Məhkəmə qərarları › İş №2(014)-917/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-917/2020

26.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-917/2020 26.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Qızıl-zinət əşyalarının,yaxud da onların dəyərinin alınması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının, yaxud da onların dəyərinin alınması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Çələbiyeva Aişə Söhrab qızından əvvəlcədən qalmış 200 manat borcun, çəkisi 25 qram olan 583 əyarlı 1600 manat dəyərində zəncir boyunbağının, çəkisi 25 qram olan 583 əyarlı 4 ədəd qırmızı qaş üzüyün, 1500 manat dəyərində, çəkisi 10 qram olmaqla 2 ədəd cəmi 20 qram olan brilyant qaşlı üzüyün 1400 manat dəyərində, çəkisi 29 qram olan 583 əyarlı sep 1/00 manat dəyərində, bunlar cəmi 6200 manat etməklə, çəkisi 9,16 qram olan 583 əyarlı halqa bilərzik 550 manat dəyərində, çəkisi 5 qram olan 583 əyarlı böyük klon 300 manat dəyərində, çəkisi 6,16 qram olan 583 əyarlı yarpaq klon 370 manat dəyərində, çəkisi 3,16 qram olan 583 əyarlı kiçik klon 190 manat dəyərində, çəkisi 6,6 qram olan 583 əyarlı yarpaq sırğa 400 manat dəyərində, çəkisi 8,3 qram olan 583 əyarlı saffır sırğa 500 manat dəyərində, çəkisi 7,6 qram olan 583 əyarlı mirvari sırğa 460 manat dəyərində, çəkisi 5 qram olan 583 əyarlı nişan üzüyü 300 manat dəyərində, çəkisi 6 qram olan 583 əyarlı alians üzük 360 manat dəyərində, cəmi bunlar 3430 manat etməkdə, hamısının cəmi 9630 manat dəyərində borcdan 1000 manat ödəyərək, 8630 manat dəyərində qızılın alınaraq ona qaytarılması barədə, həmin qızılların qaytarılması mümkün olmadıqda isə həmin qızılların dəyəri olan ümumilikdə 8630 manatın cavabdeh Çələbiyeva Aişə Söhrab qızından alınaraq ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını,həmçinin cavabdeh barəsində CM-in 178-ci maddəsi üzrə xüsusi qərar çıxarılaraq cinayət işinin başlanılması üçün Ağdaş rayon prokurorluğuna göndərilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Rəsulova Aişə Söhrab qızından əvvəlcədən borc qalmış 200 manat məbləğin, çəkisi 25 qram olan 583 əyarlı 1600 manat dəyərində zəncir boyunbağının, çəkisi 25 qram olan 583 əyarlı 1500 manat dəyərində 4 ədəd qırmızı qaş üzüklərin, çəkisi 10 qram olmaqla 2 ədəd cəmi 20 qram olan 1400 manat dəyərində brilyant qaşlı üzüyün, çəkisi 29 qram olan 583 əyarlı 1700 manat dəyərində boyunbağının, çəkisi 9,16 qram olan 583 əyarlı 550 manat dəyərində halqa qolbağın, çəkisi 5 qram olan 583 əyarlı 300 manat dəyərində böyük klonun, çəkisi 6,16 qram olan 583 əyarlı 370 manat dəyərində yarpaq klonun, çəkisi 3,16 qram olan 583 əyarlı 190 manat dəyərində kiçik klonun, çəkisi 6,6 qram olan 583 əyarlı 400 manat dəyərində yarpaq sırğanın, çəkisi 8,3 qram olan 583 əyarlı 500 manat dəyərində saffir sırğanın, çəkisi 7,6 qram olan 583 əvarlı 460 manat dəyərində mirvari sırğanın, çəkisi 5 qram olan 583 əyarlı 300 manat dəyərində nişan üzüyün, çəkisi 6 qram olan 583 əyarlı 360 manat dəyərində alians üzüyün, cəmi 9630 manat dəyərində əmlakın özünün, həmin qızılların qaytarılması mümkün olmadıqda isə həmin qızılların dəyəri olan ümumilikdə 9630 manatdan cavabdeh tərəfindən ödənilmiş 1000 manat məbləğ çıxılmaqla cəmi 8830 manat məbləğin Ağdaş şəhəri, H.Əliyev prospekti 82/10-da qeydiyyatda olan cavabdeh Rəsulova Aişə Söhrab qızından alınaraq mənə, yəni İddiaçı ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o,xx xxx 2019-cu il tarixdə cavabdeh X4 2000 manat dəyərində qızıl əşyanı 2 ay müddətində pulunu ödəmək şərti ilə nisyə satmışdır. Cavabdeh də 2 ay müddətində həmin qızılı satıb, hər ay ona 900 manat olmaqla 1800 manat pul vermiş, beləliklə 200 manat borclu qalmışdır. Bundan sonra 2-ci dəfə xx xxxx 2019-cu il tarixdə ona məxsus ünvan 1 ünvanında yerləşən evdə cavabdehə qiymətini öz aralarında razılaşdıraraq 1600 manat məbləğində 583 əyarlı, çəkisi 25 qram olan zəncir boyunbağı formasında olan qızılın qiymətini öz aralarında razılaşaraq, həmin məbləği ayda 100 manat olmaqla 6 ay müddətinə ödəmək şərti ilə nisyə satmışdır. Bundan sonra 3-cü dəfə xx xxxxxx 2019-cu il tarixdə ona məxsus ünvan 1 ünvanında yerləşən evdə cavabdehə qiymətini öz aralarında razılaşdıraraq 1500 manat məbləğində 583 əyarlı, çəkisi 25 qram olan 4 ədəd qırmızı qaş qızıl üzük həmin məbləği ayda 150 manat olmaqla 10 ay müddətinə ödəmək şərtilə nisyə satmışdır. Bundan sonra 4-cü dəfə xx xxxxxx 2020-ci il tarixdə ona məxsus ünvan 1 ünvanında yerləşən evdə cavabdehə qiymətini öz aralarında razılaşdıraraq 1400 manat məbləğində 583 əyarlı, çəkisi 10 qram olan 2 ədəd, cəmi 20 qram brilyant qaş üzükləri, həmin məbləği ayda 140 manat olmaqla 10 ay müddətinə ödəmək şərtilə nisyə satmışdır. Bundan sonra elə həmin tarixdə, yəni xx xxxxxx 2020-ci il tarixdə ona məxsus ünvan 1 ünvanında yerləşən evdə cavabdehə qiymətini öz aralarında razılaşdıraraq 1700 (bir min yeddi jniz) manat məbləğində 583 əyarlı, çəkisi 29 qram olan sepi, həmin məbləği ayda 170 manat olmaqla 10 ay müddətinə ödəmək şərtilə nisyə satmışdır. Bundan sonra 5-ci dəfə xx xxxx 2020-ci il tarixdə ona məxsus ünvan 1 ünvanında yerləşən evdə cavabdehə qiymətini öz aralarında razılaşdıraraq 583 əyarlı çəkisi 9,16 qram olan 550 manat dəyərində halqa braslet çəkisi 5 qram olan 300 manat dəyərində böyük klon, çəkisi 6,16 qram olan 370 manat dəyərində yarpaq klon, çəkisi 3,16 qram olan 190 manat dəyərində kiçik klon, çəkisi 6,6 qram olan 400 manat dəyərində yarpaq sırğa, çəkisi 8,3 qram olan 500 manat dəyərində saffir sırğa, çəkisi 7,6 qram olan 460 manat dəyərində olan mirvari sırğa, çəkisi 5 qram olan 300 manat dəyərində nişan üzük və çəkisi 6 qram olan 360 manat dəyərində alians üzük, bunların cəmi 3430 manat olmaqla həmin məbləği ayda 150 manat olmaqla ödəmək şərtilə nisyə satmışdır. Cavabdeh həmin qızıllara görə ona cəmi 8830 manat borcu yaranmış, həmin borcdan 1000 manat ona ödəsə də, qalan məbləği müxtəlif bəhanələrlə ödəməkdən bu günədək yayınır. Cavabdehin ondan həmin qızılların nisyə alqı satqısını təsdiq edəcək şahidləri kimi qonşuları X1 və X3 şahidlik edə bilərlər. Bundan əlavə cavabdeh ilə onun arasında olan telefon danışıqlarında da onun cavabdehə qızıllar verdiyini, onun həmin qızılları satması, lakin pullarını qaytarmadığını, həmin qızılların pulunu qaytaracağına söz verməsi açıq aydın səs yazısı ilə yazılmışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh hələ də qızılların pullarını qaytarmır, son vaxtlar da ümumiyyətlə telefon zənglərinə cavab vermir. Əslində onun bu hərəkətlərində dələduzluq cinayətinin əlamətləri vardır. İlk dəfə onu inandırmaq üçün az məbləğdə olan qızılı ondan götürüb satıb pulunu qaytarıb, onun etibarını qazandıqdan sonra böyük məbləğ dəyərində olan qızıllarını satmaq adı ilə götürmüş və pullarını qaytarmamışdır. Hər bir halda onun cavabdehdən mülki qaydada verdiyi qızılların və ya onların dəyərini tələb etmək hüququ vardır.Çünki cavabdehlə onun arasında qızılların dəyərini öz aralarımda müəyyən etdikdən sonra qızılların ondan müəyyən müddətə satıb pulunu qaytarmaq şərti ilə götürdüyü vaxtdan aralarında şifahi qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsində yazılanlara əlavə olaraq bildirdi ki, cavabdeh Aişə Raulovanı onunla qonşusu Raisə Həmidova tanış etmişdir. Qeyd etmək istəyir ki, cavabdeh birinci dəfə ondan xx xxx 2019-cu il tarixdə 2000 manat dəyərində qızıl-zinət əşyasını nisyə alaraq 2 ay müddətinə cəmi 1800 manat ödəmiş və həmin borcdan hazırki vaxtadək 200 manat ödənilməmiş qalmışdır. Cavabdeh ikinci dəfə xx xxxx 2019-cu il tarixdə ondan 1600 manat dəyərində qızıl-zinət əşyasını 6 ay müddətində ödəmək şərti ilə nisyə almışdır. Həmin borcun da 700 manatını qaytarmış, 900 manat hissəsi isə durur. Cavabdeh 3-cü dəfə xx xxxxxx 2019-cu il tarixdə 1500 manat məbləğində 583 əyarlı, çəkisi 25 qram olan 4 ədəd qırmızı qaş qızıl üzüyü həmin məbləği ayda 150 manat olmaqla 10 ay müddətinə ödəmək şərtilə aralarında razılaşdırılmış nisyəalqı satqı əsasında satın almışdır. Borc üzrə ödəniş etməmişdir. Bundan sonra cavabdeh 4-cü dəfə xx xxxxxx 2020-ci il tarixdə qiymətini öz aralarında razılaşdıraraq 1400 manat məbləğində 583 əyarlı, çəkisi 10 qram olan 2 ədəd, cəmi 20 qram brilyant qaş üzükləri, həmin məbləği ayda 140 manat olmaqla 10 ay müddətinə ödəmək şərtilə nisyə-alqı satqı əsasında satın almışdır. Bundan sonra elə həmin tarixdə, yəni xx xxxxxx 2020-ci il tarixdə cavabdehə qiymətini öz aralarında razılaşdıraraq 1700 manat məbləğində 583 əyarlı, çəkisi 29 qram olan sepi, həmin məbləği ayda 170 manat olmaqla 10 ay müddətinə ödəmək şərtilə nisyə satmışdır.Cavabdeh həmin borc üzrə ödəniş etməmişdir. Bundan sonra 5-ci dəfə xx xxxx 2020-ci il tarixdə o, cavabdehə qiymətini öz aralarında razılaşdıraraq 583 əyarlı çəkisi 9,16 qram olan 550 manat dəyərində halqa braslet çəkisi 5 qram olan 300 manat dəyərində böyük klon, çəkisi 6,16 qram olan 370 manat dəyərində yarpaq klon, çəkisi 3,16 qram olan 190 manat dəyərində kiçik klon, çəkisi 6,6 qram olan 400 manat dəyərində yarpaq sırğa, çəkisi 8,3 qram olan 500 manat dəyərində saffir sırğa, çəkisi 7,6 qram olan 460 manat dəyərində olan mirvari sırğa, çəkisi 5 qram olan 300 manat dəyərində nişan üzük və çəkisi 6 qram olan 360 manat dəyərində alians üzük, bunların cəmi dəyəri 3430 manat olmaqla həmin məbləği ayda 150 manat olmaqla ödəmək şərtilə cavabdehə nisyə satmışdır. Beləliklə qeyd etmək istəyir ki, o, cavabdehə nisyə alqı-satqı əsasında 9630 manat dəyərində qızıl-zinət əşyası satmış,cavabdeh 1000 manatını qaytarmışdır. Belə ki, cavabdehin iddiaçıya ilk satdığı qızıl-zinət əşyasından 200 manat borclu olmasını nəzərə alaraq cavabdehin ona qızıl-zinət əşyalarını qaytarmayacağı təqdirdə cəmi 8830 manat borcu vardır. Qeyd edir ki,qızılları mağaza qiymətinə olmaqla vermişdir.Qızılları cavabdehə verərkən Raisə Həmidova görmüşdür. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh nə qızıl-zinət əşyalarını,nə də ki, onların dəyəri olan cəmi 8830 manat pulu qaytarmamışdır. Hesab edir ki,iddiası əsaslıdır. Odur ki,iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, o,iddiaçı ilə Raisə Həmidova vasitəsi ilə tanış olmuşdur, o,iddiaçıdan birinci dəfə xx xxx 2019-cu il tarixdə 2000 manat dəyərində nisyə alqı-satqı əsasında qızıl-zinət əşyası götürmüşdür. Həmin qızıl-zinət əşyasının dəyəri olan 1800 manatı iddiaçıya qaytarmış,hazırda 200 manat borcu qalmışdır. xx xxxx 2019-cu ildə 1600 manat dəyərində alqı-satqı əsasında iddiaçıdan qızıl-zinət əşyası götürmüşdür. Həmin pulu da iddiaçıya qaytarmışdır. Daha sonra iddiaçıdan hər hansı məbləğdə qızıl-zinətə şyası götürməmişdir. Hesab edir ki,iddia tamamilə əsassız və şər böhtan xarakterlidir. Hazırda onun iddiaçıya cəmi 200 manat borcu vardır. Odur ki, iddianın 200 manat hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş üzrə şahid X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçı onun qonşusudur. Cavabdeh Aişə Rasulaova onun iş yoldaşıdır. Bir gün Cavabdeh onun yanına gələrək ona qızıl-zinət əşyası lazım olduğunu bildirmişdir. Odur ki,o, cavabdehi İddiaçı lə tanış etmişdir. Beləliklə, cavabdeh onun yanında iddiaçıdan nisyə alqı-satqı əsasında xx xxx 2019-cu il tarixdə 2000 manat dəyərində, xx xxxx 2019-cu il tarixdə 1600 manat dəyərində, xx xxxxxx 2020-ci il tarixdə 1400 manat dəyərində,xx xxxxxx 2020-ci il tarixdə 1700 manat dəyərində, xx xxxx 2020-ci il tarixdə 3430 manat dəyərində qızıl-zinət əşyası götürmüşdür. Qızıllar cavabdeh tərəfindən iddiaçıdan onun yanında alınmışdır. Cavabdeh iddiaçıya qızılların pulunu qaytararkən onu özü ilə aparmırdı. Cavabdeh iddiaçıya vermək üçün ona 150 manat,100 manat,100 manat,200 manat və 50 manat olmaqla pul vermişdir. İş üzrə şahid X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki,iddiaçı onun qonşusudur. O, iddiaçıgilə xx xxxx 2020-ci ildə qonaq getmişdir. Cavabdeh Raisə Həmidova ilə birgə həmin günü iddiaçıgilə gələrək təqribən dəyəi 3000 manadan yuxarı olan qızıl-zinət əşyası götürüb getmişdilər. Bildiyinə görə, qızıl-zinət əşyasını cavabdeh iddiaçıdan satmaq üçün alırdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən həmin Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı cavabdehlə nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə bir neçə dəfə satmaq üçün qızıl-zinət əşyası verdiyini və cavabdehin qızılların pulunu hər ay müəyyən məbləğdə qaytarmasını öhdəlik kimi üzərinə götürdüyünü bildirsə də, bu barədə iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin tərəflər arasında müqavilə olmamışdır. Eyni zamanda cavabdeh tərəf iddiaçıdan iki dəfə qızıl-zinət əşyası aldığını və birinci dəfə aldığı qızıl-zinət əşyasından cəmi iki yüz manat borcu qaldığını,ikinci dəfə aldığı qızıl-zinət əşyasının borcunu isə tamamilə ödədiyini bildirərək, iddianı digər hissədə qəbul etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfdən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, birincisi, şahidlər öz ifadələrində iddiaçının tələbində göstərdiyi qızıl-zinət əşyalarının formasını, çəkisini, əyarını və dəyərini dəqiqliklə təsvir edə bilməzlər. Təsvir etsələr belə bu məhkəmədə şahid ifadəsinin həqiqiliyinə şübhə yaradır. İkincisi iddiaçı cavabdehə müxtəlif vaxtlarda verdiyi qızılları tələb etmişdir. İddiaçı tərəfindən cavabdehə iddiaçının dediyi kimi nisyə alqı-satqı əsasında qızıllar verilərkən şahidlərin hər zaman orada iştirak etməsi məhkəməyə inandırıcı gəlmir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının tələbi digər yazılı və mötəbər sübutlarla təsdiq olunmadığı üçün şahid ifadələri mötəbər sübut kimi qəbul olunaraq həmin şahid ifadələri əsasında iddia təmin edilə bilməz. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia cavabdehin iddianı qəbul etdiyi hissədə,yəni tələbin 200 manat borc hissəsində təmin edilməli,iddia qalan hissədə rədd edilməli, iddianın təmin edilmiş hissəsinə mütanasib olaraq 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 200 manat borca görə, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 220 (iki yüz iyirmi) manat tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar