Məhkəmə qərarları › İş №2(014)-917/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-917/2024

05.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-917/2024 05.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X2 09.0*.2024-cü il tarixdə Ağdaş rayonu Yuxarı Ləki kəndinə anadan olmuşdur. xx.xx.2024-cü il tarixdə oğlu İsmayılın səhəti pisləşdiyindən, onu xəstəxanaya aparmışla. Xəstəxanada uşağa “Həkiməqədər” ölün diaqnozu qoyulmuşdur. Bundan sonra o Ağdaş rayonu Orta Ləki kənd qəbrsanlıqda (arayiş) dəfn edilmişdir. Sonradan oğlunun ölümünü dövlət qediyyatına aldırmaq istəyən zaman xəstəxanadan imtina vermişlər. Bundan sonra Maraqlı şəxsnə müraciət edib oğlu 09.0*.2024-cü il tarixdə Ağdaş rayonu Yuxarı Ləki kəndinə anadan olmuş X* ölümünü qeyd etdirmək istəyəndə ona “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-cü müddiasına əsasən ölümün qeydə alınmasından imtina edilmişdir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Oğlunun xx.xx.2024-cü il tarixdə rəhmətə getməsini kənd sakinləri təsdiq edə bilərlər. Bütün qeyd etdiklərini nəzərə alaraq, 09.0*.2024-cü il tarixdə Ağdaş rayonu Yuxarı Ləki kəndinə anadan olmuş X* xx.xx.2003-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədə 09.0*.2024-cü il tarixdə Ağdaş rayonu Yuxarı Ləki kəndinə anadan olmuş X* xx.xx.2003-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdır. Qeyd edir ki, ərizə tərtib edilərkən texniki səhvə yol verərək, ərizənin xahiş etdi hissəsində oğlunun xx.xx.2003-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Halbuki, oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür. Hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən tələbim dəqiqləşdirilməlidir. 09.0*.2024-cü il tarixdə Ağdaş rayonu Yuxarı Ləki kəndinə anadan olmuş X* xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in *85.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. İsmayıl 09.0*.2024-cü il tarixdə ünvan 2ində anadan olmuşdur. Lakin xx.xx.2024-cü il tarixdə Ağdaş rayon MX-da ölmüş və Ağdaş rayonu, Orta Ləki kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 və Şahid* da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən arayışdan görünür ki, X2 09.0*.2024-cü il tarixdə ünvan 2ində anadan olmuşdur. Atası Ərizəçi, anası Şahid3dır. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış № 3-*6-5/8- Ə-*5-570/2024 saylı, 03 may 2024-cü il tarixli məktubdan görünür ki, 09.0*.2024-cü il tarixdə ünvan 2ində anadan olmuş X* ölümünü təsdiq edən sənədin olmaması ərizənin təmin edilməsi mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən Ərizəçi oğluna ünvanlanmış № *8-*-22/2-Ə-3*8-42-257/2024 saylı, 02 aprel 2024-cü il tarixli məktubdan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili yardım bölməsinə gətrilmişdir. Diaqnozu “Həkiməqədər” ölüm kimi qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-32-*2/2-*80/2024 saylı arayışdan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Orta Ləki kənd qəbirstanlığında dəfn olunmuşdur. İşin materiallarından olan Maraqlı şəxs tərəfindən verilmiş **.**.2022-ci il tarixli AZ-İİ № 490064 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 **.**.2022-ci il tarixdə 228 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Əbdürrəhimov, arvada Əbdürrəhimova soyadı verilmişdir. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qızı 09.0*.2024-cü il tarixdə ünvan 2i ünvanında anadan olmuş X2 02 mart 2024-cü il tarixdə “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili yardım bölməsində “Həkiməqədər” diaqnozu ilə ölmüş və Ağdaş rayonu, Orta Ləki kənd qəbirstanlığında dəfn edilmiş, lakin ərizəçi uşağının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi qızının ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi oğlu 09 yanvar 2024-cü il tarixdə doğulmuş X* 02 mart 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi oğlu 09 yanvar 2024-cü il tarixdə doğulmuş X* 02 mart 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar