Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-299/2024 18.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qardaşı X3 20 may *954-cü ildə anadan olmuş, *4 sentyabr 2007-ci il tarixdə ürək çatışmazlığından vəfat etmişdir. Ağstafa rayonunun Vurğun qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Vəfat etdikdən sonra məlum olmayan səbəblərdən ölüm şəhadətnaməsi bu günə kimi alınmamışdır. Hazırda ölüm haqqında şəhadətnaməsi olmadığı üçün miras əmlaka vərəsəlik haqqında şəhadətnamə ala bilmirlər. Ona görə də 20 may *954-cü ildə anadan olmuş X2 ölmüş faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında Maraqlı şəxs nümayəndəsi lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Maraqlı şəxs tərəfindən məhkəməyə ərizə göndərilərək iddia tələbinin təmin olunmasının və mülki işə onların iştirakı olmadan baxılıb qərar qəbul olunması xahiş olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin (MPM) *85.6-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 20.05.*954-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan aktdan görünür ki, X3 *4.09.2007-ci il tarixdə vəfat etmiş Ağstafa rayon Vurğun kənd qəbiristanlığında dəfn edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən, tibb müəssisəsi tərəfindən verilmiş müvafiq sənəd yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işdə ölüm faktını təsdiq edən sübutlar mövcuddur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, *969-cu ildə Vurğun qəsəbəsində anadan olmuş, hazırki mülki iş üzrə Ərizəçi qonşu kimi tanıyır. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, həqiqətən X* Ərizəçi qardaşıdır. Mərhum qonşuluqda yaşayırdı Ərizəçi ilə yaşadığı ev atalarının evidi. 2007-ci ildə xəstəlikdən rəhmətə getmiş Vurğun kənd qəbiristanlığında dəfn edilmişdir. Dəfnində ailə üzvləri bir oğlu, bir qızı və həyat yoldaşı gəlmişlər daha sonra yaşadıqları Rusiya Federasiyasına geri dönmüşlər. Qonşu kənddə yaşayan bir qardaşı daha var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, *969-cu ildə Ermənistan Respublikasında anadan olmuş, hazırki mülki iş üzrə Ərizəçi qonşu kimi tanıyır. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, həqiqətən X* Ərizəçi qardaşıdır. 2007-ci ildə xəstəlikdən rəhmətə getmiş Vurğun qəsəbəsi qəbiristanlığında dəfn edilmişdir. Dəfnində ailə üzvləri bir oğlu, bir qızı və həyat yoldaşı iştirak etməmişlər. Ölümündən əvvəl Rusiya Federasiyasına geri dönmüşlər. Mərhumun iki bacısı var biri Ağstafa şəhərində yaşayır, digəri rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Ərizəçi yaxın qohumu həyat yoldaşıdır. X* ailəli olub iki uşağı var, ürək xəstəliyindən rəhmətə gedəndə uşaqları mərhumun yanında idi. Mərhum ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayırdı, xəstə olanda Ərizəçi evinə gəlmişdilər, dəfndən sonra Rusiya Federasiyasına geri qayıtmışlar. Mərhumun 2007-ci il dəfn olumasında digər qardaş bacıları dəfnində iştirak etmişlər. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 307ci maddəsinə əsasən hesab edir ki, X2 *4.09.2007-ci il tarixində, Ağstafa rayonu, Vurğun qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Ölüm haqqında şəhadətnamənin verilməsi barədə məhkəmə qeyd edir ki, MPM-in 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220 və 3**-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. 20.05.*954-cü il tarixində Ağstafa rayonunda doğulmuş, X2 *4.09.2007-ci il tarixində, Asğtafa rayonu Vurğun qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-299/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-299/2024
18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver