Məhkəmə qərarları › İş №2(014)-981/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-981/2021

21.05.2021 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-981/2021 21.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı əqdin etibarlı hesab edilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı əqdin etibarlı hesab edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon AİK-nın 10 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə və qeydiyyat kitabında 20 may 1998ci il tarixdə 357 sayı ilə qeydiyyata alınmış JN:0098 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına (kod ********) əsasən cavabdehlər Cavabdeh1,Cavadova(İsmayılova) Məhluqə Məhəmmədiyə qızı və Cavabdeh3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ağdaş rayonunun Pirəyir kəndi ərazisində 1,28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,95 hektar hissəsinə dair Cavabdeh1 ilə aralarında alqı-satqı barədə əqdin etibarlı hesab edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, Ağdaş rayon AİK-nın 10 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə və qeydiyyat kitabında 20 may 1998-ci il tarixdə 357 sayı ilə qeydiyyata alınmış JN:0098 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına (kod ********) əsasən cavabdehlər Cavabdeh1, Cavadova(İsmayılova) Məhluqə Məhəmmədiyə qızı və Cavabdeh3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ağdaş rayonunun Pirəyir kəndi ərazisində 1,28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətçisi Cavabdeh1 ilə 15 mart 2005-ci ildə aralarında olan qarşılıqlı razılaşma əsasında cavabdehlərə məxsus 1,28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,95 hektar hissəsini alqı-satqı şərtlərinə tam əməl etməklə, yəni ******* manat (bir milyon üç yüz min manat) əvəz (haqq) ödəməklə onlardan almış, cavabdehlər şəxsiyyət vəsiqələrinin surətini və dövlət aktının sürətini ona verərək, həmin torpaq sahəsini dövlət aktında göstərilən sərhəd daxilində yerində ona tanıdaraq təhvil vermişlər. Cavabdehlər yaxın vaxtlarda alqı-satqını rəsmiləşdirmək üçün sənədlərini qaydaya saldıqdan sonra Notariat ofisinə gələcəklərini bildirmişlər. Həmin vaxtdan o, faktiki olaraq cavabdehlərdən aldığı həmin torpaq sahəsi üzərində qanunla müəyyən olunmuş qaydada sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Qeyd etdiyi kimi cavabdehlərə dəfələrlə torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirməyi təklif etsə də, onlar dolayısı ilə notariat kantoruna gəlməkdən boyun qaçırdıqları üçün aralarında olan alqı-satqını notariat kontorunda rəsmiləşdirmək mümkün olmamışdır. Torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar qarşılıqlı iddia üzrə cavabdehlərlə aralarında yaranmış mübahisəli hüquq münasibətləri 15 mart 2005-ci ildə yarandığından həmin dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, mülkiyyətlərində olan 1,28 hektar torpaq sahəsinin 0,95 ha hissəsini iddiaçıya 15 mart 2005-ci ildə satmışdır, lakin oğlu Elçin Azərbaycanda olmadığı üçün alqı-satqını rəsmiləşdirə bilməmişlər. O,iddiaçıdan oğlunun Azərbaycana gəlməsi üçün 100 ABŞ dolları ödənilməsini xahiş etsə də,iddiaçı buna məhəl qoymamışdır. Odur ki, alqı-satqını notarial qaydada rəsmiləşdirə bilməmişlər.Hazırda iddianı qəbul edir. Odur ki,iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını,cavabdehi və iş üzrə şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə şahid X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, iddiaçının qonşuluğunda yaşayır. Mübahisəli torpaq sahəsi cavabdehlərin ümum birgə mülkiyyətində olmuşdur, cavabdehlər Pirəyir kəndində yerləşən 1,28 hektar torpaq sahəsinin 0,95 ha hissəsini iddiaçıya pul müqabilində təxminən 2005-ci ilin mart ayında satmışdır. Hazırda uzun müddətdir ki,həmin torpaq sahəsini iddiaçı əkib-becərir, yəni torpaq sahəsi 2005-ci ilin mart ayından iddiaçının istifadəsindədir. İş üzrə şahid X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, iddiaçının qonşusudur. İddiaçı 2005-ci ilin mart ayında cavabdehlərlə alqı-satqı müqaviləsi bağlayaraq 0,95 ha torpaq sahəsini öz mülkiyyətinə əldə etmişdir. Hazırda torpaq sahəsindən iddiaçı istifadə edərək,həmin torpaqda əkin-biçinlə məşğul olur. Qeyd etmək istəyir ki, iddiaçı cavabdehlərlə notarial qaydada alıq-satqı müqaviləsi bağlamaq istəsə də, cavabdehlər müxtəlif bəhanlərlə alqı-satqını rəsmiləşdirməmişlər. İş materialları ilə müəyyən olundu ki, Ağdaş rayon AİK-nın 10 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə və qeydiyyat kitabında 20 may 1998-ci il tarixdə 357 sayı ilə qeydiyyata alınmış JN:0098 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına (kod ********) əsasən cavabdehlər Cavabdeh1,Cavadova(İsmayılova) Məhluqə Məhəmmədiyə qızı və Cavabdeh3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ağdaş rayonunun Pirəyir kəndi ərazisində 1,28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətçisi olan Cavabdeh1 ilə həyat yoldaşı Cavabdeh2 razılığı ilə 15 mart 2005-ci ildə iddiaçı arasında olan qarşılıqlı razılaşma əsasında alqı-satqı şərtlərinə tam əməl etməklə, yəni iddiaçı tərəfindən 1300 manat əvəz ödəməklə cavabdehlərə məxsus 1,28 hektar torpaq sahəsinin 0,95 hektar hissəsi satın almış, cavabdeh isə pulu iddiaçıdan alaraq torpaq sahəsini iddiaçıya təhvil vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olmuş, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 940-İİQD nömrəli qanunu ilə çıxarılmış Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır.Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, belə ki, tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olmuş, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 940-İİQD nömrəli qanunu ilə çıxarılmış Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə JN – 0098 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1,Cavadova(İsmayılova) Məhluqə Məhəmmədiyə qızı və Cavabdeh3 mülkiyyətinə verilmiş Ağdaş rayonunun Pirəyir kəndi ərazisində yaşayan 1,28 hektar torpaq sahəsinin 0,95 hektar hissəsi iddiaçıya satılmasına dair əqd etibarlı hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə JN – 0098 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmiş Ağdaş rayonunun Pirəyir kəndi ərazisində yerləşən 1,28 hektar torpaq sahəsinin 0,95 hektar hissəsinin İddiaçı satılmasına dair əqd etibarlı hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar