Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-824/2022 02.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli (ölüm) faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərzəçi Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli (ölüm) faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 ilə 26 oktyabr 2017-ci il tarixdə ailə qurmuşlar. X1 05 yanvar 1949-cu il tarixdə Ağdaş şəhərində anadan olmuş və 21 yanvar 2022-ci il tarixdə yaşadıqları Ağdaş şəhərində şəkər xəstəliyindən və arterial təzyiqin yüksək olması olması səbəbindən ölmüşdür. Mərhum X1 Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən şəhər qəbirstanlığında dəfn olunmuşdur. İlk vaxtlarda başları yas mərasiminə qarışdığından ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Belə ki, mərhum X1nın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada və müddətdə ölüm faktının müvafiq icra orqanında qeydə alınması üçün tərəflərindən müraciət olunmadığından, daha sonralar müraciət edildikdə onlara ölüm faktından xeyli vaxt keçdiyi üçün həmin faktın yalnız məhkəmə qaydasında müəyyən edilə biləcəyi bildirilmişdir. Hazırda mərhum X1nın ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün deyildir. Odur ki, mərhum X1nın 21 yanvar 2022-ci il tarixdə yaşadıqları Ağdaş şəhərində şəkər xəstəliyindən və yüksək arterial təzyiq səbəbindən ölməsi faktının müəyyən edilməsi və ölümün müvafiq icra orqanında (Qeydiyyat şöbəsində) qeydə alınması barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur və X10 Hüseynovanın arvadıdır. Leoza Hüseynova 21 yanvar 2022-ci il tarixdə Ağdaş şəhərində vəfat etmişdir və o, yas mərasimində iştirak etmişdir. İş üzrə şahid Cumayev İmran oğlu məhkəmə iclasında şahid X5 ifadəsinə oxşar ifadə verdi. İş materialları ilə müəyyən edilir ki, X4 05 yanvar 1949-cu ildə Ağdaş şəhərində anadan olmuşdur. Ərizəçi X3 əridir. X4 21 yanvar 2022-ci il tarixdə vəfat etmiş və Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən şəhər qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 yanvar 1949-cu ildə Ağdaş şəhərində anadan olmuş X3 21 yanvar 2022-ci ildə Ağdaş şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-824/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-824/2022
02.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver