Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-85/2025 21.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3* avqust 1984-cü ildə anadan olmuş X5 14 dekabr 1993-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 3* avqust 1984-cü ildə Ağdaş rayon, Yuxarı Zeynəddin kəndində anadan olmuşdur. X1 14 dekabr 1993-cü ildə vəfat etmişdir. Mərhum oğlu X9 vəfat etdiyi günədək onunla birgə ünvan 1 ünvanında onunla birgə yaşamışdır. X5 ölümünə səbəb ağır sürən sarılıq xəstəliyi olmuşdur. X2 şəhəri, X14 qəbirstanlığında qonşu və qohumlarının iştirakları ilə dəfn edilmiş, yas mərasimi də o tərəfindən götürülmüşdür. Lakin həmin vaxt müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Bununla bağlı heç bir orqana da müraciət edilməmişdir. Hazırda mərhum oğlunun ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini almaq mümkün deyildir. Ona görə də mərhum oğlu X5 ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, oğlu 14 dekabr 1993-cü ildə rəhmətə getmişdir. Sarılıq xəstəliyinə tutulmuşdu, qəfildən rəhmətə getdi. Rəhmətə gedəndə həkim çağırmamışlar, çünki uşaq artıq vəfat etmişdi. Hazırda oğlu kənd qəbirstanlığında babasının yanında bastırılmışdır. Buna görə də, ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, Ərizəçi onun qonşusudur. Fazilin 5 övladı olmuş, biri rəhmətə getmişdir. Ərizəçinin 4 övladı var hazırda. Fazilin uşağı xəstəlikdən rəhmətə getmişdir. Uşaq rəhmətə gedəndə işdə olub, dəfn mərasimində iştirak edə bilməmişdir. Uşağı vəfat edən zaman babasının yanına dəfn etmişlər. X5 ölümünü təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, Ərizəçi onun qonşusudur. Onun 5 uşağı var idi. Oğlu Nasir 1993-cü ildə xəstəlikdən vəfat etmişdir. Kənd qəbirstanlığında bastırılmışdır. Nasirin ölümünü təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, Ərizəçi onun qonşusudur. Fazilin 3 qızı, 2 oğlu var idi. 1 oğlu 1993-cü il tarixdə xəstəlikdən rəhmətə getmişdir. Uşağın dəfn mərasimində iştirak etmişdir. Uşağın ölüm faktını təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 25 iyul 2*24-cü il tarixli 3-16- 5/15-M-91*/2*24 saylı məktubundan görünür ki, 3* avqust 1984-cü ildə Ağdaş rayonu Yuxarı Zeynəddin kəndində anadan olan, oğlu X5 ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon Ağdaş Bələdiyyəsi tərəfindən verilmiş, 26 iyul 2*24-cü il tarixli 112 saylı arayışdan məlum olur ki, mərhum oğlu X1* 3*.*8.1984-cü ildə anadan olmuş, xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Mərhum Ağdaş şəhər Zeynəddin qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 25 iyul 2*24-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X9 3* avqust 1984-cü ildə Ağdaş rayonu Yuxarı Zeynəddin kəndinda anadan olmuşdur. İş materiallarında olan AR “Tibbi ərazi X4” Publik Hüquqi şəxsin “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik hüuqi şəxsin 24 sentyabr 2*24-cü il tarixli ölüm şəhadətnaməsninin verilməsi barədə məktubundan görünür ki, Ərizəçi ərizə verərək övladı X5 14 dekabr 1993-cü il tarixdə vəfat etdiyi bildirilmişdir. Vətəndaşın ölümündən uzun müddət keçdiyindən tərəflərindən qeydiyyata alına bilmir. Bu səbəbdən Ağdaş Rayon Məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2 və 3*7.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*7.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 3* avqust 1984-cü ildə Ağdaş rayon, Yuxarı Zeynəddin kəndində anadan olmuş X5 14 dekabr 1993-cü ildə vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2**3-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-22*-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 3* avqust 1984-cü ildə Ağdaş rayon, Yuxarı Zeynəddin kəndində anadan olmuş X5 14 dekabr 1993-cü il tarixdə Ağdaş rayonu Yuxarı Zeynəddin kəndində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X1nun ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-85/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-85/2025
21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver