Məhkəmə qərarları › İş №2(014)-684/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-684/2024

10.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-684/2024 10.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin və evin təmirinə çəkilmiş pulun yarısının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin və evin təmirinə çəkilmiş pulun yarısının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə nikahlarını rəsmi qeydiyyatdan keçirməklə ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X4 doğulmuşdur. Evləndikdən sonra Ağdaş rayonu, Dəhnəxəlil kəndinə gəlin köçüb. Xasiyyətləri uyğun gəlmədiyindən məhkəməyə müraciət ediblər, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-708/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahınlarından doğulmuş uşaqlar onun himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq Qüdrətdən tutularaq onun ödənilməsi qət edilmişdir. Onların evli olduqları zaman yaşadıqları Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 12 sot həyətyanı sahədə yerləşən evi təmir etdirmişlər. Belə ki, həmin evin təmirinə, yəni 2 otağın təmirinə, evin üst örtüyünün dəyişdirilməsinə, 2 pəncərənin dəyişdirilməsinə ümumilikdə 3200 manat pul xərclənib. Eyni zamanda birgə evlilik dövründə 1100 manat dəyərində mətbəx mebeli almışlar. Bundan başqa evli olduqları zaman 6000 manata **-BG-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21099 MİNİK” markalı avtomobil almışlar. Hal-hazırda da həmin avtomobili idarə edir. Belə ki, Cavabdeh adına olan avtomobilin, eləcədə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 12 sot həyətyanı sahədə yerləşən evə dair sənədlərin ona verilməsi ilə bağlı müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinə Yevlax RQİ və TBŞ-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə sorğular vermişdir. Lakin 17 saylı Yevlax Ərazi İdarəsinin sənədlərin təqdim edilməsi ilə bağlı imtina gəlsə də, ümumiyyətlə Baş X19 İdarəsindən heç bir məlumat gəlməmişdir. O, məhkəməyə müraciət etməzdən əvvəl ilk öncə aralarında əmlak mübahisəsinə dair qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, lakin qarşı tərəf heç bir üzrlü səbəb göstərmədən mediasiya prosesində iştirak etməmiş və barışıq əldə olunmamışdır. Mediasiya xərcləri onun tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh ilə Vəliyeva (Qasımova) Aysel Mahir qızının birgə evlilik dövründə yaşadıqları evin təmirinə xərclənmiş 3200 manat pulun yarısı olan 1600 (min altı yüz) manat pulun, dəyəri 6000 (altı min) manat olan **-BG-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21099 MİNİK” markalı avtomobilin yarısı olan 3000 (üç min) manat pulun, eyni zamandan 1100 manat dəyərində mətbəx mebelinin yarısı olan 550 (beş yüz əlli) manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, Cavabdeh ödənilmiş 22 manat məbləğində dövlət rüsumunun və 50 manat mediasıya xərcinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təxminən 2015-ci ilin sonları, 2016-cı ilin əvvəlləri evli olduqları zaman yaşadıqları Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən 12 sot torpaq sahəsi almışlar. Hesab edir ki, həmin torpaq sahəsinə də onun 1/2 hissədə payı müəyyən edilməlidir. Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin və evin təmirinə çəkilmiş pulun yarısının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Vəliyeva (Qasımova) Aysel Mahir qızının birgə evlilik dövründə yaşadıqları evin təmirinə xərclənmiş 3200 manat pulun yarısı olan 1600 (min altı yüz) manat pulun, dəyəri 6000 (altı min) manat olan **-BG-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2 i099 MİNİK” markalı avtomobilin yarısı olan 3000 (üç min) manat pulun, eyni zamandan 1100 manat dəyərində mətbəx mebelinin yarısı olan 550 (beş yüz əlli) manat pulun Cavabdeh alınaraq X5 ödənilməsi, Cavabdeh ödənilmiş 22 manat məbləğində dövlət rüsumunun və 50 manat mediasıya xərcinin alınaraq X5 ödənilinəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə etiraz olaraq bildirir ki, xx.xx.2012-ci il tarixdə İddiaçı ilə rəsmi nikah qeydiyyatdan keçirməklə ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X4 doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-708/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahından doğulmuş uşaqlar cavabdehin himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimenti iddiaçıya ödəyir. Birgə yaşadıqları evlilik dövründə evi təmir etdirmişdir ki, həmin təmirin bütün xərcini də anası öz şəxsi hesabına etdirmişdir. Anası evin təmiri üçün 2500 manat xərcləmişdir. O, şəxsi qazancı ilə ailəsini dolandırmış, anası isə yaşadığı evin təmiri ilə yaxından maraqlanaraq öz şəxsi hesabına ehtiyac olan yerləri təmir etdirmişdir. Belə olan halda evin təmiri üçün o heç bir məbləğ xərcləməmişdir. Birgə yaşadıqları evlilik dövründə aldığı 600 manata taxt kravat, 120 manata aldığı masa, 120 manata aldığı xalça, hər biri 30 manat dəyərində 20 ədəd cəmi 600 manat dəyərində yataq örtüyü (çxol-prastina), hər biri 3 manat dəyərində 70 ədəd cəmi 210 manat dəyərində əl-üz dəsmalı və hər biri 7 manat dəyərində 40 ədəd cəmi 280 manat dəyərində qətfə və s. əmlakları İddiaçı çıxıb gedərkən özü ilə aparmışdır. Bundan başqa birgə yaşadığı evlilik dövründə 3600 manata VAZ-21099 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Maddi sıxıntı olduğu üçün 2020-ci ildə həmin avtomobili İddiaçı da razılığı ilə satıb ailə və uşaqları üçün xərcləmişdır. Həmin vaxtları heç bir yerdə işləmirdi və heç bir gəlir yeri yox idi. Maşın satılarkən iddiaçı ilə ailə münasibətləri çox yaxşı olmuşdur. İddiaçı iddia göstərdiyi 6000 manat söhbəti tamamilə yalan və böhtandır. Eyni zamanda birgə evlilik dövründə, təxminən 7 il əvvəl 1050 manat dəyərində mətbəx mebeli almışlar. Mətbəx mebeli evli olduqları dövrdə İddiaçı istifadəsində olmuşdur. Evlilik dövründə alınan bütün əmlakları artıqlaması ilə İddiaçı çıxıb gedərkən özü ilə aparmışdır. Nikah dövründə alınan mebellərin dəyəri yarıya bölünməli olduğu halda iddiaçı mətbəx mebelindən başqa bütün əmlakları mənimsəmişdir və özü ilə atası evinə aparmışdır. Belə olan halda İddiaçı ona qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin və evin təmirinə çəkilmiş pulun yarısının ödənilməsi tələbi tam əsassızdır. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin və evin təmirinə çəkilmiş pulun yarısının ödənilməsi tələbi rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, nikah dövründə anasının adına olan evdə yaşayıblar və heç bir təmir işi görməyiblər. Birgə nikah dövründə alınan mətbəx mebelindən başqa digər əşyaları isə iddiaçıya verib. Birgə nikahdan əvvəl başqa maşını olub. Lakin nikah dövründə həmin maşını satıblar. Torpaq sahəsinin isə bölünməməsini, bölündüyü halda isə onun payının daha artıq bölünməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-708/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X9 arasında qeydə alınmış 19 iyun 2012-ci il tarixdə Ağdaş RİHB-nın Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 15 dekabr 2013-cü il təvəllüdlü X8, 11 dekabr 2014-cü il təvəllüdlü X11 və 03 fevral 2017-ci il təvəllüdlü X4 anaları X3 himayəsində saxlanılması, Cavabdeh 02 may 2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından anadan olmuş 15 dekabr 2013-cü il təvəllüdlü X8, 11 dekabr 2014-cü il təvəllüdlü X11 və 03 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh X6 verilməsi qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətində 0,12 hektar yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi vardır. İşin materiallarında olan Azərbaycan Respublikası Baş X18 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/2-98502/2024 nömrəli məktuba əlavə edilmiş nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan “VAZ 21099 minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə X1. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə Vəliyeva (Qasımova) Aysel Mahir qızı xx.xx.2012-ci il tarixdən rəsmi nikahda olmuşlar və onların nikahı xx.xx.2023-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə olunmuş əmlakların dəyərinin yarısının ona ödənilməsini, eyni zamanda birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinə onun payının tanınmasını tələb edir. Cavabdeh isə iddia tələbi ilə razılaşmayaraq, iddiaçı ilə nikah münasibətləri pozulduqdan sonra Ayselin bütün öz əşyalarını, o cümlədən mebelləri apardığını bildirir. Cavabdeh yalnız mətbəx mebelinin həqiqətən də qaldığını etiraf edir. Yaşadıqları evin təmir edilmədiyini və anasına məxsus olduğunu, adına alınmış torpağın isə atası tərəfindən ona alındığını bildirir. Avtomobillə bağlı isə qeyd edir ki, həmin avtomobil nikahdan əvvəl onun tərəfindən alınmış və nikah dövründə satılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Qeyd olunan Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 saylı Qərarının 4.18-ci bəndinə əsasən məhkəmə təcrübəsində bəzən ər-arvadın ümumi əmlakının bölünməsi qaydasında birgə nikah dövründə müxtəlif ehtiyaclar üçün xərclənmiş (məsələn, səyahətə çıxma, istirahət mərkəzlərində dincəlmə və sair) pul vəsaitinin bir hissəsinin tutulması barədə iddiaların təmin edilməsi hallarına rast gəlinir. Lakin birgə nikah dövründə xərclənmiş vəsait artıq ər-arvadın aktivindən çıxdığı üçün onlar arasında bölgünün predmeti ola bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərlə bağlı məhkəməuə aşağıdakıları qeyd edir. İddiaçının birgə nikah dövründə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 12 sot həyətyanı sahədə yerləşən əmübahi İddiaçı həmçinin dəyəri 6000 (altı min) manat olan **-BG-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21099 MİNİK” markalı avtomobilin yarısı olan 3000 (üç min) manat pulu tələb etsə də, həmin nəqliyyat vasitəsi tərəflərin nikahının pozulmasında 4 il əvvəl - xx.xx.2020ci ildə 4500 manata satılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, alqı-satqıdan sonra uzun müddət tərəflər birlikdə yaşadıqlarından və birgə təsərrüfat apardıqlarından həmin vəsait birgə nikah dövründə xərclənmiş vəsait olaraq artıq ər-arvadın aktivindən çıxdığı üçün onlar arasında bölgünün predmeti ola bilməz. Mətbəx mebeli ilə bağlı isə məhkəmə qeyd edir ki, cavabdeh həmin əmlakın həqiqətən mövcudluğunu, birgə nikah dövründə əldə edilməsini və hazırda onda qalmasını qəbul etdiyindən, həmin əmlak tərəflərin paylarına uyğun bölünməli və yarı dəyəri iddiaçıya verilməlidir. Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən 12 sot torpaq sahəsi isə həqiqətən də tərəflərin birgə nikah dövründə əldə olunduğundan, Cavabdeh və İddiaçı hər birinin 1/2 hissədə payları müəyyən edilməlidir. Məhkəməyə və mediasiya ilə bağlı ödənilmiş rüsumlarla bağlı isə məhkəmə hesab edir ki, hazırkı iddia tələbi məhkəməyə və mediasiyaya müraciət edilmədən də tərəflər arasında həll edilə bilərdi. Cavabdehin razı olmaması səbəbindən iddiaçı hüquqlarını məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Buna görə də məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1100 manat dəyərində mətbəx mebelinin yarısı olan 550 (beş yüz əlli) manat pul alınaraq İddiaçı ödənilməli, ********** qeydiyyat nömrəli, 02 oktyabr 2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən 12 sot torpaq sahəsinə Cavabdeh və İddiaçı 1/2 hissədə payları müəyyən edilməli, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 22 manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1100 manat dəyərində mətbəx mebelinin yarısı olan 550 (beş yüz əlli) manat pul alınaraq İddiaçı ödənilsin. ********** qeydiyyat nömrəli, 02 oktyabr 2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən 12 sot torpaq sahəsinə Cavabdeh və İddiaçı 1/2 hissədə payları müəyyən edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 22 manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar