Məhkəmə qərarları › İş №2(014)-71/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-71/2025

14.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-71/2025 14.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdehnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Cavabdehnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, **.02.*956-cı ildə anadan olmuş X7 25 may 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X5 **.02.*956-cı ildə Ağdaş rayon Malay kəndində anadan olmuşdur. X3 xx.xx.2024-cü ildə vəfat etmişdir. Mərhum X5 vəfat etdiyi günədək onunla birgə ünvan 1 ünvanında onunla birgə yaşamışdır. X7 ölümünə səbəb ağır sürən xəstəliyi olmuşdur. X4 şəhəri, İ.Qaradağlı küçəsində yerləşən qəbirstanlığında qonşu və qohumlarının iştirakları ilə dəf edilmiş, yas mərasimi də o övladı tərəfindən götürülmüşdür. Lakin həmin vaxt müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Bununla bağlı heç bir orqanada müraciət edilməmişdir. Hazırda mərhum atasının ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini almaq mümkün deyildir. Ona görə də mərhum X5nun ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, atasının ölüm faktının müəyyən edilməsini xahiş edir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*3 ifadəsində bildirdi ki, X3 onun qonşusu olmuşdur. Onlar *982-ci ildən qonşudurlar. X3 2023-cü ilin may ayında rəhmətə getmişdir. Dəfn mərasimində iştirak etmişdir. X* cənazəsini o, yumuşdur. X7 ölümünü təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X*6 ifadəsində bildirdi ki, X3 dostunun atasıdır. X* dəfn mərasimində iştirak etmişdir. X3 xəstə idi, onun üçün tez-tez oksigen balonu daşıyırdılar. X7 ölümünü təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X*5 ifadəsində bildirdi ki, X3nu tanıyır, onun qonşusu olub. Ağsaqqal insan idi, oğlu ilə ünsiyyət edir. Rəhmətə getməsinə səbəb ürək problemi olmuşdur. Ölümünə yaxın vaxtlarda kislarod balon istifadə edirdi. Dəfnində iştirak etmişdir. X2 ölüm faktını təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verillmiş 22 sentyabr *992-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 5 avqust *992-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. X5, anası X**r. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli 3-*6- 5/8-Y-780/24 saylı məktubdan görünür ki, Ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilərək imtina cavabı verilmişdir. İş materiallarında olan Ağdaş rayon Qolqəti Bələdiyyəsi tərəfindən verilmiş, 09 iyul 2024-cü il tarixli *08 saylı arayışdan görünür ki, X*2 **.02.*956-cı ildə anadan olmuş, 25 may 2024-cü il tarixdə vəfat etmişdir. Mərhum Ağdaş şəhəri İ.Qaradağlı küçəsində yerləşən qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AR “Tibbi ərazi X9” Publik Hüquqi şəxsin “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin *2 sentyabr 2024-cü il tarixli *8-*-22/2-Y-663- 42-552/2024 məktubundan görünür ki, Ərizəçi ərizə verərək X5nun 25 may 2024-cü il tarixdə vəfat etdiyini bildirmişdir. Vətəndaşın ölümündən uzun müddət keçdiyindən tərəflərindən qeydiyyata alına bilmir. Bu səbəbdən Ağdaş rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, ** fevral *956-cı ildə Ağdaş rayonu Malay kəndində anadan olmuş X7 25 may 2024-cü ildə vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ** fevral *956-cı ildə Ağdaş rayonu Malay kəndində anadan olmuş X7 25 may 2024cü il tarixdə ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X* ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar