Məhkəmə qərarları › İş №2(014)-652/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-652/2022

17.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-652/2022 17.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 28 fevral *970-ci ildə X9 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. X3 26 iyul 2008-ci ildə Ağdaş rayonunun Güvəkənd kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur. X3 yaşadığı evdə vəfat etdiyinə görə ona ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Ərinin ölümündən sonra müəyyən səbəblərdən adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Ərinin ölümündən sonra vərəsəliyin açılması ilə əlaqədar onun ölümünü təsdiq edən sənədi başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini almaq mümkün deyildir. Ona görə də mərhum X3nun ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Ərizəçi mərhum ərinin adına ölüm haqqında şəhadətnamə verilməsi xahişi ilə maraqlı orqan Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı orqan Maraqlı şəxs ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığına görə mərhumun ölümünün qeydə alınmasının mümkün olmadığını bildirmiş, mübahisənin həlli məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qeyd olunan ölümün qeyd edilmə faktının müəyyən edilməsi ona vərəsəlik hüququnun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid* ifadə verərək göstərdi ki, ərizəçi onun həmkəndlisi X9 ilə ailə qurub həmin kəndə köçmüşdür. X9 2008-ci ildə ölmüş və Güvəkənd kənd ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Dəfn və yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 da özündən əvvəl ifadə vermiş Şahid* ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05/Q324 №li, **.02.2022-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ağdaş rayon Güvəkənd bələdiyyəsi tərəfindən verilmiş 06 №-li, **.02.2022-ci il tarixli arayışdan görünür ki, vəfat etmiş X2 rayonu Güvəkənd kənd qəbirstanlığında dəfn olunmuşdur. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 29 oktyabr 2020-ci il tarixli, 255* saylı doğum haqqında arayışdan görünür ki, X9 *2 iyun *95*-ci il tarixdə Ağdaş rayonunun Güvəkənd kəndində anadan olmuş, atası X6, anası isə X*r. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş ** fevral 2022-ci il tarixli, 323 saylı nikah haqqında arayışdan görünür ki, X7 ilə X5 28 fevral *970-ci il tarixdə 0* №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Məcnunova soyadı verilmişdir. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin X3 26 iyul 2008-ci il tarixdə ünvan 2 kəndi ünvanında vəfat etmiş və ünvan 3i ərinin ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi X3nun 26 iyul 2008-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi X3nun 26 iyul 2008-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar