Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-320/2024 05.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X** Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 2* may *963-cü il tarixdə Gürcüstan Respublikası Qardabani rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı olmuş onun mərhum əri X2 25 dekabr 2022-cı il tarixdə ölüm faktının müəyyən olunması və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi tələbini müdafiə edib izahatında göstərdi ki, o, Ağstafa rayonunun Sadıqlı kəndində yaşayır. X9 həyat yoldaşı olmuşdur. Onlar Qusar şəhərinə qənaq getmişlər. 25 dekabr 2023-cü ildə Qusar şəhərində olarkən həyat yoldaşının vəziyyəti pisləşmiş və xəstəxanaya aparılarkən yolda vəfat etmişdir. Qusar rayon mərkəzi xəstənaxasından verilmiş arayışda həyat yoldaşının kəskin ürək damar çatışmazlığından vəfat etməsi bildirilmişdir. Həyat yoldaşı Ağstafa rayonu, Sadıqlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Ölüm kağızı ev və torpaq işlərinin sənədləşməsi zamanı lazım olacağı üçün məhkəməyə müraciət etmişdir. Həyat yoldaşının ölüm kağızını almaq üçün Maraqlı şəxsnə müraciət etsə də müraciəti nəticəsiz qalmışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Maraqlı şəxs rəisi Arifə Qasımova məhkəməyə məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzürlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Qeyd olunur ki, mülki prosessual qanunvericilikdə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktın-yəni müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsindən müvafiq icra hakimiyyəti orqanları imtina edilməlidir. İşdə olan sənədlərlə müəyyən olunur ki, ərizəçinin həyat yoldaşı mərhum X7 25 dekabr 2022-ci il tarixdə Qusar şəhərində vəfat etmiş və Ağstafa rayonu, Sadıqlı kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi həyat yoldaşına ölüm haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə müraciət etsə də ona ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Ona görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X* iş materiallarında olan aktdakı imzasını təsdiq edib ifadəsində göstərmişdir ki, mərhum Nəbi Vəliyev onun kiçik qardaşıdır. Nəbi ailəsi ilə birlikdə 2022-ci ilin dekabr ayında dostu qonaq çağırdığı üçün Qusar şəhərinə getmişdir. 25 dekabr 2022-ci il tarixdə ona zəng gəlmiş və qardaşının ürək çatışmamazlığından vəfat etməsi bildirilmişdir. Daha sonra qardaşı Ağstafa rayonu, Sadıqlı kəndinə gətirilmiş və Sadıqlı kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X3 iş materiallarında olan aktdakı imzalarını təsdiq edib şahid X* ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Qusar rayon mərkəzi xəstəxanası” X*0 verilmiş arayışdan görünür ki, X8 qohumları tərəfindən şəxsi maşında xəstənaya gətirilmiş, həkimə kimi ölmüşdür. Ölümün güman edilən səbəbi kəskin ürək damar çatışmamazlığı olmuşdur. Ərizəçinin məhkəməyə təqdim etdiyi fotoşəkildən görünür ki, X6 25 dekabr 2022-ci il ölüm tarixi qeyd olunmaqla məzar daşı qoyulmuşdur. Ərizəçi həyat yoldaşının Ağstafa rayon Sadıqlı kənd qəbirstanlığında dəfn olunduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunub ki, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizəçinin mərhum yoldaşı X4 25 dekabr 2022-ci il tarixdə ölməsi faktı məhkəmə iclasında öz təsdiqini tapdığından, X4 25 dekabr 2022-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt təsdiq edilməlidir. Məhkəmə, ərizəçinin digər tələbi olan X6 ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *58.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin *59.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qanunvericiliyə əsasən, ölümün qeydə alınması müvafiq tibbi sənəd əsasında və yaxud ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat orqanı faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında ölüm haqqında səhadətnamə verməlidir. Bunun üçün ölüm faktının müəyyən edilməsi haqqında işə xüsusi icraatda baxılan zaman “ölüm haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsinə zərurət yaranmır. Bu səbəbdən ərizəçinin “ölüm haqqında şəhadətnamənin” verilməsinə dair ərizəsi təmin edilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə qismən təmin edilsin. X4 25 dekabr 2022-ci il tarixdə Qusar şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamə ölümün qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-320/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-320/2024
05.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver