Məhkəmə qərarları › İş №2(015)-1194/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1194/2025

22.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1194/2025 22.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci il tarixdə Qazax rayonu Eynallı kəndində (indiki Ağstafa rayonu Eynallı kəndi) anadan olmuş qardaşı X1 xx.xx.2006-cı il tarixdə ölüm faktının müəyyən olunması və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Ərizəçi işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib bildirmişdir ki, məhkəməyə təqdim etdiyi ərizədə qardaşının ölüm tarixi yanlışlıqla xx.xx.2006-cı il kimi göstərilmiş, lakin mərhum qardaşı İlqar Hüseynov xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Ona görə də mərhum qardaşının xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasında ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi tələbini müdafiə edib izahatında göstərdi ki, mərhum qardaşı İlqar Hüseynov xx.xx.1980-cı il tarixdə Qazax rayonu Eynallı kəndində anadan olmuşdur. O, işləmək üçün Rusiya Federasiyasının Astarxan şəhərinə getmişdir. Mərhum yaşadığı müddət ərzində ailəli olmamışdır. Mərhum xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasında vəfat etmiş və xx.xx.2006-cı il tarixdə Ağstafa rayonu Eynallı kənd qəbiristanlığında dəfn edilmişdir. Qardaşı vəfat edən zaman səhlənkarlıq edib ölüm şəhadətnaməsini ala bilməmişlər. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də ona imtina cavabı verilmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Maraqlı şəxs rəisi vəzifəsini icra edən şəxs məhkəməyə məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzürlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Qeyd olunur ki, mülki prosessual qanunvericilikdə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktın-yəni müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsindən müvafiq icra hakimiyyəti orqanları imtina edilməlidir. İşdə olan sənədlərlə müəyyən olunur ki, ərizəçinin qardaşı mərhum X4 xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasında vəfat etmiş və onun nəşi Azərbaycan Respublikasına gətirilərək xx.xx.2006-cı il tarixdə Ağstafa rayonu Eynallı kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi qardaşına ölüm haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə müraciət etsə də ona ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Ona görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum İlqar Hüseynov həmkəndlisi Arifin oğlu olmuşdur. Mərhum 1980-ci ildə anadan olmuş, 2006-cı ildə Rusiya Federasiyasında vəfat etmiş və Ağstafa rayonu Eynallı kənd qəbiristanlığında dəfn edilmişdir. Dəfn mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunub ki, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizəçinin mərhum qardaşı xx.xx.1980-ci il tarixdə Qazax rayonu Eynallı kəndində (indiki Ağstafa rayonu Eynallı kəndi) anadan olmuş X2 xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasında ölməsi faktı məhkəmə iclasında öz təsdiqini tapdığından, X2 xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasında ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt təsdiq edilməlidir. Məhkəmə, ərizəçinin digər tələbi olan X3 ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qanunvericiliyə əsasən, ölümün qeydə alınması müvafiq tibbi sənəd əsasında və yaxud ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat orqanı faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında ölüm haqqında səhadətnamə verməlidir. Bunun üçün ölüm faktının müəyyən edilməsi haqqında işə xüsusi icraatda baxılan zaman “ölüm haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsinə zərurət yaranmır. Bu səbəbdən ərizəçinin “ölüm haqqında şəhadətnamənin” verilməsinə dair ərizəsi təmin edilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə qismən təmin edilsin. xx.xx.1980-ci il tarixdə Qazax rayonu Eynallı kəndində (indiki Ağstafa rayonu Eynallı kəndi) anadan olmuş X2 xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasında ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamə ölümün qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar