Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-290/2025 03.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *6.03.*982-ci il təvəllüdlü X7 05 noyabr *982-ci il tarixdə Ağstafa rayonunda vəfat etməsi faktının müəyyən edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizəçi izahatında göstərdi ki, ərizəçinin mərhum qardaşı X*3 *6.03.*982-ci il təvəllüdlüdür. Doğulduqdan bir neçə ay sonra *982-ci ilin noyabr ayının 5-də vəfat etmişdir. Mərhum qardaşı vəfat etdikdən sonra Ağstafa rayonu Eynallı kənd qəbiristanlığında dəfn edilmişdir. Qardaşı körpə olarkən vəfat etdiyindən ona yazılı və şəkil olan baş daşı qoyulmamışdır. Qardaşı vəfat etsə də onun ölümü qeydə alınmamış və şəhadətnamə alınmamışdır. X4 2024-cü ilin yanvar ayının 28-də vəfat etmişdir. Atası vəfat etdikdən sonra adına olan miras əmlakları qalmışdır. Həmin əmlaklar istifadəsində olsa da Daşınmaz əmlak barədə hər hansı qanuni sənədləşmə həyata keçirə bilmirlər. Vərəsəlik işi açılan zaman atasının vərəsələri dairəsi müəyyən edilərkən məlum olmuşdur ki, ata və atasının vərəsələrinin dairəsi müəyyən edilərkən məlum olmuşdur ki, ata anasının *6 mart *982-ci il tarixində anadan olmuş və *982-ci ilin noyabr ayında vəfat etmişdir. Ramal doğularkən ona doğum haqqında şəhadətnamə alınmışdır. Odur ki, *6.03.*982-ci il təvəllüdlü X7 05 noyabr *982-ci il tarixdə Ağstafa rayonunda vəfat etməsi faktının müəyyən edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
12. Məhkəmə iclasında Ərizəçi izahat verərək bildirdi ki, onun iki yaşı olanda mərhum qardaşı X*3 rəhmətə getmişdir. Həmin vaxt azyaşlı olduqları üçün hadisəni tam xatırlamadığını, lakin X*3 adlı qardaşı olduğunu və onun bir neçə aya rəhmətə getdiyini xatırlayır. Odur ki, ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi.
13. Maraqlı şəxs məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Maraqlı şəxs məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzrlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
15. Məhkəmə iclasında şahid X** ifadəsində bildirdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçi dörd qardaş olmuşlar. X3 doğulduqdan bir neçə ay sonra vəfat etmişdir. Ağstafa rayonu, Eynallı kənd qəbiristanlığında dəfn olunmuş, baş daşı qoyulmamışdır. Digər qardaşı da bir neçə il olar ki rəhmətə getmişdir.
16. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, o, ərizəçinin uzaq qohumudur. Ərizəçi dörd qardaş olmuşlar, X3 anadan olduqdan bir neçə ay sonra rəhmətə getmiş, digər qardaşı isə 3* yaşında rəhmətə getmişdir. X* baş daşı qoyulmamışdır.
17. Məhkəmə iclasında şahid X*2 ifadəsində bildirdi ki, o, mərhum Ramalın qardaşıdır. Mərhum qardaşını tanımamış anadan olduqdan bir neçə ay sonra vəfat etmişdir. Mərhum qardaşına baş daşı qoyulmamışdır. Odur ki, ərizənin təmin olunmasını xahiş edir.
18. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
19. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə X*5 şəxs Ağstafa Rayon Mərkəzi X*0 şəxsi tərəfindən 30 sentyabr 2024-cü il tarixli *8-*-24/2-594/2024 nömrəli məktubda qeyd edilmişdir ki, *6.03.*982-ci il təvəllüdlü X7 ölümü haqqında tibbi şəhadətnamə verilməsi qanunamüvafiq hesab edilməmiş, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi ilə bağlı aidiyyatı olaraq məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
20. Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Eynallı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Ağstafa Rayon Məhkəməsinin şifahi sorğusuna cavab məktubundan görünür ki, *982-ci ilə aid Eynallı kənd İcra Nümayəndəliyinin ölüm faktlarının qeyd olunmasına dair kitabı mövcud deyil.
21. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 0*.07.*982-ci ildə Ağstafa rayon Eynallı kəndində anadan olmuşdur.
22. Azərbaycan Respublikası Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Eynallı kən inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 469/g nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Həsənov X5 rayon Eynallı kəndində yaşayır.
23. 30 sentyabr 2024-cü il tarixli Ağstafa rayonu Eynallı kənd və Dağ Kəsəmən sakini tərəfindən tərtib olunmuş aktdan görünür ki, *6.03.*982-ci il təvəllüdlü X*3 həqiqətən anadan olduqdan bir neçə ay sonra vəfat etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
24. İşdə olan sənədlərlə müəyyən olunur ki, ərizəçinin mərhum qardaşı X*3 05.**.*982-ci ildə Ağstafa rayonu Eynallı kəndində vəfat etmiş və Eynallı kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi mərhum qardaşı X9 ölüm haqqında şəhadətnamə verilməsi barədə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə X*5 şəxs Ağstafa Rayon Mərkəzi X*0 şəxsə müraciət etsə də, ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Ona görə də, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
26. Həmin Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
27. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
28. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunub ki, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
29. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.
30. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizəçinin mərhum qardaşı X8 ölməsi faktı məhkəmə iclasında öz təsdiqini tapdığından, X7 05.**.*982-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt təsdiq edilməlidir.
31. Məhkəmə, ərizəçinin digər tələbi olan mərhum qardaşı X7 ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *58.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.
33. Həmin Məcəllənin *59.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.
34. Qanunvericiliyə əsasən, ölümün qeydə alınması müvafiq tibbi sənəd əsasında və yaxud ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat orqanı ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında ölüm haqqında səhadətnamə verməlidir. Bunun üçün ölüm faktının müəyyən edilməsi haqqında işə xüsusi icraatda baxılan zaman “ölüm haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsinə zərurət yaranmır. Bu səbəbdən ərizəçinin tələbi “ölüm haqqında şəhadətnamənin” verilməsinə dair hissədə təmin edilə bilməz.
Nəticə hissəsi:
35. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi :
Ərizə təmin edilsin. X7 05.**.*982-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamə ölümün qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Heyran Mürsəlova