Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-630/2023 19.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3 xx.xx.2004-cü il tarixdə Ağstafa rayonu Köçvəlili kəndində ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamənin verilməsinin Maraqlı şəxsndə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, o, *992-ci ildə X9 ilə ailə həyatı qurmuş və həmin nikahdan 2*.05.*995-ci il tarixdə mərhum övladı X7 anadan olmuşdur. xx.xx.2004-cu ildə qızı epilepsiya xəstəliyindən əziyyət çəkirdi və o vəfat etmiş və Ağstafa rayonu Köçvəlili kənd qəbirstanlığında dəfn edilmişdir. Onun ölümündən sonra çox iztirab və sarsıntı keçirdiyi üçün ölüm şəhadətnaməsi barədə heç bir iş görməmişdir. Hansı ki, digər uşağı barədə müvafiq sənədləşmə aparılarkən ona vəfat edən Əfsanənin ölüm haqqında şəhadətnaməsinin olması bildirilmişdir.Onun həqiqətən Köçvəlili kənd qəbirstanlığında dəfn olunması sübut ədən və onun dəfnində iştirak edən şəxslərin Köçvəlili kənd icra nümayəndəliyində tərtib etdikləri aktla da təsdiq edilir. Qızına ölüm haqqında şəhadətnamə ala bilmir bu barədə Maraqlı şəxsnə müraciət etmiş və aparılan yoxlama zamanı ölüm haqqında akt qeydi aşkarlanmamış, ölüm qeydiyyatından keçməməsi qeyd olunmuşdur. Ona görə də mərhum X3 xx.xx.2004-cü il tarixdə Ağstafa rayonu Köçvəlili kəndində ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamənin verilməsinin Maraqlı şəxsndə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinə qiymət verərək Azərbaycan Respublikası MPM-nin *85.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Maraqlı şəxs rəisi Arifə Qasımova məhkəməyə ərizə verərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və mülki işə onun iştirakı olmadan baxılıb qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şaqhid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, Ağstafa rayon Köçvəlili kənd sakini X7 xx.xx.2004-cü il tarixdə epilepsiya xəstəliydən vəfat etmişdir. Onun yas mərasimində iştrak etmiş və onun Ağstafa rayon Köçvəlili kənd qəbirstanlığında dəfn edildiyini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X2 digər şahid X* ifadəsinə uyğun ifadə vermişdirlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və qeyd olunan hüquq normasını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 02.0*.*995-ci ildə Ağstafa rayonu Köçvəlili kənd icra nümayəndəliyində anadan olmuşdur. İş materiallarında olan *6.05.2023-cü il tarixli 265/g nömrəli arayşdan görünür ki, X7 xx.xx.2004-cü il tarixində Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsində vəfat etmiş və Köçvəlili kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 2* mart *992-ci il tarixdə rəsmi nikahla ailə qurmuşlar. İş materiallarında olan Maraqlı şəxs tərəfindən *5 may 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.2004-cü il tarixdı vəfat etmiş X7 hal-hazıra qədər ölüm qeydiyyatından keçməmişdir. İş materiallarında olan aktdan görünür ki, Ağstafa rayon Köçvəlili kənd sakinləri X4, X5 və X2 akt tərtib dərək bildirmidirlər ki, Ağstafa rayon Köçvəlili kənd sakini 02.0*.*995-ci il tarixdə anadan olmuş mərhum manova Əfsanə Aslan qızı həqiqətən Ərizəçi qızıdır, mərhum epilepsiya xəstəliyindən əziyyət çəkirdi və xx.xx.2004-cü ildə vəfat etmiş və Ağstafa rayon Köçvəlili kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizəçinin məhkəməyə təqdim etdiyi fotoşəkildən görünür ki, X6 xx.xx.2004-cü il kimi ölüm tarixi qeyd olunmaqla məzar daşı qoyulmuşdur. Ərizəçi qızının Ağstafa rayonunun Köçvəlili kəndində kənd qəbirstanlığında dəfn olunduğunu bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən, tibb müəssisəsi tərəfindən verilmiş müvafiq sənəd yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 309.*-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 3*0-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatındakı məlumatlara və mülki işdə olan sənədlərdəki məlumatlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən 02.0*.*995-ci il təvəllüdlü X3 xx.xx.2004-cü il tarixində Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin *07-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.*.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, iddiaçı müharibə veteranı olduğundan dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alınaraq dövlət rüsumu Azərbaycan Respublikası Dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 2*6-220, 227, 233, 307, 307.2, 307.2.3, 3** və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə qismən təmin edilsin. 02.0*.*995-ci il təvəllüdlü X3 xx.xx.2004-cü il tarixində Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Ərizənin qalan hissəsi təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra * (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-630/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-630/2023
19.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver