Məhkəmə qərarları › İş №2(014)-943/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-943/2024

01.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-943/2024 01.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, *5 dekabr *948-ci il tarixdə Ağdaş rayonu Xosrov kəndində anadan olmuş X4 3 mart 2024-cü il tarixdə Ağdaş rayonu Xosrov kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X8 *5 dekabr *948-ci il tarixdə (şəxsiyyət vəsiqəsinin surəti) Ağdaş rayonu Xosrov kəndində anadan olmuşdur. O, anadan olduğu gündən həmin kənddə yaşamışdır. Anası uzun sürən xəstəlikdən sonra xx.xx.2024-cü il tarixdə Ağdaş rayonu Xosrov kəndində ölmüş və Ağdaş rayonu Xosrov kənd qəbirstanlığında (arayışı və fotoşəkil) dəfn edilmişdir. Anasının ölümü onu bir övlad kimi sarsdığından və başı onun dəfn mərasiminə qarışdığından onun ölümünü dövlət qeydiyyatına aldırmaq yadlarından çıxmışdır. Ağdaş rayon Notariat ofisində vərəsəlik işi açdırmaq istəyən zaman ona məlum olmuşdur ki, anasının ölümünü dövlət qeydiyyatına aldırmamışdır. Maraqlı şəxsnə müraciət edib *5.*2.*948-ci il tarixdə Ağdaş rayonu Xosrov kəndində anadan olmuş X4 ölümünü qeyd etdirmək istəyəndə ona “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci müddəasına əsasən ölümün qeydə alınmasından imtina edilmişdir. Anasının 3 mart 2024-cü il tarixdə rəhmətə getməsini kənd sakinləri təsdiq edə bilərlər. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Hesab edir ki, *5.*2.*948-ci il tarixdə Ağdaş rayonu Xosrov kəndində anadan olmuş X4 3 mart 2024-cü il tarixdə Ağdaş rayonu Xosrov kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, anası ağciyərində problem olduğu üçün 3 mart 2024-cü il tarixdə Ağdaş rayonunda rəhmətə getmişdir. Həmin ərəfədə arvadının səhhətində ciddi problemlər yaranmış, onu Bakı şəhərində xəstəxanaya yerləşdirmişdir. Bu səbəbdən anasının ölüm haqqında şəhadətnaməsini vaxtında ala bilməmişdir. Dəfn mərasimi Xosrov kəndində olmuşdur. Vərəsəlik işi açdırmaq üçün həmin sənəd ona lazımdır. Buna görə də, ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X** ifadə verərək bildirdi ki, o, Xosrov kəndinin axundudur. Ruslan onun həmkəndlisidir. 2024-cü ilin mart ayının 3-də ona zəng gələrək Ruslanın anası Validə müəllimənin rəhmətə getdiyi bildirilmişdir. Həmin gün o, cənazə namazında və dəfn mərasimində iştirak etmişdir. Validə xanım Xosrov kənd qəbristanlığında dəfn olunmuşdur. Onun ölümünü təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, Ruslan onun həmkəndlisidir. Ruslanın anası Validə, atası Şövkətdir. Anası 2024-cü ilin mart ayının 3-də rəhmətə gedib. Validə müəllimənin məzarını o, qazmışdır. Validə xanım Xosrov kənd qəbristanlığında dəfn olunmuşdur. Yas mərasimi Xosrov kəndində keçirilmişdir. Yas mərasimində iştirak etmişdir. Onun ölümünü təsdiq edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Ağdaş rayon Mərkəzi Xəstəxanasının *5 may 2024-cü il tarixli *8-*-22/2-M-348-42-289/2024 saylı ölüm şəhadətnaməsinin verilməsi barədə məktubdan görünür ki, Ərizəçi ərizə verərək anası X4 3 mart 2024-cü il tarixdə evində vəfat etdiyini bildirmişdir. Vətəndaşın ölümündən uzun müddət keçdiyindən tərəflərindən qeydiyyata alına bilmir. Bu səbəbdən Ağdaş Rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon Xosrov kənd soveti tərəfindən verillmiş *7 iyul *948-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 *5 dekabr *948-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. İş materiallarında olan Ağdaş rayon Xosrov kənd soveti tərəfindən verillmiş *7 dekabr *977-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 7 dekabr *977-ci il tarixdə Ağdaş rayon Xosrov kəndində anadan olmuşdur. X*, anası X5r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş, 22 may 2024-cü il tarixli 3- *6-5/8-M-69-68*/2024-cü il tarixli nikah haqqında arayışdan məlum olur ki, X7 ilə X*2 7 avqust *970-ci il tarixdə nikahlarını qeydə aldırmılar. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş *5 may 2024-cü il tarixli 3- *6-5/8-M-64*/24 saylı məktubundan görünür ki, Ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilərək imtina cavabı verilmişdir. İş materiallarında olan Ağdaş rayon Xosrov Bələdiyyəsi tərəfindən verilmiş, 27 may 2024-cü il tarixli 29 saylı arayışdan məlum olur ki, mərhum X8 həqiqətən 3 mart 2024-cü il tarixdə vəfat etmişdir. Mərhum vəfat edən günə kimi Ağdaş rayon Xosrov kəndində yaşamışdır. Tərəflərindən baxış keçirilmiş həqiqətən X4 Xosrov kənd qəbristanlığında dəfn edildiyi məlum olunmuşdur. İş materiallarında olan Ağdaş RİHB-nin Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, 27 may 2024-cü il tarixli 5-32-*2/2-266/2024 saylı arayışdan məlum olur ki, mərhum X8 həqiqətən 3 mart 2024-cü il tarixdə vəfat etmişdir. Mərhum vəfat edən günə kimi Ağdaş rayon Xosrov kəndində yaşamışdır. Mərhumun oğlu Məmmədov X2 qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, *5 dekabr *948-ci ildə Ağdaş rayonu Xosrov kəndində anadan olmuş X4 03 mart 2024cü ildə Ağdaş rayonu Xosrov kəndində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *5 dekabr *948-ci ildə Ağdaş rayonu Xosrov kəndində anadan olmuş X4 03 mart 2024-cü il tarixdə Ağdaş rayonu Xosrov kəndində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X4 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar