Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1101/2025 22.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdə Ağstafa rayonu, Poylu qəsəbəsində anadan olmuş, onun mərhum oğlu X2 xx.xx.1992-ci il tarixdə ölməsi faktının müəyyən olunması və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ağstafa rayon, Poylu qəsəbə sakini, mərhum X4 ilə 1988-ci ildə ailə həyatı qurmuşdur. Həyat yoldaşı Ələkbər Məmmədov xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Onların birgə nikahından 5 övladı dünyaya gəlmişdir. Övladlarından biri, yəni xx.xx.1992-ci il təvəllüdlü X5 xx.xx.1992-ci ildə vəfat etmişdir. Hazırda isə miras əmlakı barədə çox problemlər ortaya çıxdığı üçün, mərhum oğlu Telman Məmmədova ölüm haqqında şəhadətnamə alınması zərurəti yaranmışdır.
Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında Ərizəçi bildirdi ki, mərhum oğlu xx.xx.1992-ci il tarixdə Ağstafa rayonu, Poylu qəsəbəsində doğulmuş və orada da rəhmətə getmişdir. Uşaq doğulduğu vaxtdan bir neçə ay yaşamışdır. Ölümünə səbəb nə olduğu məlum olmamışdır. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etdi.
4. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Maraqlı şəxs məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzrlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Onun Telman adlı uşağı beşiyində yatdığı yerdə birdən-birə rəhmətə getmişdir. Ölüm səbəbi barədə heç bir məlumatı yoxdur. Lakin mərhum uşaq həqiqətən ərizəçinin övladı idi və bir neçə ay yaşamadan rəhmətə getmişdir. Telman adlı uşaq Ağstafa rayonu Poylu qəsəbəsində dəfn edilmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Mələk İsa qızı ilə eyni məzmunlu ifadə verdi.
8. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. Maraqlı şəxs tərəfindən Ağstafa Rayon Notariat ofisinə verilmiş sorğuya cavab məktubundan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.
10. Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Poylu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi 90/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X4 həqiqətən xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Mərhum ölənə kimi, Ağstafa rayon Poylu qəsəbəsində yaşamışdır.
11. Ağstafa rayonu Poylu qəsəbə sakinləri tərəfindən imzaları ilə təsdiq olunmuş Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Poylu qəsəbə inzibati ərazi dairəsi tərəfindən təsdiq olunmuş aktdan görünür ki, mərhum oğlu X5 xx.xx.1992-ci il tarixdə Ağstafa rayonu Poylu qəsəbəsində doğulmuş və bir neçə ay yaşadıqdan sonra xx.xx.1992-ci ildə vəfat etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. İşdə olan sənədlərlə müəyyən olunur ki, ərizəçinin mərhum oğlu xx.xx.1992-ci il təvəllüdlü X5 xx.xx.1992-ci il tarixdə Ağstafa rayonunda vəfat etmiş və Ağstafa rayonu Poylu qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi mərhum oğlu X3 ölüm haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə müraciət etsə də, ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Ona görə də, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
14. Həmin Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
15. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
16. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunub ki, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
17. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.
18. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizəçinin mərhum oğlu xx.xx.1992-ci il təvəllüdlü X2 ölməsi faktı məhkəmə iclasında öz təsdiqini tapdığından, X2 xx.xx.1992-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt təsdiq edilməlidir.
19. Məhkəmə, ərizəçinin digər tələbi olan mərhum oğlu X2 ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.
21. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.
22. Qanunvericiliyə əsasən, ölümün qeydə alınması müvafiq tibbi sənəd əsasında və yaxud ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat orqanı ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında ölüm haqqında səhadətnamə verməlidir. Bunun üçün ölüm faktının müəyyən edilməsi haqqında işə xüsusi icraatda baxılan zaman “ölüm haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsinə zərurət yaranmır. Bu səbəbdən ərizəçinin tələbi “ölüm haqqında şəhadətnamənin” verilməsinə dair hissədə təmin edilə bilməz.
Nəticə hissəsi:
23. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi :
Ərizə qismən təmin edilsin. xx.xx.1992-ci il tarixdə Ağstafa rayonu, Poylu kəndində doğulmuş X2 xx.xx.1992-ci il tarixdə Ağstafa rayonu Poylu qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamə ölümün qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Heyran Mürsəlova