Məhkəmə qərarları › İş №2(014)-689/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-689/2022

18.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-689/2022 18.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi» tələbinə dair işə 18 avqust 2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi» dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonunun Heydər Əliyev pr.16/2 ünvanında ailəsinə məxsus olan mülkiyyətlərini sənədləşdirmək mümkün hesab edilməsiüçün bacısı X10 1957-ci ildə ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1933-cü il tarixində onun atası X3 rayonu Ağcayazı kəndində anadan olub və ailə qurandan sonra birlikdə indiki ünvan 2 prospekti 16/2 nömrəli ev ünvanına yaşamaq üçün köçmüşlər. xx.xx.1936-cı il tarixində isə anası X2 rayonunun Qolqəti kəndində anadan olub. xx.xx.1956-cı il tarixində atasi ilə anası Ağdaş rayonunun Qolqəti kənd sovetində 04 saylı nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikah dövründə valideynlərinin altı övladı dünyaya gəlmiş və onlardan üçü ölmüşdür. Belə ki, 1957-ci il təvəllüdlü bacısı X18 dünyaya gəlmiş və üç ay yaşayandan sonra ölmüş və onun ölümü haqqında Maraqlı şəxsndə qeyd aparılmayıb. Maraqlı şəxsnə bacısının ölümü barəsində X22 tərəfindən məlumat verilməmiş və bacısı hazırda yaşayırmış kimi qeydiyyatdadır. Valideynlərindən miras qalmış əmlakı sənədləşdirən zaman bacısı X10 ölməsi barəsində akt qeydə alınmaması səbəbindən mülkiyyət hüququna daxil ola bilmirlər. Hesab edir ki, maraqlı orqan Maraqlı şəxs səhvi nəticəsində onun mülkiyyətçi hüquqları kobudcasına pozulub. Ailələrinə məxsus olan mülkiyyət hüquqlarına daxil ola bilmirlər. Baş vermiş səhvin düzəldilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək məhkəmdən ərizəsinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı orqanın Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, maraqlı orqanın məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 bildirdi ki, Ərizəçi onun xalası oğludur. O, X15 adında xalası qızı olduğunu qohumlarından eşitmişdir. X15 1957-ci ildə anadan olmuş, üç ay yaşadıqdan sonra vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 bildirdi ki, Ərizəçi onun qardaşı oğludur. X5 adında qardaşı qızı olmuşdur. X15 1957-ci ildə anadan olmuş, üç ay yaşadıqdan sonra vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və şahid ifadələrini nəzərə alıb, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli 1463/1 saylı arayışdan məlum olur ki, X18 28 iyun 1957-ci il tarixdə Ağdaş rayon Ağcayazı kəndində anadan olmuşdur. Bu barədə 26 iyul 1957-ci il tarixli Ağdaş Rayon Qolqəti kənd icra nümayəndəliyində 91 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli 1463 saylı məktubdan məlum olur ki, Ərizəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktının təsdiq edən tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron Məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. X1 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığı üçün Qeydiyyat şöbəsində ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 3326 saylı arayışdan məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1933-cü il tarixdə Ağdaş rayonu, Ağcayazı kəndində anadan olmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri Ağdaş şəhəri H.Əliyev pr 16/2 ünvanı qeyd olunmuş mərhum X6 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2021-ci ildək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. Həyat yoldaşı:X7vəfat edib, oğlu:X24, qızı: X19, qızı X12, oğlu: X20, oğlu:X16-vəfat edib, qızı X18. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 618 saylı arayışdan məlum olur ki, Ərizəçi ünvan 4 ünvanda qeydiyyatdadır. Beləliklə məhkəmədə aydın oldu ki, Ərizəçi mərhum bacısı X18 28 iyun 1957-ci il tarixdə Ağdaş rayon Ağcayazı kəndində anadan olmuş, 3 ay sonra Ağdaş rayonu, Ağcayazı kəndində vəfat etmişdir. Ərizəçi bacısının ölüm faktı ilə bağlı vaxtında müvafiq orqanlara müraciət etmədiyindən, ölümün qeydiyyatı başqa formada mümkün olmadığından rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında ifadə verən şahidlər ölüm faktını təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28 iyun 1957-ci il tarixdə Ağdaş rayon Ağcayazı kəndində anadan olmuş X10 28 sentyabr 1957-ci il tarixdə Ağdaş rayonu, Ağcayazı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar