Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-103/2025 19.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *6.03.*98*-ci il tarixdə Qazax rayonunun Oraq-Çəkic kəndində anadan olmuş, Ağstafa rayonu Qaçaq Kərəm kəndində qeydiyyatda olmuş mərhum qardaşı X2 2*.08.2024-cü il tarixdə ölüm faktının müəyyən olunması və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi tələbini müdafiə edib izahatında göstərdi ki, mərhum X4 onun qardaşıdır. Qardaşı 2*.08.2024-cü il tarixdə Kür çayında çimərkən boğularaq vəfat etmişdir. Mərhum Ağstafa şəhər qəbiristanlığında dəfn edilmişdir. Qardaşının vəfatı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılmış və araşdırmanın nəticəsində qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra onlara məlum olmayan səbəblərə görə ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Ona görə də qeyd etdiklərini nəzərə alıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Maraqlı şəxs rəisi Arifə Qasımova məhkəməyə məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzürlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Qeyd olunur ki, mülki prosessual qanunvericilikdə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktın-yəni müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsindən müvafiq icra hakimiyyəti orqanları imtina edilməlidir. İşdə olan sənədlərlə müəyyən olunur ki, ərizəçinin mərhum qardaşı X4 2*.08.2024-cü il tarixdə Kür çayının Ağstafa rayonu Saloğlu qəsəbəsindən keçən hissəsində suda üzərkən boğularaq vəfat etmiş və Ağstafa şəhər qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi qardaşına ölüm haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə müraciət etsə də ona ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Ona görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” X5 daxil olmuş *8-*- 24/2-8*/2025 saylı, 04 fevral 2025-ci il tarixli məktubdan görünür ki, 2*.08.2024-cü il tarixdə saat 20:*5 radələrində Ağstafa rayon Saloğlu qəsəbəsindən meyit Ağstafa RMX PHŞ-in TTTYS-nın 05AC290 Dövlət qeydiyyat nişanlı TTTY avtomobili ilə Ağstafa RMX-nın Tibbi Ekspertiza və X* Ağstafa şöbəsinə (meyitxanasına) gətirilmişdir. Ətrafdakıların deməsinə görə meyit X3 məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçinin mərhum qardaşı X4 ilə qonşu olmuşlar. Mərhum 2*.08.2024-cü il tarixdə Kür çayının Ağstafa rayonu Saloğlu qəsəbəsi ərazisindən keçən hissəsində suda üzərkən boğularaq vəfat etmişdir. Mərhum Ağstafa şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunub ki, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizəçinin mərhum qardaşı X4 ilə qonşu olmuşlar. Mərhum 2*.08.2024-cü il tarixdə Kür çayının Ağstafa rayonu Saloğlu qəsəbəsi ərazisindən keçən hissəsində suda üzərkən boğularaq ölməsi faktı məhkəmə iclasında öz təsdiqini tapdığından, X2 2*.08.2024-cü il tarixdə Ağstafa rayonu, Saloğlu qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt təsdiq edilməlidir. Məhkəmə, ərizəçinin digər tələbi olan X3 ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *58.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin *59.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qanunvericiliyə əsasən, ölümün qeydə alınması müvafiq tibbi sənəd əsasında və yaxud ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat orqanı faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında ölüm haqqında səhadətnamə verməlidir. Bunun üçün ölüm faktının müəyyən edilməsi haqqında işə xüsusi icraatda baxılan zaman “ölüm haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsinə zərurət yaranmır. Bu səbəbdən ərizəçinin “ölüm haqqında şəhadətnamənin” verilməsinə dair ərizəsi təmin edilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə qismən təmin edilsin. X2 2*.08.2024-cü il tarixdə Ağstafa rayonu, Saloğlu qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamə ölümün qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-103/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-103/2025
19.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver