nəzərdən kеçirərək, МÜƏYYƏN ETDİM : Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonunun Mıxlıqovaq kəndində 27.04.*956-cı ildə anadan olmuş arvadı İbrahimova (Sərdarova) Şəkurə Məcnun qızının 20 may 2003-cü ildə Ağdaş rayonunun Mürsəl kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə və ölümün Maraqlı şəxsndə rəsmiləşdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası *8 aprel 2024-cü il tarixə, saat *0:30-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, işi ilə əlaqədar bir müddət Yevlax rayonunda yaşadığını və ailəsi ilə birlikdə orada daimi qeydiyyatda olduğunu, sonra Ağdaş rayonuna qayıtdığını, buna baxmayaraq mərhum arvadının Yevlax rayonunda qeydiyyatda qaldığını, buna görə ona ölüm sənədi Yevlax rayon VVADQ şöbəsi tərəfindən *9 may 2003-cü ildə verilmişdir və hazırda oradakı qohumlarında olduğunu bildirmiş, qeyd etdiklərinə əsasən ərizəsinə baxılmasını istəmədiyini və sənədlərin ona geri qaytarılmasını xahiş etmişdr. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmiş və mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə ərizəçinin ərizəsini və iş materiallarını araşdıraraq hеsаb еdir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Bеlə ki, Аzərbаycаn Rеspublikаsı MPM-nin *70.*-ci mаddəsinin tələbinə görə bu Məcəllənin 254, 255, 26*.0.*-26*.0.3-cü və 26*.0.6-26*.0.8-ci mаddələrində göstərilən əsаslаr оlduqdа, məhkəmə bахışınа hаzırlığın icrааtı dаyаndırılа və yа хitаm еdilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3* mart 20**-ci il tarixli, 03 saylı Qərarının 2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.* - 259.0.*0, 259.0.*2 və 259.0.*3-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.**-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin *70-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin **4.*-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:**4.*.*. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə;**4.*.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə;**4.*.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;**4.*.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə;**4.*.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa;**4.*.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə. **4.2. Bu Məcəllənin **4.*.*-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 5.*.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin *70.*, 263-264, 268- 269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİM : Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə ərizə və ona əlavə edilmiş sənədlər, həmçinin ərizənin məhkəmədə baxılması üçün ödənilmiş *00 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar