Məhkəmə qərarları › İş №2(015)-1495/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1495/2025

04.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1495/2025 04.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında Tovuz 1 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞT/MT024/2024-1200 nömrəli barışıq sazişinin birinci bəndində nəzərdə tutulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 onun himayəsinə verilməsi”nə aid hissəsinin məcburi icrası məqsədilə həmin sazişin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞT/MT024/2024-1200 nömrəli barışıq sazişinə əsasən öz aralarında razılıq əldə etmişlər. Ağstafa Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2(015)-166/2025 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, iddiaçı Ərizəçi ilə Cavabdeh arasında 15 sentyabr 2006-cı il tarixdə Ağstafa rayonu Eynallı kənd icra nümayəndəliyində 07 saylı qeydlə bağlanmış nikah pozulmuş, tərəflər arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqlar anası Ərizəçi yanında qalmış, xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların saxlanılması üçün Cavabdeh Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2025-ci il tarixli 2(104)-1299/2025 nömrəli qərardadı ilə Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, iddiaçının tələbinin nikahın pozulması hissəsində təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməsini, birinci instansiya mahkəməsinin qətnaməsinin göstərdiyi hissələrdə ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2025-ci il tarixli 2(104)-1299/2025 nömrəli qərardadı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağstafa Rayon Mahkəməsinin 30 aprel 2025-ci il tarixli 2(015)-166/2025 saylı qətnaməsinin «Tərəflər arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların anası Ərizəçi yanında qalması; Qarşılıqlı iddianın təmin edilməməsi» hissələrdə ləğv edilməsi və həmin hissələrdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Odur ki, Cavabdeh ilə aralarında Tovuz 1 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞT/MT024/2024-1200 nömrəli barışıq sazişinin birinci bəndində nəzərdə tutulmuş “xx.xx.2014-cü il təvəllüdlü X2 onun himayəsinə verilməsi”nə aid hissəsinin məcburi icrası məqsədilə həmin sazişin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 bildirdi ki, o, cavabdehin atasıdır. ərizəçi tərəfindən təqdim edilən barışıq sazişi faktiki vəziyyətə uyğun deyil və uşaqların maraqlarına cavab vermir. Belə ki, tərəflər arasında bağlanmış və iddiaçı Ərizəçi məhkəməyə təqdim etdiyi barışıq sazişi uşağın faktiki vəziyyətinə və maraqlarına uyğun gəlmir. Belə ki, nəvəsi xx.xx.2014-cü il təvəllüdlü X7 uşaq könüllü qaydada atası ilə yaşayır, o, hazırda nümayəndəsi olduğu Cavabdeh faktiki olaraq himayəsindədir. Barışıq sazişində təsdiqlənməsi nəzərdə tutulan şərtlər faktiki vəziyyətə və uşağın maraqlarına cavab vermir. Uşağın 11 yaşı var. Saziş təsdiqləndiyi halda uşağın hüquq və mənafeləri pozulmuş olacaqdır. Belə ki, həmin saziş bağlanan zaman uşağın fikri nəzərə alınmamışdır.

5. Məhkəmə tərəflərin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmamalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarına əlavə olunmuş Ağstafa Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2(015)-166/2025 saylı qətnaməsi ilə iddiaçı Ərizəçi ilə Cavabdeh arasında 15 sentyabr 2006-cı il tarixdə Ağstafa rayonu Eynallı kənd icra nümayəndəliyində 07 saylı qeydlə bağlanmış nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqlar anası Ərizəçi yanında qalması, xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların saxlanılması üçün Cavabdeh Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

7. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2025-ci il tarixli 2(104)-1299/2025 nömrəli qərardadının surətindən görünür ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağstafa Rayon Mahkəməsinin 30 aprel 2025-ci il tarixli 2(015)-166/2025 saylı qətnaməsinin «Tərəflər arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların anası Ərizəçi yanında qalması; Qarşılıqlı iddianın təmin edilməməsi» hissələrdə ləğv edilməsi və həmin hissələrdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

8. İş materiallarında olan Ağstafa rayon Qeydiyyat Şöbəsi və Ağstafa rayonu Eynallı kənd icra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqları vardır.

9. İş materiallarında olan Tovuz 1 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024cü il tarixli, MŞT/MT024/2024-1200 nömrəli barışıq sazişindən görünür ki, birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9 və təvəllüdlü X2 daha yaxşı və hər tərəfli təhsil qayğıları ilə əhatə olunması üçün anası Ərizəçi himayəsində qalması barədə razılaşdılar və bu barədə məhkəmə proseslərində heç bir başqa tələb irəli sürməyəcəklərini üzərlərinə öhdəlik götürürlər. Birinci tərəf Ərizəçi və onun uşaqları Vidadi ilə birlikdə 2006-cı ildən gəlin köçdüyü və həmin tarixdən ikinci tərəf Cavabdeh atasına məxsus Ağstafa kəndində 0,12 ha torpaq sahəsində yerləşən bir mərtəbəli 90,0 kv.m olan iki otağında 24 kv.m+25.2 kv.m ümumilikdə 49.2 kv.m sahə təşkil edən yaşamaqlarına, mətbəx və sanitar qovşaqdan birgə istifadə etməklə təyinatına uyğun istifadə etməklərinə hazırda olduğu kimi heç bir maneə törətməyəcəklərini Cavabdeh, onun atası X4 və anası X6 öz üzərlərinə öhdəlik götürürlər.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi ilə Cavabdeh el adəti ilə toy edərək ailə qurmuş, nikahlarını 15 sentyabr 2006-cı il tarixdə Ağstafa rayonu, Eynallı kənd icra nümayəndəliyində 07 saylı qeydlə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı üç uşaqları anadan olmuşdur. Tərəflər ayrıldıqdan sonra öz aralarında Tovuz 1 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixli, MŞT/MT024/2024-1200 nömrəli barışıq sazişi bağlayaraq, birgə nikahdan olan uşaqların anasının yanında qalması barədə razılaşmışlar. Ağstafa Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2(015)-166/2025 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, iddiaçı Ərizəçi ilə Cavabdeh arasında 15 sentyabr 2006-cı il tarixdə Ağstafa rayonu Eynallı kənd icra nümayəndəliyində 07 saylı qeydlə bağlanmış nikah pozulmuş, tərəflər arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqlar anası Ərizəçi yanında qalmış, xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların saxlanılması üçün Cavabdeh Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2025-ci il tarixli 2(104)-1299/2025 nömrəli qərardadı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2(015)-166/2025 saylı qətnaməsinin «Tərəflər arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların anası Ərizəçi yanında qalması, qarşılıqlı iddianın təmin edilməməsi» hissələrdə ləğv edilməsi və həmin hissələrdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Barəsində barışıq sazişinin təsdiqlənməsi tələb olunan xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşağın hazırda faktiki olaraq atası Cavabdeh yanında və himayəsindədir.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Azərbaycan Respublikasının Konstitusiyası, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu və Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş, həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

13. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

14. Həmin Konstitusiyanın 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

16. Həmin Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

18. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

19. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər

20. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

21. Tovuz 1 saylı Mediasiya təşkilatında rəsmiləşdirilmiş 25 noyabr 2024-cü il tarixli MŞT/MT024/2024-1200 nömrəli barışıq sazişindən görünür ki, tərəflər kimi çıxış edən Ərizəçi və Cavabdeh birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X2 daha yaxşı və hərtərəfli təhsil alması və məişət qayğıları ilə əhatə olunması üçün anası Ərizəçi himayəsində qalması barədə razılaşmışlar və bu barədə məhkəmə proseslərində heç bir başqa tələb irəli sürməyəcəkləri barədə üzərlərinə öhdəlik götürmüşlər; Birinci tərəf Ərizəçi Vidadi qızı və onun uşaqları Zəhra, Nuray, və Vidadi ilə birlikdə 2006-cı ildən gəlin köçdüyü və həmin tarixdən qeydiyyatda olduğu ikinci tərəf Cavabdeh atasına məxsus Ağstafa rayonu Eynallı kəndində 0.12 ha torpaq sahəsində yerləşən birmərtəbəli 90 kv.m olan dörd otaqlı evin ilk otağında 24 kv.m+25.2 kv.m, ümumilikdə 49.2, kv.m sahə təşkil edən otaqlarda daimi yaşamaqlarına, mətbəx və sanitar qovşaqdan birgə istifadə etməklə həyətyanı sahədən təyinatına uyğun istifadə etməklərinə hazırda olduğu kimi heç bir maneçilik törətməyəcəklərini Cavabdeh, onun atası X4 və anası X5 üzərlərinə öhdəlik götürmüşlər; Tərəflər nikahın pozulması və uşaqların saxlanılması üçün aliment ödənilməsi tələbinin məhkəmə qaydasında həll edilməsi barədə razılığa gəlmişlər.

22. Göründüyü kimi uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Hazırki vəziyyətdə barışıq sazişində anasının himayəsinə verilməsi barədə tələb olunan uşaq isə atasının himayəsindədir və həmin uşaq xx.xx.2014-cü il təvəllüdlü olmaqla 10 yaşına çatmışdır. Lakin barışıq sazişi bağlanarkən 10 yaşı tamam olmuş uşağın fikri nəzərə alınmamış, onun hüquq və mənafeləri qurunmayaraq Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbləri pozulmuşdur. Bu da təsdiqlənməsi tələb olunan barışıq sazişinin həmin hissəsinin qanuna zidd olmasına dəlalət edir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə Məhkəmə xüsusi icraat qaydasında baxır.

24. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

25. Həmin Məcəllənin 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

26. Beləliklə məhkəmə hesab edir ki, uşağın mənafeyini və maraqlarını, tərəflər ayrıldıqdan sonra atasının yanında olmasını, həmin uşaq xx.xx.2014-cü il təvəllüdlü olmaqla 10 yaşına çatmasını, Ailə Məcəlləsinin 52-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmamalı, təsdiqlənməsi tələb olunan barışıq sazişinin həmin hissəsi qanuna zidd olduğundan həmin hissənin təsdiq edilməsindən imtina olunmalıdır.

27. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Məhkəmə həmçinin hesab edir ki, ərizə təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi: 33.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi :

Ərizə təmin edilməsin. Ərizəçi ilə Cavabdeh ilə arasında Tovuz 1 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞT/MT024/2024-1200 nömrəli barışıq sazişinin birinci bəndində nəzərdə tutulmuş “xx.xx.2014-cü il təvəllüdlü X2 onun himayəsinə verilməsi”nə aid hissəsi qanuna zidd olduğundan həmin hissənin təsdiq edilməsindən imtina edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar