Məhkəmə qərarları › İş №2(035)-302/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-302/2025

08.10.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-302/2025 08.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3 , İddiaçı4, İddiaçı5, İddiaçı6 Cavabdeh qarşı “cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılması və cavabdehin torpaq sahəsindən məcburi olaraq çıxarılma tələbi”nə dair mülki iş üzrə Açar sözlər: (Torpaq tələbi) X7 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3 , İddiaçı4, İddiaçı5, İddiaçı6 Cavabdeh qarşı “cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılması və cavabdehin torpaq sahəsindən məcburi olaraq çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 08 oktyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3 , İddiaçı4, İddiaçı5, İddiaçı6 Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və onun digər ailə üzvlərinə yaşadıqları Zərdab rayonu, Aşağı Seyidlər kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən ona və onun ailə üzvlərinə verilmiş 2.4083 ha çöl pay torpaq sahəsindən Cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılmasına və cavabdehin həmin torpaq sahəsindən məcburi olaraq çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə iddiaçı və onun digər ailə üzvlərinə yaşadıqları Zərdab rayonu Aşağı Seyidlər kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə müvafiq qurumlar tərəfindən yerindəcə ölçü işləri aparılmaqla 2.4083 ha çöl pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarış verilmişdir. Torpaq sahəsi verildiyi vaxtdan onlar ailə olaraq daima səmərəli şəkildə istifadə etməklə əkilib becərilmiş və torpaq keçən illər ərzində əkinə tam olaraq yararlı vəziyyətə gətirilmişdir. Lakin, hazırda cavabdeh iddiaçlara məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. İddiaçılar tərəfindən cavabdehə həmin torpaq sahəsinin boşaldılması xahiş olunduqda, cavabdeh bu tələblərə məhəl qoymamış və torpaq sahəsini tərk etməyəcəyini bildirmişdir. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı3 , İddiaçı4, İddiaçı5, İddiaçı6 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Aşağı Seyidlər kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə müvafiq qurumlar tərəfindən yerindəcə ölçü işləri aparılmaqla 2.4083 ha çöl pay torpaq sahəsi verilmişdir. Çöl pay torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli qeydiyyat tarixli Çıxarış verilmişdir.Lakin, hazırda cavabdeh onlara məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Cavabdehə bildiriləndə ki, bu torpaq sahəsi onlara məxsusdur. Cavabdeh bu tələblərə məhəl qoymamış və torpaq sahəsini tərk etməyəcəyini bildirmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, iddiaçılar onunla çöl pay torpaq sahəsində qonşusudurlar. Belə ki, onun tərəfindən torpaq sahəsi zəbt edilməmişdir. 1997-ci il də X5 qərarı ilə həmin massivdə ona və onun ailə üzvülərinə 2.48 ha çöl pay torpaq sahəsi verilmişdir. Ola bilsin ki, torpaq sahələrin bölgüsü zamanı düzgün bölünməmişdir. Hazırda onda olan məlumata əsasən çöl pay torpaq sahələrində sürüşmələr olmuşdur. Odur ki, iddianın təmin olunmasına etiraz etmir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, hazırkı İddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3 , İddiaçı4, İddiaçı5, İddiaçı6 mülkiyyətinə Zərdab rayonu, Aşağı Seyidlər kəndi ərazisindən 2.4083 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 10/4631 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, **********60 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (xx.xx.2023-cü il tarixli AN2922753 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sxemi) iddiaçılar X1, İddiaçı4 Cəfəroğlu oğlu, X4, İddiaçı3 Cəfəroğlu, X2 və İddiaçı6 Cəfəroğlu qızının ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı təyinatlı 2.4083 ha torpaq sahəsinin baxış zamanı Cavabdeh tərəfindən faktiki istifadədə edildiyi mütəxəssis tərəfindən müəyyən edilmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə mühəndis- tikinti texniki ekspertizasının dəyəri 50 manat təşkil edir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə iddiaçılara onların yaşadıqları Zərdab rayonu Aşağı Seyidlər kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.4083 ha çöl pay torpaq sahəsi verilmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. İddiaçı dəfələrlə cavabdehin həmin torpaq sahəsindən çıxmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlardan, məhkəmə iclasında tədqiq edilən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan və məhkəmə tikinti-texniki ekspertizasının 10/4631 saylı, xx.xx.2025-ci il tarixli rəyindən müəyyən olundu ki, İddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3 , İddiaçı4, İddiaçı5, İddiaçı6 ümumi birgə mülkiyyətində olan Zərdab rayonu Aşağı Seyidlər kəndi ərazisində yerləşən 2.4083 ha torpaq sahəsi iddiaçının və ailə üzvlərinin (mülkiyyətçilərin) iradəsinə zidd olaraq Cavabdeh tərəfindən naturada istifadə olunur. Nəticədə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, iddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3 , İddiaçı4, İddiaçı5, İddiaçı6 məxsus olan hər hansı bir torpaq sahəsini zəbt etmədiyini, mübahisəli ərazidə sürüşmə olduğunu bildirmişdir. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, sadalanan maddi və prosessual qanunvericilik normalarının müdəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 mülkiyyətində olan sözügedən torpaq sahəsinin 2.4083 ha hissəsinin iddiaçıların iradəsinə zidd olaraq Cavabdeh tərəfindən istifadə olunmasının heç bir hüquqi əsası yoxdur. Bu iddiaçıların mülkiyyət hüququnun pozuntusudur. Məhkəmə hesab edir ki, iddia həm faktiki, həm də hüquqi əsasa malikdir. Ona görə də iddiaçıların mülkiyyət hüququnun pozuntusu aradan qaldırılmalı və bu məqsədlə iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü tarixli Çıxarışda göstərilən iddiaçılar İddiaçı1, Nümayəndə, İddiaçı3 , İddiaçı4, İddiaçı5 və İddiaçı6 məxsus Zərdab rayonu Aşağı Seyidlər kəndində yerləşən torpaq sahəsinin zəbt etdiyi 2.4083 ha hissəsindən çıxarılmaqla torənən maneə aradan qaldırılsın. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar