Məhkəmə qərarları › İş №2(014)-862/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-862/2022

20.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-862/2022 20.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı1, Cavabdeh1 iştirakları ilə İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəruri su yolunun bərpası, süni maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəruri su yolunun bərpası, süni maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar islahat zamanı onların ümumi mülkiyyətinə verilmiş 0,21 hektaf həyətyanı torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evində yaşamaqla təsərrüfatı idarə edirlər. Onların həmin 0,21 hektar həyətyanı torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində ümumi birgə mülkiyyət hüquqi əsasında adlarına qeydə aldırmışlar və bu barədə adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin həyətyanı torpaq sahəsi onlara verildiyi və üzərində ev tikdirdikləri vaxtdan həyətlərinə su arxı hazırda cavabdehlərin özbaşına zəbt edərək hasara aldıqları ərazidən keçirdi. Həmin su yolunun cavabdehlərinə heç bir aidiyyatı yoxdur. Lakin cavabdehlər bütün bunlara baxmayaraq onların həyətlərinə gələn su yolunu qəsdən bağlayaraq həyətllərində istifadə etmək üçün onları sudan məhrum etmişlər. Bu səbəbdən də həyətllərində istifadə etmək üçün əkdikləri tərəvəz bitkiləri, meyvə ağacları məhv olur, həyətdə istifadə etmək və ev heyvan və quşları istifadə etmək üçün su tapa bilmirlər. Ona görə də onlar iddiaçılar ərizə ilə kənd bələdiyyəsinə müraciət edərək cavabdehlər tərəfindən qarşısı alınmış həyətlərinə gələn su yolunun bərpa olunmasını xahiş etmişlər. Ərizənin araşdırılması ilə əlaqədar Ağdaş rayonu Şəmsabad kənd bələdiyyə sədrinin iştirakı ilə əraziyə baxış keçirilmişdir. Əraziyə baxış keçirilən zaman məlum olmuşdur ki, həqiqətən həyətlərinə su gələn ərazinin hər iki cavabdehin həyətyanı torpaq sahələrinə heç bir aidiyyati yoxdur və uzun illərdi aşağı həyətlərə gələn ümumi su yoludur. Sonuncu islahat zamanı həyətyanı torpaq shələrinin şəhadətnamələri hazırlanarkən həmin ərazi ümumi su yolu kimi planda qeyd edilmişdir. Bələdiyyə sədri tərəfindən cavabdehlərə həyətlərinə gələn su yonunun yerləşdiyi ərazini boşaldaraq su yolunu bərpa etmələri təklif olunmuşdur. Cavabdehlər bundan birmənalı şəkildə imtina etmişlər. Cavabdehlər özbaşına hərəkətləri ilə onlar iddiaçıları sudan məhrum etmişlər ki, bu da dözülməzdir və qanunvericiliklə yolverilməzdir. Bələdiyyə sədrinin və digər orqanların əməkdaşları tərəfindən cavabdehlə aparılmış proflaktik söhbətlər və görülmüş tədbirlər nəticəsiz qaldığından, yəni istifadələrində olan yaşayış sahəsinə zəruri su yolunun bərpasını və özbaşına hərəkətlərinə birdəfəlik son qoyulmalarını məhkəmədən kənar həll etmək mümkün olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaya etiraz etməyərək, onun həyətindən iddiaçılara su verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və digər Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, № ******* saylı çıxarışın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 xüsusi mülkiyyətinə Ağdaş rayonunun Şəmsabad kəndindən yaşayış məntəqələrinin torpaqları məqsədilə 0,21 ha torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1964-cü ildə Ağdaş rayonunun, Şəmsabad kəndində anadan olmaqla, Ağdaş rayonunun Şəmsabad kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı2 xx.xx.1992-ci ildə Ağdaş rayonunun, Şəmsabad kəndində anadan olmaqla, Ağdaş rayonunun Şəmsabad kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı3 xx.xx.1990-cı ildə Ağdaş rayonunun, Şəmsabad kəndində anadan olmaqla, Ağdaş rayonunun Şəmsabad kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı4 Rafiq qızı xx.xx.1970-ci ildə Ağdaş rayonunun, Şəmsabad kəndində anadan olmaqla, Ağdaş rayonunun Şəmsabad kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş Rayon Şəmsabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, № 40 saylı məktubundan görünür ki, mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir. Həmin su gələn ərazinin iki qonşunun həyətyanı torpaq sahələrinə heç bir aidiyyəti yoxdur və uzun illərdi aşağı həyətlərə gələn ümumi su yoludur. Sonuncu islahat zamanı həyətyanı torpaq sahələrinin şəadətnamələri hazırlanarkən həmin ərazi ümumi su yolu kimi qeyd edilmişdir. Bu məsələ haqqında Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(014)-1260/2019-saylı qətnaməsi vardır. İşin materiallarına olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)- 1260/2019 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ərzuman qızı və X5 tərəfindən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışına əsasən Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində olan, X3 mülkiyyətinə verilmiş 0,1461 hektar torpaq sahəsinə gedən su yolunun açılması, aparılmış tədqiqatın dəyəri 84,20 (səksən dörd manat iyirmi qəpik) manat ekspertiza xərci cavabdeh X2 alınıb KapitalBank ASC-nin Xətai filialına, kod 2000071, VÖİN ********** m/h AZ37NABZ********************, SWİFT AİİBAZ2X, benefisiarın adı: KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, № ******* saylı çıxarışla İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Rafiq qızınının mülkiyyətinə verilmiş 0,21 ha həyətyanı torpaq sahəsinə gedən su yolu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən bağlanmışdır. Mübahisəli ərazidə məhkəmə tərəfindən yerində müayinə aparılaraq müəyyən edilmişdir ki, iddiaçıların həyətinə gələn zəruri su yolu kəndin başqa təfəfində olan küçədən əvvəlcə Cavabdeh2 həyətinə, oradan digər Cavabdeh1 həyətinə keçməklə onların həyətinin arxa tərəfindəki kəndin digər küçəsinə doğru gəlir və bundan sonra cavabdehlərin həyətindən arx küçəyə çıxmaqla sağa və sola olaraq iki hissəyə ayılır. Cavabdeh1 həmin hissədən sola olan arxa su verilməsinə şərait yaratsa da, sağ tərəfə çıxışı bağlamış, sonradan məhkəmənin qətnaməsi əsasında sağ tərəfdə yaşayan qonşu X1 arxının qarşısını açmış, bundan sonra su arxının qarşısını təkrarən kəsərək digər qonşulara verilməsinin qarşısını almışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinin tələbinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Məcəlləsinin 54-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istfadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o, cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlədən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.3 və 170.4-cü maddələrinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətrinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Rafiq qızınının Ağdaş rayonunun Şəmsabad kəndində ümumi birgə mülkiyyətlərində olan 0,21 ha həyətyanı torpaq sahəsinə gələn zəruri su yolu (su arxı) həmin kənddə yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən bərpa olunmalı, cavabdehlər tərəfindən həmin su yolundan sərbəst istifadə edilməsinə yaradılan süni maneələr aradan qaldırılmalı və cavabdehlərin özbaşına hərəkətlərə birdəfəlik son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Rafiq qızınının Ağdaş rayonunun Şəmsabad kəndində ümumi birgə mülkiyyətlərində olan 0,21 ha həyətyanı torpaq sahəsinə gələn zəruri su yolu (su arxı) həmin kənddə yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən bərpa olunsun. Cavabdehlər tərəfindən həmin su yolundan sərbəst istifadə edilməsinə yaradılan süni maneələr aradan qaldırılsın və cavabdehlərin özbaşına hərəkətlərə birdəfəlik son qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar