Məhkəmə qərarları › İş №2(015)-1868/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1868/2025

13.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1868/2025 13.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydini bərpa edərək, xx.xx.1988-ci il təvəllüdlü X2 28 oktyabr 1988-ci il tarixdə Ağstafa rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə ərizə təqdim edərək ifadəsində bildirdi ki, o, Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəmə müraciət etmişdir. Halhazırda yaranmış zərurətlə əlaqədar olaraq ərizənin baxılmadan geri qaytarılmasını, eyni zamanda ərizə üzrə ödədiyi 100 manat dövlət rüsumunun özünə qaytarılması barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçini dinləyib, onun ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə ərizəçi ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, maraqlı şəxsin nümayəndəsi buna etiraz etmədiyindən, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalıdır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221301 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba 100 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi, hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla geri qaytarıldığından Ərizəçi tərəfindən məhkəməyə ərizə verilməsi üçün xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221301 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114.1.3, 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər Ərizəçi qaytarılsın. Ərizəçi tərəfindən məhkəməyə ərizə verilməsi üçün xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221301 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar