Məhkəmə qərarları › İş №2(014)-643/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-643/2025

01.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-643/2025 01.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.*93*-ci il tarixdə Ağdaş rayonu Ərəb kəndində anadan olmuş X6 04 iyul 20*0-cu il tarixdə Ağdaş rayonu Ərəb kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X*7 XX.XX.*93*-ci il tarixdə (pasportun surəti) Ağdaş rayonu Ərəb kəndində anadan olmuşdur. O, 04.07.20*0-cu il tarixdə Ağdaş rayonu Ərəb kəndində ölmüş və Ağdaş rayonu Ərəb kənd qəbirstanlığında (5-32-*2/2-İ-44/2025 nömrəli Ağdaş rayonu Ərəb kənd bələdiyyəsinn arayışı və 4 ədəd fotoşəkil) dəfn edilmişdir. Savadsız olduğu üçün anasının rəhmətə getməsini dövlət qeydiyyatına aldıra bilməmişdir. Sonrada maraqlı orqan Maraqlı şəxsnə müraciət edib anası XX.XX.*93*-ci il tarixdə Ağdaş rayonu Ərəb kəndində anadan olmuş X6 ölümünü qeyd etdirmək istəyəndə ona “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-cü maddəsinə əsasən ölümün qeydə alınmasından imtina edilmiş və ona məhkəməyə müraciət etməyi tövsiyyə edildi. Hətta Ağdaş RMX-na müraciət etsə də ona Ağdaş rayon məhkəməsinə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, anası X*7 *93*-ci il təvəllüdlüdür. Anası 04.07.20*0-cu il tarixdə beyin qananması ilə kənddə rəhmətə getmişdir. Anasının ölüm haqqında şəhadətnaməsini almaq istəyir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, Mahiyə xanım onun qonşusudur. Mariyə xanımı görmüşdür. Mariyə xanım 20*0-cu il tarixdə Ərəb kəndində rəhmətə getmiş və kənd qəbirstanlığında dəfn olunmuşdur. Dəfnində iştirak etmişdir. Mariyə xanımın ölümünü təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2* ifadə verərək bildirdi ki, Mahiyə xanım onun qonşusudur. Atasını və anasını tanımışdır. Mariyə xanım qocalıqdan rəhmətə getmişdir. Ərəb kəndində dəfn olunmuşdur. Ölümünü təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Ağdaş rayon Kükəl kənd soveti tərəfindən verilmiş 24 iyul *964-cü il tarixli A3 686504 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 *5.04.*964-cü il tarixdə Ağdaş rayonu Ərəb kəndində anadan olmuşdur. X2, anası X*3r. İş materiallarında olan Ağdaş RİHB-nın Ərəb kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş *2.02.2025-ci il tarixli 5-32-*2/2-İ-44/2025 saylı arayışdan görünür ki, xx.xx.*964-cü il təvəllüdlü Ərizəçi onun mərhum anası Ağdaş rayonu Ərəb kəndndə yaşamış mərhum X3 rayonunun Ərəb kəndində vəfat etmiş və Ağdaş rayonunun Ərəb kənd qəbirstanlığında dəfn edilmişdir. Qəbirstanlıqda baş daşına əsasən 04.07.20*0-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan AR “Tibbi ərazi X**” Publik Hüquqi şəxsin “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik hüuqi şəxsin *2 fevral 2025-ci il tarixli *8-*-22/2-İ-44-xxxx/2025 saylı məktubundan görünür ki, Ərizəçi anası *93*-ci il təvəllüdlü X6 20*0-cu ildə Ağdaş rayonu Ərəb kəndində evində vəfat etdiyini bildirmişdir. Vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. Bu səbəbdən Ağdaş rayon Məhkəməsinə müraciət etməyi tövsiyə olunur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş *2.02.2025-ci il tarixli 3-*6- 5/8-*5-*80/2025 saylı məktubundan görünür ki, XX.XX.*93*-ci ildə Ağdaş rayonu Ərəb kəndində anadan olan ananız X6 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Ağdaş RİHB-nın Ərəb kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş *7.02.2025-ci il tarixli 5-32-*2/2-İ-47/2025 saylı arayışdan görünür ki, xx.xx.*964-cü il təvəllüdlü Ərizəçi həqiqətən Ağdaş rayonu Ərəb kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş 0* aprel 2025ci il tarixli 5-32-*5/2-23/2025 saylı Arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Maraqlı şəxs (VVAQ) doğum-bərpa sənədlərinə baxış zamanı vətəndaş X6 aid doğum aktına rast gəlinmədi. İş materiallarında olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş 0*.04.2025-ci il tarixli 34 saylı arayışdan görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Kükəl kənd XDSİK-nın Ərəb kəndinə aid olan *986-*987-*988-*989-*990-cı illərin *0 saylı təsərrüfatbaşına kitabının 527 saylı təsərrüfatı X9 adına olmaqla təsərüfatında ailə başçısı-X*5, həyat yoldaşı-X*7, oğlu- X*, qızı-X*6, oğlu- X*0 olması göstərilmişdir. İş materiallarında olan *8 iyun *964-cü il tarixli 46 saylı doğum aktı qeydinin surətindən görünür ki, X8 *5 iyun *959-cu il tarixdə anadan olmuşdur. X4, anası X*3r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 0*.04.2025-ci il tarixli 3-*6- 5/7-*3-*38/25 saylı məktubdan görünür ki, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə yaranmış zərurətlə əlaqədar X6 doğum haqqında akt qeydi Ədliyyə Nazirliyinin “avtomatlaşdırılmış qeydiyyat informasiya sestemində” araşdırılmış, lakin doğum akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, XX.XX.*93*-ci il tarixdə Ağdaş rayonu Ərəb kəndində anadan olmuş X6 04 iyul 20*0-cu il tarixdə Ağdaş rayonu Ərəb kəndində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.*93*-ci il tarixdə Ağdaş rayonu Ərəb kəndində anadan olmuş X6 04 iyul 20*0-cu il tarixdə Ağdaş rayonunun Ərəb kəndində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X6 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar