Məhkəmə qərarları › İş №2(015)-418/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-418/2023

10.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-418/2023 10.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Ərizəçi və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə Məhkəməyə müraciət edərək, mərhum X* *3.02.*987-ci il tarixdə Ağstafa rayonu Köçvəlili kəndində ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən Ərizəçi bildirdi ki, o, 04 aprel *986-cı ildə X4 ilə ailə həyatı qurmuş və birgə nikahlarından *5 yanvar *987-ci ildə X5 adlı uşaqları anadan olmuşdur. *3.02.*987-ci ildə qızı Nazlı körpəykən halı qəfildən pisləşmiş həkim gələnədək o vəfat etmiş və Ağstafa rayonu Köçvəlili kənd qəbirstanlığında dəfn edilmişdir. Onun həqiqətən Köçvəlili kənd qəbirstanlığında dəfn olunmasını sübut edən qəbir daşının foto şəkillər və onun dəfnində iştirak edən şəxslərin Köçvəlili kənd icra nümayəndəliyində tərtib etdikləri aktla da təsdiq edilir. Qızına ölüm haqqında şəhadətnamə ala bilmir. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş və aparılan yoxlama zamanı ölüm haqqında akt qeydi aşkarlanmamışdır və *3.02.*987-ci ildən xx.xx.2023-cü ilədək ölüm qeydiyyatından keçməməsi qeyd olunmuşdur. Ona görə də mərhum X* *3.02.*987-ci il tarixdə Ağstafa rayonu Köçvəlili kəndində ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən Ərizəçi vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinə qiymət verərək Azərbaycan Respublikası MPM-nin *85.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Maraqlı şəxs rəisi Arifə Qasımova məhkəməyə ərizə verərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və mülki işə onun iştirakı olmadan baxılıb qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tamara Rəcəbova ifadəsində göstərmişdir ki, Ərizəçi qonşusudur. X2 və Ərizəçi *5.0*.*987-ci ildə X5 adlı uşaqları doğulmuş, həmin uşaq *3 fevral *987-ci il tarixində ölmüşdür və Ağstafa rayonu Köçvəlili kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbriyə Kamaşidze ifadəsində göstərmişdir ki, Ərizəçi qonşusudur. X2 və Ərizəçi *5.0*.*987-ci ildə X5 adlı uşaqları doğulmuş, həmin uşaq *3 fevral *987-ci il tarixində ölmüşdür və Ağstafa rayonu Köçvəlili kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin, onun vəkili və nümayəndəsini və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi arasında nikah 04 aprel *986-cı il tarixdə qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki X5 *5 yanvar *987-ci ildə ildə Ağstafa şəhərində anadan olmuş, atası X3r, anası Ərizəçidır. İş materiallarında olan Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Köçvəlili kənd icra nümayəndəliyinin 27 fevral 2023-ci il tarixli *22/g №-li arayışından görünür ki, X5 anası Ərizəçi deməsinə görə *3.02.*987-ci il tarixində vəfat etmişdir və Ağstafa rayonu Köçvəlili kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Köçvəlili kənd icra nümayəndəliyinin 27 fevral 2023-ci il tarixli aktından görünür ki, Kamaşidzadə Səbriyə , Ərizəçi, Rəcəbova Tamara akt tərtib edərək bildirdilər ki, həqiqətən X2 və Ərizəçi *5.0*.*987-ci ildə X5 adlı uşaqları doğulmuş, həmin uşaq *3 fevral *987-ci il tarixində ölmüşdür və Ağstafa rayonu Köçvəlili kənd qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən, tibb müəssisəsi tərəfindən verilmiş müvafiq sənəd yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 309.*-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 3*0-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatındakı məlumatlara və mülki işdə olan sənədlərdəki məlumatlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən *5 yanvar *987-ci i il təvəllüdlü X* *3.02.*987-ci il tarixdə Ağstafa rayonu Köçvəlili kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 2*6-220, 227, 233, 307, 307.2, 307.2.3, 3** və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ : Ərizə qismən təmin edilsin. *5 yanvar *987-ci i il təvəllüdlü X* *3.02.*987-ci il tarixdə Ağstafa rayonu Köçvəlili kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra * (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar