Məhkəmə qərarları › İş №2(014)-736/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-736/2024

13.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-736/2024 13.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, *9 yanvar *965-ci il tarixdə anadan olmuş X5 *0 oktyabr 20*0-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 *9 yanvar *965-ci ildə Ağdaş rayon Eymur kəndində anadan olmuş və *0 oktyabr 20*0-cu ildə ölmüşdür. X2 öldüyü günədək onunla birgə Ağdaş şəhəri, H.Əliyev prospekti 66 ünvanında yaşamışdır. X5 ölümünə səbəb ağır sürən xəstəliyi olmuşdur. X3 şəhəri, Məşəd qəbiristanlığında qonşu və qohumlarının iştirakları ilə dəfn edilmiş, yas mərasimi də valideynləri tərəfindən təşkil edilmişdir. Lakin həmin vaxt müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamış və heç bir orqana müraciət edilməmişdir. Hazırda mərhum qızının ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmamışdır. Ərizəçi məhkəmə tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbnəsinəd qarşı mərhum qızı X5 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin ərizədə hansı səbəbdən zərurət yarandığı qeyd edilməmişdir. Mərhum qızı X5 ölüm faktının müəyyən edilməsi zərurətinin mülkiyyətin bölünməsi səbəbindən yarandığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, X2 onun bacısıdır. Bacısı uzun sürən xərçəng xəstəliyi səbəbindən *0 oktyabr 20*0-cu ildə vəfat etmiş və Ağdaş şəhər Məşəd qəbiristanlığında dəfn olunmuşdur. Yas mərasimi zamanı bacısının ölüm haqqında şəhadətnaməsini almamışlar. Hazırda mülkiyyətin bölünməsi səbəbindən həmin sənədin alınmasına zərərurət yaranmışdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsini xahş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X* bildirdi ki, X2 onun qohumunun qızıdır. X*4 xərçəng xəstəliyi səbəbindən Bakı şəhərində uzun müddət müalicə almış, lakin müalicə heç bir nəticə vermədiyindən Şəfər Cəlilova *0 oktyabr 20*0-cu ildə 40 yaşında vəfat etmiş və Ağdaş şəhər Məşəd qəbisrtanlığında dəfn edilmişdir. Eyni zamanda yas mərasimində də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, Şəfəq onun baldızı olmuş, *0 oktyabr 20*0-cu ildə Şəfəq xəstəliyindən vəfat etmiş və Ağdaş şəhər Məşəd qəbisrtanlığında dəfn edilmişdir. Eyni zamanda yas mərasimində də iştirak etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli, 774 nömrəli arayışdan görünür ki, X8 *9 yanvar *965-ci ildə Ağdaş rayonu, Eymur kəndində anadan olmuşdur. Bu barədə 28 fevral *965-ci il tarixdə Ağdaş rayon Qaradeyin kənd icra nümayəndəliyində 30 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X5 atası X**, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli, 3-*6-5/8-773/2023 saylı məktubundan görünür ki, X7 ölüm haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilərək imtina cavabı verilmişdir. İş materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin tərəfindən verilmiş *5 mart 2024-cü il tarixli, *8-*-22/2-C-*63-42-*32/2024 nömrəli məktubdan görünür ki, X5 *0 oktyabr 20*0-cu il tarixdə öldüyü bildirilmiş, vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. İş materiallarında olan Ağdaş rayon Ağdaş bələdiyyəsi tərəfindən verilmiş *3 mart 2024-cü il tarixli 38 nömrəli arayışından görünür ki, X2 *9.0*.*965-ci il tarixdə anadan olmuş, *0.*0.20*0-cu il tarixdə ölmüşdür. Mərhum Ağdaş şəhər Məşəd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan qəbir daşının fotolarından görünür ki, X5 doğum tarixi *9 yanvar *965-ci il, ölüm tarixi isə *0 oktyabr 20*0-cu il kimi qeyd olunmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, *9 yanvar *965-ci il tarixdə Ağdaş rayonu, Eymur kəndində anadan olmuş X5 *0 oktyabr 20*0-cu il tarixdə ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *9 yanvar *965-ci il tarixdə Ağdaş rayonu, Eymur kəndində anadan olmuş X5 *0 oktyabr 20*0-cu il tarixdə ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X2nın ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar