Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1227/2024 17.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, müəyyən etdi : Təsviri hissə: *.Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, vəfat edən günə qədər Ağstafa rayonu, Molla Cəfərli kəndində yaşamış *936-cı il təvəllüdlü X* 30.06.20*8-ci il tarixdə Ağstafa rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası X2 *936-cı il təvəllüdlüdür. Ailəli olmuş 5 övladı olmuşdur. 30.06.20*8-ci il tarixdə 82 yaşında vəfat etmişdir. Övladı kimim mərhum anasının dəfnini təşkil etmişdir. Anası vəfat etsə də onun ölümü qeydə alınmamış ölüm haqqında şəhadətnamə alınmamışdır. Ağstafa rayonu Molla Cəfərli kəndində yerləşən yaşayış evi ½ hissə mərhum anasının adına olmaqla xüsusi mülkiyyət DƏDRX-də qeydiyyata alınmışdır. Eyni zamanda mərhum anasının Aqrar İslahat Komissiyasının Qərarı ilə pay torpaq sahəsində verilmişdir. Yaşayış evi və pay torpaq sahəsi hal-hazırda ailəsinin istifadəsindədir. Mülkiyyət sahəsi istifadəsində olsa da Daşınmaz əmlak barədə hər hansı qanuni sənədləşmə işləri həyata keçirilə bilmir. a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi bildirdi ki, anası vəfat etdiyi üçün miras əmlak üzrə vərəsəlik işlərini həyata keçirmək lazımdı. Bundan ötrü də bəzi sənədlərə, o cümlədən mərhum anasının ölüm haqqında şəhadətnaməsinə ehtiyac vardır. Mərhum anasının ayağı qırıldığı üçün Bakı şəhərinə müalicəyə aparmışlar, kəndə gəldikdən sonra rəhmətə getmişdir. Odur ki, ərizənin təmin olunmasını xahiş edir.
4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq, qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzrlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Mərhum anası X2 30.06.20*8-ci il tarixdə vəfat etmişdir. Dəfnində də iştirak etmiş, mərhum X2 Bakı şəhərində rəhmətə getmiş və Mollacəfərli kənd qəbirstanlığında dəfn olunmuşdur.
Əsaslandırıcı hissə: Mülki işin materialları:
*. Ağstafa rayon İcra Hakimiyyəti başçısının Xılxına kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *3*/g nömrəli 06 sentyabr 2024-cü il tarixli arayışında X2 30.06.20*8-ci ildə Ağstafa rayon Mollacəfərli kəndində vəfat etmişdir və Mollacəfərli kənd qəbiristanlığında dəfn olunduğu qeyd edilmişdir.
2. Maraqlı şəxs rəisinin *3 sentyabr 2024-cü il tarixli 3/*6-5/8-*204 nömrəli arayışda ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə *3.09.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmadığı qeyd edilmişdir.
3. Ağstafa Rayonu Mərkəzi Xəstəxanası publik hüququ şəxs tərəfindən 28 avqust 2024cü il tarixli *8-*-24/2-H-647-42-6*4/2024 nömrəli arayışında Ağstafa rayonu Molla Cəfərli kəndində qeydiyyatda olan *936-cı il təvəllüdlü X* adına Ağstafa RMX PHŞ-nə ölüm şəhadətnaməsi üçün müraciət edilməmişdir.
a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7.Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, müəyyən olunur ki, ərizəçinin mərhum anası X2 30.06.20*8-ci il tarixdə Ağstafa rayonu Mollacəfərli kəndində vəfat etmiş və Ağstafa rayonu Mollacəfərli kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə müraciət etsə də ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Ona görə də, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir.
Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
9. Həmin Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. *0. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. **. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunub ki, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. *2. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. *3. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizəçinin mərhum anası X* ölməsi faktı məhkəmə iclasında öz təsdiqini tapdığından, X* 30.06.20*8-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt təsdiq edilməlidir.
Nəticə hissəsi:
Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220, 307, 3** və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi :
Ərizə təmin edilsin. X* 30.06.20*8-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Heyran Mürsəlova