Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-97/2023 10.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair işə *0 yanvar 2023-cü il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» dair ərizə ilə məhkəməyə müraciət edərək, *944-cü ildə Ağdaş rayonunda anadan olmuş X7 xx.xx.2003-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mərhum əri X*0 *944-cü il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. *3.*0.*972-ci ildə onunla ailə həyatı quraraq evlənmişlər. Əri xx.xx.2003-cü il tarixdə yaşadıqları Ağdaş şəhəri İ.Qaradağlı küçəsi 47 nömrəli evdə xərçəng xəstəliyindən vəfat etmişdir. Savadsız olduğu üçün ərinin rəhmətə getməsi barədə dövlət orqanlarına məlumat verməmiş və həmin günü qohumlarının iştirakı ilə ərini Ağdaş şəhər Qaradağlı qəbristanlığında dəfn etmişdirlər. Sonrada maraqlı orqan Maraqlı şəxsndə müraciət edib ərinin ölümünü qeyd etdirmək istəyəndə ona “Vətəndaşlıq vəziyyəti aktlarınn dövlət qeydiyyatı Qaydası”nın 8.5-cü maddəsinə əsasən ölümün qeydə alınmasından imtina edilmişdir. Bu səbəbdan məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək məhkəmdən ərizəsinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı orqanın nümayəndəsi Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən, maraqlı orqanın məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında şahid qismində dindirilən X*4 ifadə verərək bildirdi ki, ərizəçi şəxs Ərizəçi X4nun həyat yoldaşıdır. X4 *944-cü ildə Ağdaş rayonun da anadan olmuş və xx.xx.2003-cü ildə Ağdaş şəhərində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X** ifadə verərək bildirdi ki, ərizəçi şəxs Ərizəçi onun qonşusudur. X*0 onun həyat yoldaşıdır. X*0 *944-cü ildə Ağdaş rayonun da anadan olmuş və xx.xx.2003-cü ildə Ağdaş şəhərində vəfat etmişdir. Məhkəmə maraqlı orqanın izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiqi edilən Ağdaş rayon Bələdiyyəsi tərəfindən *6.07.202*-ci il tarixli 99 saylı arayışdan məlum olur ki, Ərizəçi mərhum həyat yoldaşı X*2 xx.xx.2003-cü il tarixdə Ağdaş şəhərində vəfat edib. Mərhum Ağdaş şəhər İ.Qaradağlı küçəsindəki Qaradağlı qəbrsanlığında dəfn olunub. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *0.08.2020-ci il tarixli 246 saylı arayışdan məlum olur ki, ağsaqqalların iştirakı ilə tərtib edilib təsdiq edilmiş AKT-a əsasən X2 *995-ci ildə Ağdaş rayonunun Qaradağlı kəndinin şəhərə qalan hissəsinə birləşdirilmiş İ.Qaradağlı küç 47 ünvanında yaşamış və xx.xx.2003-cü vəfat etmişdir. X2 Ağdaş rayon İ.Qaradağlı küçəsində yerləşən xalq arasında Ləzgi qəbirstanlığı kimi tanınan qəbirstanlıqda xx.xx.2003-cü ildə dəfn edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiqi edilən Maraqlı şəxs tərəfindən verilmiş 05.**.2020-ci il tarixli 2592 saylı məktubdan məlum olur ki, X6 ölüm haqqında şəhadətnaməsinin istənməsi barədə ərizəyə cavab olaraq bildirilir ki, oğluna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3* oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktının təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. X* ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, Qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Ağdaş rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 2*.*0.2022-ci il tarixli PHŞ/6.22-2-2022-850 saylı ölüm şəhadətnaməsinin verilməsi barədə məktubdan məlum olur ki, həyat yoldaşınız X7 xx.xx.2003-cü il tarixdə vəfat etdiyini bildirmişsiniz. Vətəndaşın ölümündən uzun müddət keçdiyi üçün tərəflərindən qeydiyyata alına bilmir. Bu səbəbdən Ağdaş rayon Məhkməsinə müraciət etməkləri tövsiyyə olunmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qaradağlı kənd soveti tərəfindən verilmiş A3 *73399 saylı evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X*0 ilə X5 *3.*0.*972-ci il tarixdə evlənmişlər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05.02.202*-ci il tarixli 499 saylı arayışdan məlum olur ki, Ərizəçi Ağdaş şəhər İ.Qaradağlı küçəsi 47 saylı evdə yaşayır. Beləliklə məhkəmədə aydın oldu ki, Ərizəçi mərhum əri X*0 *944-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, xx.xx.2003-cü il tarxidə Ağdaş şəhəri İ.Qaradağlı küçəsi 47 nömrəli evdə vəfat etmişdir. Ərizəçinin ərinin ölüm faktı ilə bağlı vaxtında müvafiq orqanlara müraciət etmədiyindən ölümün qeydiyyatı başqa formada mümkün olmadığından rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında ifadə verən şahidlər ölüm faktını təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 2*7.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 2*3, 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *944-cü il təvəllüdlü Ağdaş rayonunda anadan olmuş X7 xx.xx.2003-cü il tarixdə Ağdaş şəhəri İ.Qaradağlı küçəsi 47 nömrəli evdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-97/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-97/2023
10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver