Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1734/2025 29.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdə keçirib, Müəyyən etdi : Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən geri qaytarılmalıdır. Məlum olduğu kimi, qanunvericiliyə əsasən məhkəməyə verilən iddia ərizələri üçün qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənməli, məhkəməyə iddia ərizəsi verilməsi üçün qanunla nəzərdə tutulmuş miqdarda dövlət rüsumu ödənilmədiyində hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Göründüyü kimi, Ərizəçi iddia tələbi qiymətləndirilməyən iddia olmaqla 100 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilməmişdir. Belə ki, “X1 Azərbaycan Respublikası Qanunu”na 8.2-ci maddəsinin tələblərinə əsasən, xüsusi icraat (qiymətləndirilməyən iddia) qaydasında baxılan işlər üzrə məhkəməyə verilən ərizələr üçün 100 manat dövlət rüsumu ödənməlidir. Mülki Prossesual Məcəllənin 150.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarılmalı, həmçinin, ərizəçiyə izah edilməlidir ki, qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunu ödəyib və bununla bağlı müvafiq təsdiqedici sənəd ərizəsinə əlavə edərək yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 150-152, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər Ərizəçi qaytarılsın. Ərizəçi izah olunsun ki, qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunu ödəyib bununla bağlı müvafiq təsdiqedici sənəd ərizəsinə əlavə edərək yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1734/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1734/2025
29.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver