Məhkəmə qərarları › İş №2(014)-973/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-973/2020

27.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-973/2020 27.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbəsinə qarşı Ölüm faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ögey anası X1 xx xxxxxx 2010-cu ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, anası X6 vəfat etdikdən sonra, atası X7 ögey anası X8 ilə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar. X8 xx xxxxxxxx 1958-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. Ögey anası X8 xərçəng xəstəliyi nəticəsində xx xxxxxx 2010-cu ildə Ağdaş rayonunda vəfat etmişdir. Mərhum ögey anası X2 Ağdaş rayonunda yerləşən qəbirstanlığında dəfn etmişlər. Lakin mərhum ögey anası X3 müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Hazırdaögey anasınınölmünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini almaq mümkün deyildir. Ona görə də mərhum ögey anasının ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Odur ki, ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə maraqlı şəxs Ağdaş rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid Fədai Məmmədov məhkəmə iclasında ifadə verərək, Ərizəçi ögey anası X1 xx xxxxxx 2010-cu ildə Ağdaş şəhərində ölməsini və Ağdaş şəhər qəbirstanlığında dəfn edilməsini təsdiq etdi. İş üzrə şahid Əfran Xəlilov məhkəmə iclasında ifadə verərək, Ərizəçi ögey anası X1 xx xxxxxx 2010-cu ildə Ağdaş şəhərində ölməsini və Ağdaş şəhər qəbirstanlığında dəfn edilməsini təsdiq etdi. İş materialları ilə müəyyən edilir ki, X8 ilə X5 xx xxxxxx 1997-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar, X4 Ərizəçi atasıdır, X8 xx xxxxxxxx 1958-ci ildə Qəbələ rayonunda anadan olmuşdur, X8 xx xxxxxx 2010-cu ildə Ağdaş rayonunda ölmüşdür. X2 xx xxxxxx 2010-cu ildə Ağdaş rayon qəbirstanlığında dəfn etmişlər. X3 müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxxxx 1958-ci ildə Qəbələ rayonunda anadan olmuş X1 xx xxxxxx 2010-cu ildə Ağdaş rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar