Məhkəmə qərarları › İş №2(015)-1475/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1475/2023

14.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1475/2023 14.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu Ərizəçi “ölüm faktının təsdiq edilməsi barədə” ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: Həmin ərizə ilə Ərizəçi Məhkəmədən belə məzmunda xahiş etmişdir: “06.06.*990-cı ildə Ağstafa rayonu, Saloğlu qəsəbəsində anadan olmuş qızı X2 30 oktyabr *990-cı ildə vəfat etməsinin hüquqi əhəmiyyətli fakt kimi ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında qətnamə çıxarasınız”. Aşağıda göstərilənlərə görə Məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, ərizəçi ərizəsində göstərmişdir ki, mərhumun ölümünü təsdiq edən sənədini məhkəmədən kənar əldə edə bilməmişdir. İş materiallarından görünür ki, ərizəçi ilk növbədə ölüm haqqında şəhadətnamə alınması üçün tibbi müəssisəyə müraciət etməli olduğu halda bunu etməmişdir. Bununla yanaşı ərizəçi tibb müəssisəsindən ölüm haqqında şəhadətnaməni ala bilməsinin mümkün olmadığını göstərməmişdir, bunu sübut edən sənədləri ərizəyə əlavə etməmişdir. Beləliklə, MPM-nin 308-ci maddəsinin “məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin” müddəasına əsasən məsələyə yanaşdıqda məlum olur ki, Ərizəçi mərhum X* 30 oktyabr *990-cı ildə ölüməsi faktını təsdiq edən sənədləri başqa qaydada almağa təşəbbüs göstərməmişdir. Şərh edilənlərə əsasən Məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən Məhkəməyə verilmiş, mərhum X* 30 oktyabr *990-cı ildə ölməsinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi barədə ərizəyə məhkəmə qaydasında baxılmalı deyil. Odur ki, MPM-in *53.2.*-ci maddəsinin tələbinə uyğun olaraq ərizənin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə, MPM-in 263-cü maddəsinə əsasən qərara aldı: Ərizəçi “ölüm faktının təsdiq edilməsi barədə” ərizəsinin qəbul edilməsindən imtina edilsin, ərizə və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar