Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-794/2023 19.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın - ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın - ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X8 ilə *7 yanvar 2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından uşaqları yoxdur. X* *0 yanvar 202*ci il tarixdə ürək infaktından yaşadıqları ünvan 2ndə yerləşən fərdi yaşayış evində ölmüşdür. Mərhum X*nu el adəti ilə Ağdaş şəhər Üçqovaq qəbiristanlığında dəfn etmişlər, həmçinin ona el adəti ilə yas mərasimi də vermişdir. Həmin vaxtlarda səhhəti ilə əlaqədar problemlər yaşadığı üçün mərhum ərinə ölüm haqqında şəhadətnamə ala bilməmişdir. O, mərhum ərinə ölüm haqqında tibbi şəhadətnamə verilməsi barədə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” X*7 Ağdaş Rayon Mərkəzi X9 şəxsə müraciət etsə də, X*7 vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün qeydiyyata ala bilmədiklərini bildirərək imtina etmişlər. Bu barədə ona müvafiq imtina məktubu vermişlər. Eyni zamanda o, mərhum X*na ölüm haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi üçün Maraqlı şəxs ərizənin təmin olunmasından imtina edərək onun ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. O, X* vəfat etdikdən sonra ikinci dəfə faktiki olaraq X7 adlı şəxslə evlənmişdir. Lakin mərhum ərinin adına ölüm haqqında şəhadətnamə ala bilmədiyi üçün faktiki nikah münasibətlərini rəsmiləşdirə bilməmişdir. Ölüm faktının məhkəmə qaydasında müəyyən olunması faktiki nikah münasibətlərinin rəsmiləşdirilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahat verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin X* 202*-ci il tarixdə ölmüş və Ağdaş şəhər Üçqovaq qəbiristanlığında dəfn edilmişdir. Yas mərasimində və dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*0 izahat verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin X* 202*-ci il tarixdə ölmüş və Ağdaş şəhər Üçqovaq qəbiristanlığında dəfn edilmişdir. Yas mərasimində və dəfndə iştirak etmişdir. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 278 №-li, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ağdaş rayon Ağdaş bələdiyyəsi tərəfindən verilmiş 90 №-li, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 04.03.*957-ci il tarixdə doğulmuş X8 *0.0*.202*-ci il tarixdə ölmüş və Ağdaş şəhər Üçqovaq qəbiristanlığında dəfn edilmişdir. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X*4 xx.xx.2023-cü il tarixli, HPŞ-6-22/2-M-22-xx-xx/2023 saylı arayışından görünür ki, X2 ölümündən uzun müddət keçdiyi üçün qeydiyyata alına bilmir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan 3 ədəd fotoşəkildən görünür ki, mərhum X2 adı olan qəbir mövcuddur. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin izahatlarından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin X* *0 yanvar 202*-ci il tarixdə vəfat etmiş və Ağdaş şəhər Üçqovaq qəbiristanlığında dəfn edilmiş, lakin ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi X* *0 yanvar 202*-ci il tarixdə ünvan 2 ünvanında ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin izahatları ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın - ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi X* *0 yanvar 202*-ci il tarixdə ünvan 2 ünvanında ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-794/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-794/2023
19.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver