Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-821/2023 13.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum valideynləri X*5 ilə X4 birgə nikahlarından 9 nəfər uşaqları - *3.08.*956-cı ildə Babayeva (Əhmədova) Səadət Yusif qızı, xx.xx.*958-ci ildə ərizəçi, yəni Ərizəçi, 23.*2.*959-cu ildə X*8, 2*.03.*96*-ci ildə X*9, 20.04.*962-ci ildə X**, 20.05.*964-cü ildə Babayeva (Muradova) Fərqanə Yusub qızı, 02.07.*968-ci ildə X22, 06.06.*970ci ildə X23 və 05.09.*97*-ci ildə X*6 doğulmuşdur. X3 *7 noyabr *990-cı ildə, anası X*4 2* iyun 20*0-cu ildə, X* *2 yanvar *960-cı ildə, X*9 29 mart *96*-ci ildə və X** isə 27 may *962-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində ölmüşlər və qəsəbə kənd qəbiristanlığı olmadığından Nehrəxəlil kənd qəbiristanlığında dəfn olunmuşlar. X*, X*9 və X** yaşadıqları evdə öldüyünə görə onlara ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Qardaşlarının ölümündən sonra mərhum valideynləri tərəfindən ona məlum olmayan səbəblərdən adlarına ölüm haqqında şəhadətnamə alınmamışdır. Mərhum anası X4 ölümündən sonra vərəsəliyin açılması ilə əlaqədar mərhum qardaşlarının ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından adlarına ölüm haqqında şəhadətnamə almaq mümkün deyildir. Ona görə də mərhum X*, X*9 və X5 ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Belə ki, o, mərhum qardaşlarının adına ölüm haqqında şəhadətnamə verilməsi xahişi ilə maraqlı orqan Maraqlı şəxsnə müraciət etmiş, maraqlı orqan Maraqlı şəxs ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə mərhumların ölümünün qeydə alınmasının mümkün oİmadığını bildirmiş, mübahisənin həlli məqsədi ilə aidiyyati üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Mərhum qardaşlarının ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamələrin verilməsinə dair ərizə ilə “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə müraciət etmişdir. “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs *8 mart 2023-cü il tarixli phş-6- 22/2-B8-xx-xx/2023 saylı məktubla bildirmişdir ki, X*nun *2.0*.*960-cı il, X9 29.03.*96*-ci il, X5 27.05.*962-ci il tarixlərdə öldüyündən onların ölümlərindən uzun müddət keçdiyi üçün tərəfindən qeydiyyata alına bilmir. Bu səbəbdən Ağdaş Rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Göründüyü kimi o, mərhum qardaşlarının qeyd edilən tarixlərdə ölmələrini təsdiq edən sənədləri başqa formada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan ölümün qeyd edilmə faktının müəyyən edilməsi ona vərəsəlik hüququnun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin X* 23 dekabr *959-cu ildə doğulmuş, *2 yanvar *960-cı ildə ölmüş, X*9 2* mart *96*-ci ildə doğulmuş, 29 mart *96*-ci ildə ölmüş, X** 20 aprel *962-ci ildə doğulmuş, 27 may *962-ci ildə ölmüşdür və Ağdaş rayon Nehrəxəlil kənd qəbiristanlığında dəfn edilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*2 özündən əvvəl ifadə vermiş şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05/Q-*8*3 №-li, 26.**.2022-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 05/09İS/039045-22 №-li, 02.**.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.*936-cı ildə doğulmuş X4 ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: əri 0*.0*.*933-cü il təvəllüdlü X*5 (ölüb), qızı *3.08.*956-cı il təvəllüdlü X20, oğlu xx.xx.*958-ci il təvəllüdlü Ərizəçi, oğlu 2*.03.*96*-ci il təvəllüdlü X*9, oğlu 20.04.*962-ci il təvəllüdlü X**, 20.05.*964-cü il təvəllüdlü X*3, qızı 02.07.*968-ci il təvəllüdlü X22, oğlu 08.06.*970ci il təvəllüdlü X23 (ölüb), qızı 05.09.*97*-ci il təvəllüdlü X*6 (ölüb). İşin materiallarında olan Ağdaş rayonu Ləki bələdiyyəsi tərəfindən verilmiş 27 №-li, *4.*2.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan Ərizəçi qardaşalrı 23.*2.*959-cü ildə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş X*8 *2 yanvar *960-cı ildə, 2*.03.*96*-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş X*9 29 mart *96*-ci ildə, 20.0*.*962-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş X** 27.05.*962-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində ölmüşlər. Mərhumların hər üçü Ağdaş rayonu, Nehrəxəlil kənd ərazisində yerləşən Ağdaş rayonu, Ləki qəsəbəsi ilə Ağdaş rayonu, Nehrəxəlil kəndinin birgə qəbiristanlığında dəfn olunmuşlar. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X36 phş-6-22/2-B-8-xxxx/2023 №-li, *8 mart 2023-cü il tarixli arayışından görünür ki, X*8, X*9 və X5 ölümlərindən uzun müddət keçdiyi üçün qeydiyyata alına bilmir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İşin materiallarında olan *3 sentyabr *974-cü il tarixdə Ağdaş rayonu Ləki qəsəbə sovetliyindən verilmiş İİ-ЖГ 4436*8 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi 6 noyabr *958-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş, X3, anası X6r. İşin materiallarında olan 26 noyabr 2022-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş *8*2 saylı doğum haqqında arayışdan görünür ki, X*8 23 dekabr *959-cu ildə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş, X3, anası X6r. İşin materiallarında olan 26 noyabr 2022-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş *8*2/* saylı doğum haqqında arayışdan görünür ki, X*9 2* mart *96*-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş, X3, anası X6r. İşin materiallarında olan 26 noyabr 2022-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş *8*2/2 saylı doğum haqqında arayışdan görünür ki, X** 20 aprel *962-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş, X3, anası X6r. İşin materiallarında olan 23 yanvar *99*-ci ildə Ağdaş rayon Ləki qəsəbə sovetliyi tərəfindən verilmiş İİİ-ЖГ 45*466 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X*5 *7 noyabr *990-ci ildə kəskin miokard infarktı səbəbindən ölmüşdür. İşin materiallarında olan 06 iyul 20*0-cu ildə Ağdaş RİHB-nın Ləki qəsəbə İƏV üzrə nümayənədliyi tərəfindən verilmiş AZ-İ № 4*9875 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X*4 2* iyun 20*0-cu ildə miokardın işemiyası səbəbindən ölmüşdür. İşin materiallarında olan 3 ədəd fotoşəkildən görünür ki, 3 ədəd adsız və şəkilsiz qəbir mövcuddur. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən, mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin X* *2 yanvar *960-cı ildə, X*9 29 mart *96*-ci ildə, X** 27 may *962-ci ildə ölmüşlər və Ağdaş rayon Nehrəxəlil kənd qəbiristanlığında dəfn edilmişlər, lakin ərizəçi qardaşlarının ölüm haqqında şəhadətnamələrini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi qardaşlarının ölüm haqqında şəhadətnamələrini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin *3 iyul 2023-cü il tarixli, 2(0*4)- 82*/2023 saylı qərardadından görünür ki, iddia tələblərinə ölümün qeydə alınmasına dair hissədə xitam verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli və Ərizəçi X*7 Yusib oğlu *2 yanvar *960-cı ildə, X*9 29 mart *96*-ci ildə, X** 27 may *962-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsi ünvanında ölmələri faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi qismən təmin edilsin. Ərizəçi qardaşları X*0 *2 yanvar *960-cı ildə, X*9 29 mart *96*-ci ildə, X** 27 may *962-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsi ünvanında ölmələri faktı müəyyən edilsin. Ağdaş Rayon Məhkəməsinin *3 iyul 2023-cü il tarixli, 2(0*4)-82*/2023 saylı qərardadına əsasən iddia tələblərinə ölümün qeydə alınmasına dair hissədə xitam verilməsi nəzərə alınsın. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-821/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-821/2023
13.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver