Məhkəmə qərarları › İş №2(014)-973/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-973/2024

09.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-973/2024 09.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölümüş elan edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, *6 aprel *962-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsində anadan olmuşdur. Mərhum atası X6, mərhum anası X9 ilə nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Birgə nikahlarından 7 övladları dünyaya gəlmişdir. X* *6 aprel *962-ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsində anadan olmuşdur. Mərhum X* *7 yanvar *987-ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsi C.Kərimov 26-da yerləşən evdə ölmüşdür. Mərhum X*nı Ağdaş rayonu Ləki qəsəbə qəbirstanlığında dəfn etmişlər. Lakin mərhum X*na müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Hazırda mərhum X*nın ölümünü təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini almaq mümkün deyildir. Ona görə də mərhum X*nın ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Qeyd olunan ölümün qeyd edilmə faktının müəyyən edilməsi ona evinin sənədləşdirilməsi ilə əlaqədar lazımdır. Mərhum X*nın *7 yanvar *987-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə və ölümün müvafiq icra orqanında (qeydiyyat şöbəsində) qeydə alınmasına dair qətnamə çıxarılması xahiş olunmuşdur. Ərizəçi məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək, məhkəmədə mərhum X*nın *7 yanvar *987-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə və ölümün müvafiq icra orqanında (qeydiyyat şöbəsində) qeydə alınmasına dair qətnamə çıxarılması xahiş etmişdir. Qeyd edir ki, əgər bacısının ölümü məhkəmə tərəfindın təsdiq ediləcəyi təqdirdə onun ölümü qeydiyyat şöbəsində qeydə alınacaqdır. Buna görə də mərhum X*nın *7 yanvar *987-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in *85.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid* ifadə verərək göstərdi ki, ərizəçinin onun bibisi olduğunu, Almazında onun bibisi olduğunu, bibisinin heç bir zaman evlənmədiyini, bibisi Almazı səhətinin evlərində pisləşdiyini, daha sonra *7 yanvar *987-ci il tarixdə öldüyünü və Ağdaş rayonu Ləki qəsəbə qəbrsanlığında dəfn olunduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, ərizəçinin onun bibisi olduğunu, Almazında onun bibisi olduğunu, bibisinin heç bir zaman evlənmədiyini, bibisi Almazı səhətinin evlərində pisləşdiyini, daha sonra *7 yanvar *987-ci il tarixdə öldüyünü və Ağdaş rayonu Ləki qəsəbə qəbrsanlığında dəfn olunduğunu bildirdi. İşin materiallarında olan iki ədəd foroşəkildən görünür ki, X8 *962-ci il tarixdə anadan olmuş, *987-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış № 3-*6-5/8-M- 272/2024 saylı, 02 mart 2024-cü il tarixli məktubdan görünür ki, *6 aprel *962-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsində anadan olan, bacınız X3 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon Ləki bələdiyyəsi tərəfindən verilmiş 04 mart 2024cü il tarixli, 02 saylı arayışdan görünür ki, X8 *987-ci il tarixdə vəfat etmiş və Ağdaş rayonu Ləki qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin bacısı X8 *6 aprel *962-ci il tarixdə Ağdaş rayonu, Ləki kəndində anadan olmuşdur. X8 *7 yanvar *987-ci il tarixdə ölmüş, bundan sonra Ağdaş rayonu Ləki qəsəbə qəbirstanlıqda dəfn edilmiş, lakin ərizəçi bacısının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi qızının ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi bacısı *6 aprel *962-ci il tarixdə doğulmuş X3 *7 yanvar *987-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi bacısı *6 aprel *962-ci il tarixdə doğulmuş X3 *7 yanvar *987-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar