Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-544/2023 21.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *0 iyun *976-cı il tarixdə Qazax rayonunun Köçvəlili kəndində anadan olmuş onun mərhum əri X4 0*.02.2023-cü il tarixdə ölüm faktının müəyyən olunması və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən Ərizəçi ərizəsini müdafiə edib bildirdi ki, mərhum X9 ilə *2 noyabr 20*0-cu il tarixdə ailə həyatı qurmuşdur. Onunla birgə nikahlarından 3 övladı dünyaya gəlmişdir. Mərhum həyat yoldaşı X9 0*.02.2023-cü il tarixdə ona məlum olmayan səbəblərdən intihar etmişdir. X* Rayonun Köçvəlili kəndində dəfn olumuşdur. Mərhum əri vəfat etdikdən sonra yas merasiminə və istintaqda aparılan işlərə başı qarışıq olduğundan onun ölüm şəhadətnaməsini almamışdır. X4 0*.02.2023-cü il tarixdə vəfat etməsini sübut edəcək bir cox şahidləri və Ağstafa rayonun Köçvəlili kənd qəbirstanlığında çəkilmiş fotoşəkili də vardır. Bu barədə hətta şahidlər Ağstafa rayonu Köçvəlili kənd İcra nümayəliyində akt tərtib etmişdirlər. Hal–hazırda miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Ona görə də *0 iyun *976-cı il tarixdə Qazax rayonunun Köçvəlili kəndində anadan olmuş onun mərhum əri X4 0*.02.2023-cü il tarixdə ölüm faktının müəyyən olunması və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinə qiymət verərək Azərbaycan Respublikası MPM-nin *85.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Maraqlı şəxs rəisi Arifə Qasımova məhkəməyə ərizə verərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və mülki işə onun iştirakı olmadan baxılıb qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və qeyd olunan hüquq normasını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 0*.05.2023-cü il tarixli 249/g saylı arayışdan görünür ki, Ağstafa rayonun Köçvəlili kənd sakini X9 0*.02.2023-cü il tarixdə vəfat etmiş və Ağstafa rayonun Köçvəlili kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Ağstafa rayonun Köçvəlili kənd sakinləri X5, X2 və X*0 aktı tərtib edərək bildirdilər ki, *0 iyun *976-cı il təvəllüdlü mərhum X9 0* fevral 2023-cü il tarixdə vəfat etmişdir və mərhum Ağstafa rayonu Köçvəlili kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X9 ilə Ərizəçi *2 noyabr 20*0-cü il tarixdə Maraqlı şəxsndə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarında olan 0*.05.2023-cü il tarixli 248/g saylı arayışdan görünür ki, Alıyeva X3 Rayonun Köçvəlili kəndində yaşayır. Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən, tibb müəssisəsi tərəfindən verilmiş müvafiq sənəd yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 309.*-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 3*0-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatındakı məlumatlara və mülki işdə olan sənədlərdəki məlumatlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən *930-cu il təvəllüdlü X6 *996-cı il noyabrın 03-də Ağstafa şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 2*6-220, 227, 233, 307, 307.2, 307.2.3, 3** və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. *0.07.*976-cı il təvəllüdlü X4 0*.02.2023-cü il tarixdə Ağstafa rayonu Köçvəlili kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra * (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-544/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-544/2023
21.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver