Məhkəmə qərarları › İş №2(015)-310/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-310/2023

18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmənin ləğvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-310/2023 18.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X20 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Ağstafa rayon qeydiyyat şöbəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X*0 və X9 qarşı övladlığın götürülmənin ləğv edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində olan övladlığa götürmənin ləğv edilməsi və ona yeni doğum haqqında şəhadətnamə verilməklə şəhadətnamədə adının Elməddin, ata adının Mikayıl və soyadının Abbasov yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı Ərizəçi tələbini müdafiə edib izahatında göstərdi ki, xx xxxxxx *996-cı il tarixdə anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 2-9* saylı 200*-ci il tarixli qətnaməsi ilə babası X*2 və nənəsi X*9 tərəfindən övladlığa götürülmüşdür. Hal-hazırda övladlığın ləğvini istəyir, çünki öz atası X6 atası kimi qeyd olunmasını istəyir. Atası ilə daimi ünsiyyəti olmuş, babası tərəfindən övladlığa götürülsə də, atası ilə əlaqəsi kəsilməmişdir. Baba-nənəsi tərəfindən övladlığa götürülməsinin əhəmiyyəti başa düşülməzdir. Bu ona gələcəkdə yarana biləcək narahatlıqların qarşısını almaq və öz atası ilə bağlı sənədləşmə işlərində lazımdır. Ona görə də qeyd etdiklərini nəzərə alaraq, onun barəsində olan övladlığa götürmənin ləğv edilməsi və ona yeni doğum haqqında şəhadətnamə verilməklə şəhadətnamə adının Elməddin, ata adının Mikayıl və soyadının Abbasov yazılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X*4 izahatında göstərmişdir ki, iş üzrə iddiaçı Ərizəçi onun oğludur. Belə ki, o, X*3 ilə qeyri-rəsmi qaydada ailə qurmuş, həmin evlilikdən iddiaçı anadan olmuşdur. Sonradan həyat yoldaşı Mikayıl işləmək məqsədi ilə Rusiya Federasiyasına getmiş, ondan bir müddət xəbər almadıqları üçün, valideynləri X*2 və X*9 oğlu Elməddini övladlığa götürmüşlər. Övladlığa götürmə səbəbi isə Elməddinin gələcəkdə sənəd işləri ilə bağlı olmuşdur. Daha sonra həyat yoldaşı Mikayıl Azərbaycana gələndə oğlunun övladlığa verilməsini ləğv etdirəcəyini bildirmiş, bir müddət sonra o, Rusiya Federasiyasında vəfat etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X*7 izahatında göstərmişdir ki, iş üzrə iddiaçı Ərizəçi onun nəvəsidir. Belə ki, qızı X3 Mikayıl Rəşid oğlu ilə qeyri-rəsmi qaydada ailə qurmuş, həmin evlilikdən iddiaçı anadan olmuşdur. Sonradan qızının həyat yoldaşı Mikayıl işləmək məqsədi ilə Rusiya Federasiyasına getmiş, ondan bir müddət xəbər almadıqları üçün, o, və həyat yoldaşı X* övladlığa götürmüşlər. Övladlığa götürmə səbəbi isə Elməddinin gələcəkdə sənəd işləri ilə bağlı olmuşdur. Daha sonra qızının həyat yoldaşı Mikayıl Azərbaycana gələndə oğlunun övladlığa verilməsini ləğv etdirəcəyini bildirmiş, bir müddət sonra o Rusiya Federasiyasında vəfat etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Ağstafa rayon Qeydiyyat Şöbəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X*0 və X9 rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Ağstafa rayon Qeydiyyat Şöbəsinin rəisi Arifə Qasımova məhkəməyə məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzürlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85-ci maddəsini rəhbər tutaraq mülki işə məhkəmə iclasına gəlməyən cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AZ-İ 44*538 nömrəli *5.**.2022-ci ildə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 xx xxxxxx *996-cı il tərixdə doğulmuş Ərizəçi Mikayıl oğlunun atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında *6.05.200*-ci il *04 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin *6 iyul 200*-ci il tarixli 2- 9*/200* saylı qətnaməsinin surətindən görünür ki, xx xxxxxx *996-cı il tarixdə anadan olmuş X2 Əlyar Cahangir oğlu və X*9 tərəfindən övladlığa götürülmüşdür. İş materiallarında olan AZ-İ 038949 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx *996-cı il tarixdə Ağstafa şəhərində anadan olmuş, ata qrafasında X*2, ana qrafasında X4 qeyd edilmişdir. İş materiallarında olan 25 oktyabr 2022-ci tarixli notarial qaydada tərcümə və təsdiq olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 04 aprel *974cü il təvəllüdlü X*3 23 oktyabr 2022-ci ildə Rusiya Federasiyası, X**-Yuqra, Yuqorsk şəhərində vəfat etmişdir. İş materiallarında olan 23 sentyabr 2022-ci tarixində verilən 05/69-**88/76 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 27 avqust 20*5-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *3*.*-ci maddəsinə əsasən övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. Məcəllənin *32.*-ci maddəsinə əsasən övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə, övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə, övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə və övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda övladlığa götürmə ləğv edilir. Qanunverici Ailə Məcəlləsinin *32.2-ci maddəsi ilə məhkəməyə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv etmək səlahiyyəti vermişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin *32.*.* və *32.*.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 20*2-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, övladlığa götürənin təqsirli hərəkətləri olmadıqda, onun davranışından asılı olan və ya olmayan səbəblərdən uşağın normal inkişafı və tərbiyəsi üçün zəruri olan valideynlik münasibətlərini formalaşdırmaq mümkün olmadığı halları nəzərdə tutur. Belə əsaslara uşağın mənafelərinə təsir edən istənilən hallar, o cümlədən, övladlığa götürənin və (və ya) övladlığa götürülənin şəxsi keyfiyyətləri səbəbindən onlar arasında qarşılıqlı anlaşmanın yaranmaması və nəticədə övladlığa götürənin uşağın yanında nüfuza malik olmaması və s. aiddir. Ailə Məcəlləsinin **7.*-ci maddəsinə görə övladlığa götürməyə yalnız uşağın mənafeyi naminə yol verilir. Övladlığa götürmə zamanı uşaqların mənafeyi dedikdə, onların tərbiyəsi və hərtərəfli fiziki, psixi və mənəvi inkişafı üçün zəruri şəraitin (həm maddi, həm də mənəvi xarakterli) yaradılması başa düşülür. “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * saylı, 29 oktyabr 2009-cu il tarixli qərarının 7-ci bəndinə görə məhkəmələr əsas fikri ona yönəltməlidirlər ki, hər bir konkret işdə uşaqların hüquq və yüksək mənafelərinin təmin olunması məqsədilə onlar iş ilə bağlı zəruri informasiya almalı, mənafelərinə toxunan ailə münasibətləri məsələləri üzrə məhkəmə prosesində öz hüquqlarını həyata keçirmək imkanına malik olmalı, onların fikirləri nəzərə alınmalı və uşaqların hüquqları və yüksək mənafeyi təmin olunmalıdır. Həmin Qərarın 27-ci bəndində Məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin *32.2-ci maddəsinə əsasən övladlığa götürənin təqsirli davranışı olmadan da məhkəmələr övladlığa götürməni ləğv edə bilər. Belə ki, övladlığa götürənin davranışından asılı olan və ya olmayan hallara görə uşağın normal inkişafı və tərbiyəsi üçün zəruri olan münasibətlər yaranmadıqda (məsələn, övladlığa götürənin və ya götürülənin şəxsi keyfiyyətləri ilə əlaqədar onlar arasında qarşılıqlı anlaşmanın yaranmaması nəticəsində övladlığa götürənin uşağın gözündə nüfuza malik olmaması və ya uşağın özünü övladlığa götürənin ailə üzvü hiss etməməsi və s.) məhkəmə övladlığa götürməni ləğv edə bilər. Göstərilən müddəaları nəzərə almaqla məhkəmə hesab edir ki, övladlığa götürülmə formal xarakter daşımış və yalnız sənəd üzərində baş vermişdir. İddiaçı övladlığa götürüldükdən sonra da onun bütün tələbatları övladlığa götürənlər tərəfindən deyil, öz valideynləri tərəfindən ödənilmiş, o, övladlığa götürənləri öz valideynləri kimi qəbul etməmişdir. Övladlığa götürülmə ərizəçinin mənəvi cəhətdən mənafeyinə toxunan amildir. Daimi ünsiyyətdə olduğu bioloji atasının adını daşımasını arzu edir. Məhkəmə qeyd edir ki, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Övladlığa verilmiş Elməddin məhkəmə iclasında sənəddə öz doğma valideynlərinin adlarının qeyd olunmasını istəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx xxxxxx *996-cı il tarixdə anadan olmuş Ərizəçi X*2 və X*9 tərəfindən övladlığa götürülməsi ləğv edilməli, onun doğum haqqında akt qeydləri kitabında düzəliş edilərək, doğum aktı qeydləri kitabında soyadı, adı, ata adı, ata və ana qrafalarındakıları yazılar əvvəkli vəziyyətinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. xx xxxxxx *996-cı il tarixdə anadan olmuş Ərizəçi X*2 və X*9 tərəfindən övladlığa götürülməsi ləğv edilsin. xx xxxxxx *996-cı il təvəllüdlü Ərizəçi adına olan Ağstafa rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *6 may 200*-ci il tarixli 62 №-li doğum haqqında akt qeydləri kitabında düzəliş edilərək, doğum aktı qeydləri kitabında soyadı “Abbasov”, adı “Elməddin”, ata adı “Mikayıl” kimi yazılmaqla ata qrafasında “X22”, ana qrafasında “X23” kimi qeyd edilsin. Qətnamə övladlığa götürülmənin ləğv olunması və doğum haqqında akt qeydində düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar