Məhkəmə qərarları › İş №2(014)-944/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-944/2024

02.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-944/2024 02.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Ağdaş Rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş Rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı X*2 26.*0.*987-ci il tarixdə (Qeydiyyat şöbəsinin arayişi) Ağdaş rayonu Ləki Qəsəbəsində anadan olmuşdur. O, anadan olduqdan bir neçə ay sonra, *8.0*.*988-ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsində ölmüş və Ağdaş rayonu Kotanarx kənd qəbrsanlıqda (Ağdaş rayonu Kotanarx kənd bələdiyyəsinin arayişi və fotoşəkil) dəfn edilmişdir. Ağdaş rayon Notariat ofisində vərəsəlik işi açdırmaq istəyən zaman ona məlum olmuşdur ki, onun ölümünü dövlət qediyyatına aldırmamışlar. Belə ki, qızı uşaq vaxtı rəhmətə getdiyindən və başıarı onun dəfn mərasiminə qarışdığından onun ölümünü dövlət qediyyatına aldırmaq yadlarından çıxmışdır. Ağdaş rayon Qeydiyyat şöbəsinə müraciət edib qızı 26.*0.*987-ci il tarixdə Ağdaş rayonu Ləki Qəsəbəsində anadan olmuş X6 ölümünü qeyd etdirmək istəyəndə ona "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasfnm 8.5-cü müddiasına əsasən ölümün qeydə alınmasından imtina edilmişdir. Qızının *8.0*.*988-ci il tarixdə rəhmətə getməsini kənd sakinləri olan təsdiq edə bilərlər. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Hesab edir ki, 26.*0.*987-ci il tarixdə Ağdaş rayonu Ləki Qəsəbəsində anadan olmuş X6 *8.0*.*988-ci il tarixdə Ağdaş rayonu Ləki Qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməlidir. Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədə 26.*0.*987-ci il tarixdə Ağdaş rayonu Ləki Qəsəbəsində anadan olmuş X6 *8.0*.*988-ci il tarixdə Ağdaş rayonu Ləki Qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, ərizə tərtib edilərkən texniki səhvə yol verərək, ərizənin xahiş etdi hissəsində qızının *8.0*.*988-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmiş, hal bu ki, qızı 0*.02.*988-ci il tarixdə ölmüşdür. Buna görə də hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən tələbim dəqiqləşdirilməlidir. Göstərdiklərini nəzərə alaraq 26.*0.*987-ci il tarixdə Ağdaş rayonu Ləki Qəsəbəsində anadan olmuş X6 0*.02.*988-ci il tarixdə Ağdaş rayonu Ləki Qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in *85.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə işə maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid* ifadə verərək göstərdi ki, Ərizəçi onun qohumudur. Çimnazın 26.*0.*987-ci il tarixdə Ağdaş rayonu Ləki X* adlı qızı anadan olmuşdur. Lakin bir neçə ay keçdikdən sonra Lalə 0*.02.*988-ci il tarixdə Ağdaş rayonu Ləki Qəsəbəsində vəfat etmiş və Ağdaş rayonu, Kotanarx kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək, göstərdi ki, Ərizəçi onun bacısıdır. Çimnazın 26.*0.*987-ci il tarixdə Ağdaş rayonu Ləki X* adlı qızı anadan olmuşdur. Lakin bir neçə ay keçdikdən sonra Lalə 0*.02.*988-ci il tarixdə Ağdaş rayonu Ləki Qəsəbəsində evdə vəfat etmiş və Ağdaş rayonu, Kotanarx kənd qəbirstanlığında dəfn olunmuşdur.. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən № 3-*6-5/8-Q- 69-430/2024 saylı, 05 aprel 2024-cü il tarixli arayışdan görünür ki, X*2 28 oktyabr *987-ci il tarixdə Ağdaş rayonu Ləki Qəsəbəsində anadan olmuşdur. X2, anası Ərizəçidır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış № 3-*6-5/8-426/2024 saylı, 05 aprel 2024-cü il tarixli məktubdan görünür ki28 oktyabr *987-ci il tarixdə Ağdaş rayonu Ləki Qəsəbəsində anadan olmuş X6 ölümünün qeydə alınması üçün zəruri olan ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən Ərizəçi oğluna ünvanlanmış № *8-*-22/2-Q-6xx-xx/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, X6 *987-*988-ci illərdə “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə stasiona müalicə alınmasını təsdiq edən heç bir sənəd xəstəxananın arxivində qalmamışdır. İşin materiallarında olan *5 fevral *977-ci il tarixdə Ağdaş rayon Nehrəxəlil kənd soveti tərəfindən verilmiş İ-ЖГ № 330233 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Ərrəhman Nəriman oğlu *5 fevral *977-ci il tarixdə 4 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. İşin materiallarından olan Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 0* avqust 2023-cü il tarixli AZ-İİ № 338628 saylı X9 görünür ki, Ə X7 2* iyul 2023-cü il tarixdə ürəyin dəqiqləşdirilməmiş işemik xəstəliyi səbəbindən vəfat etmişdir. İşin materiallarında olan *7 aprel 2024-cü il tarixdə Ağdaş rayon Kotanarx Bələdiyyəsi tərəfindən verilmiş 38 nömrəli arayışdan görünür ki, X4 rayonu, Kotanarx kənd qəbirstanlığında dəfn olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən № 05/09İS/*663*0/23 saylı, 02 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, X5 ailə üzvüləri arvadı - xx.xx.*959-cu il təvəllüdlü Ərizəçi, oğlu – 3*.0*.*978-ci il təvəllüdlü X*0, qızı – 22.0*.*979-cu il təvəllüdlü X** və qızı - 26.*0.*987-ci il təvəllüdlü X8r. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qızı 26.*0.*987-ci il tarixdə Ağdaş rayonu Ləki Qəsəbəsində anadan olmuş X6 0*.02.*988-ci il tarixdə Ağdaş rayonu Ləki Qəsəbəsində vəfat etmiş və Ağdaş rayonu, Kotanarx kənd qəbirstanlığında dəfn edilmiş, lakin ərizəçi qaynatasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi qızının ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi qızı 26 oktyabr *987-ci il tarixdə doğulmuş X6 0* fevral *988-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş Rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi qızı 26 oktyabr *987-ci il tarixdə doğulmuş X6 0* fevral *988-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar