Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-536/2023 24.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 *6 aprel 2023-cü il tarixdə Ağstafa rayonu Dağkəsəmən kəndində ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 06 aprel 2007-ci ildə mərhum X5 ilə rəsmi nikahla ailə həyatı qurmuş və birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Mərhum həyat yoldaşı maşın ustası idi və *6 aprel 2023-cü il ildə yük avtomobilin təmiri zamanı bədbəxt hadisə nəticəsində vəfat etmiş və onun nəşini Qazax rayon təcili tibbi yardım şöbəsi aşkarlamışdır. Onun həqiqətən *7 aprel 2023-cü il tarixdə Dağkəsəmən kənd qəbirstanlığına dəfn olunması sübut edən və onun dəfnində iştrak edən şəxslərin Dağkəsəmən kənd icra nümayəndəliyində tərtib etdikləri aktla da təsdiq edilir. Mərhum ərinə ölüm haqqında şəhadətnamə ala bilmir və bu barədə Maraqlı şəxsnə müraciət etmiş və aparılan yoxlama zamanı ölüm haqqında akt qeydi aşkarlanmamış və ölüm qeydiyyatdan keçməməsi qeyd olunmuşdur. Ona görə də mərhum X2 *6 aprel 2023-cü il tarixdə Ağstafa rayonu Dağkəsəmən kəndində ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən Ərizəçi ərizəsini müdafiə edib təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinə qiymət verərək Azərbaycan Respublikası MPM-nin *85.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Maraqlı şəxs rəisi Arifə Qasımova məhkəməyə ərizə verərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və mülki işə onun iştirakı olmadan baxılıb qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şaqhid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, Ağstafa rayon Dağkəsəmən kənd sakini X5 *6.04.2023-cü il tarixdə faciə nəticəsində vəfat etmişdir. Onun yas mərasimində iştrak etmiş və onun Ağstafa rayon Dağkəsəmən kənd qəbirstanlığında dəfn edildiyini təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və qeyd olunan hüquq normasını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan arayışdan görünür ki, X* rayonu Dağkəsəmən kəndində yaşamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi 06 aprel 2007-ci il tarixdə rəsmi nikahla ailə qurmuşlar. İş materiallarında olan *6.04.2023-cü il tarixli *2 nömrəli tibbi arayşdan görünür ki, *6 aprel 2023-cü il tarixdə Qazax rayonu Yuxarı Salahlı kənd ərazisində saat *4:** radələrindəhadisə yerində yükavtomobilin təmiri zamanı bədbəxt hadisə nəticəsində Ağstafa rayon Dağkəsəmən kənd sakini X2 meydi aşkarlanmşıdır, İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 *6.**.*98*-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 27 aprel 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, *6.04.2023-cü il tarixdı vəfat etmiş X5 hal-hazıra qədər ölüm qeydiyyatından keçməmişdir. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli aktdan görünür ki, Ağstafa rayon Dağkəsəmən kənd sakinləri X3, X4 və X7 akt tərtib edərək göstərək bildirdlər ki, Ağstafa rayon Dağkəsəmən kənd sakini X5*6.04.2023-cü il tarixdə faciə nəticəsində vəfat etmişdir. Onun yas mərasimində iştrak etmişlər və onun Ağstafa rayon Dağkəsəmən kənd qəbirstanlığında dəfn edildiyini təsdiq etmişlər. Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən, tibb müəssisəsi tərəfindən verilmiş arayış mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 309.*-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 3*0-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatındakı məlumatlara və mülki işdə olan sənədlərdəki məlumatlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən *6.**.*98*-ci il təvəllüdlü X2 2023-cü il aprelin *6-da Ağstafa rayon Dağkəsəmən kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 2*6-220, 227, 233, 307, 307.2, 307.2.3, 3** və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə qismən təmin edilsin. *6.**.*98*-ci il təvəllüdlü X2 2023-cü il aprelin *6-da Ağstafa rayon Dağkəsəmən kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Ərizənin qalan hissəsi təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra * (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-536/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-536/2023
24.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver