Məhkəmə qərarları › İş №2(015)-668/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-668/2025

23.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-668/2025 23.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 05.08.*992-ci ildə Ağstafa rayonu Poylu qəsəbəsində doğulmağının müəyyən edilməsi və bu barədə doğum haqqında şəhadətnamə verilməsinin, adının “Elçin”, soyadının “Məmmədov”, ata adının “Oktay” kimi, yəni “X3” kimi qeyd edilməsi, atasının X2, anasının X* olmaları faktının müəyyən edilməsini və onun doğum akt qeydinin bərpa olunmasını və qətnamənin icrasının Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclaslarına təkrar olaraq gəlməmiş, iş üzrə Maraqlı şəxs rəisi Arifə Qasımova məhkəməyə məktub göndərərək işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzürlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, qanunvericiliyə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və ya işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, hazırki mülki iş üzrə məhkəmə baxış iclasları **.06.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərə tarixə təyin edilmiş, həmin tarixdə iş üzrə ərizəçi və maraqlı şəxsə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq özləri və ya nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və ya işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda, iş materiallarında olan *0.03.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə ərizə verilməsi üçün *0.03.2025-ci il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə *42330 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ22CTRE******************** saylı hesaba *00 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılması üçün əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **4.*.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Həmin Məcəllənin **4.2-ci maddəsinə əsasən bu Məcəllənin **4.*.*-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla baxılmamış saxlanıldığından Ərizəçi tərəfindən məhkəməyə ərizə verilməsi üçün *0.03.2025-ci il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə *42330 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ22CTRE******************** saylı hesaba ödənilmiş *00 manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın **4.*.5, 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, məhkəməyə gəlməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlama haqqında qərardadın ləğvi barədə ərizə verə bilərlər. Ərizəçi tərəfindən məhkəməyə ərizə verilməsi üçün *0.03.2025-ci il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə *42330 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ22CTRE******************** saylı hesaba ödənilmiş *00 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar