Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-716/2024 09.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək ona məxsus qiyməti 1.500 manat olan, “Damla” şirkətinə məxsus bir ədəd iki nəfərlik taxt, bir ədəd geyim dolabı, bir ədəd termo və iki ədəd tumbadan ibarət yataq mebeli dəstinin, qiyməti 130 manat olan, bir ədəd “Eurolux” markalı qırmızı rəngdə tozsoran maşının, qiyməti 80 manat olan, bir ədəd “Galax” firmasına aid, qara rəngli ətçəkən maşının, qiyməti 70 manat olan, bir ədəd Çılçırağın, qiyməti 120 manat olan, bir ədəd qaşıq dəstinin, qiyməti 50 manat olan bir ədəd sininin, qiyməti 100 manat olan “Zenit” qazan dəstinin, qiyməti 50 manat olan 3 ədəd qırmızırəngli tavanın, qiyməti 20 manat olan üç ədəd dəmir ləyənin, qiyməti 50 manat olan bir ədəd toz rəngli ədyalın, qiyməti 80 manat olan bir ədəd böyük ölçüdə ağ rəngli ədyalın, qiyməti 50 manat olan bir ədəd pərdə palıdın, qiyməti 300 manat olan 1 ədəd böyük güldanın, qiyməti 25 manat olan bir ədəd balaca güldanın, qiyməti 250 manat olan mavi servisin, qiyməti 70 manat olan iki ədəd böyük qazanın, qiyməti 70 manat olan iki ədəd şirəli qazan dəstlərinin, cəmi qiyməti 1.000 manat olan şirniyyat qabları, çökər qabları, duz qablarının, qiyməti 200 manat olan bir ədəd böyük döşəyin, qiyməti 100 manat olan iki dəst yastığın, qiyməti 80 manat olan çaydan və Tefal firmasına aid elektrik çaydanın, qiyməti 2.000 manat olan- 1 ədəd çəkisi 4 qram olan üzükdən, bir ədəd çəkisi 4 qram olan qolbağdan, bir cüt çəkisi 6 qram olan sırğadan və bir ədəd çəkisi 3 qram olan klondan ibarət Pandora qızıl dəstinin, qiyməti 450 manat olan bir ədəd çəkisi 5,5 qram olan qolbağın, qiyməti 300 manat olan 1 ədəd çəkisi 4 qram olan üzüyün Cavabdeh alınaraq və yaxud həmin əşyalar olmadıqda dəyəri tutularaq, eyni zamanda 100 manat dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə el adətinə uyğun, kəbin kəsdirib toy etməklə ailə qurub, cavabdehə məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Cavanşir küçəsində yerləşən evə gəlin köçmüşdür. Gəlin köçən zaman özü ilə birlikdə cehiz əşyaları aparmışdır. Sonradan cavabdehlə münasibətləri pisləşmiş xx.xx.2023-cü il tarixdə həmin evdən çıxmağa məcbur olmuşdur. Evdən çıxarkən heç bir əşyanı götürməyə cavabdehin imkanı olmamış, məcburən əşyaları cavabdehin evində qoymuşdur. Odur ki, həmin evdə olan qiyməti 1.500 manat olan, “Damla” şirkətinə məxsus bir ədəd iki nəfərlik taxt, bir ədəd geyim dolabı, bir ədəd termo və iki ədəd tumbadan ibarət yataq mebeli dəstinin, qiyməti 130 manat olan, bir ədəd “Eurolux” markalı qırmızı rəngdə tozsoran maşının, qiyməti 80 manat olan, bir ədəd “Galax” firmasına aid, qara rəngli ətçəkən maşının, qiyməti 70 manat olan, bir ədəd Çılçırağın, qiyməti 120 manat olan, bir ədəd qaşıq dəstinin, qiyməti 50 manat olan bir ədəd sininin, qiyməti 100 manat olan “Zenit” qazan dəstinin, qiyməti 50 manat olan 3 ədəd qırmızırəngli tavanın, qiyməti 20 manat olan üç ədəd dəmir ləyənin, qiyməti 50 manat olan bir ədəd toz rəngli ədyalın, qiyməti 80 manat olan bir ədəd böyük ölçüdə ağ rəngli ədyalın, qiyməti 50 manat olan bir ədəd pərdə palıdın, qiyməti 300 manat olan 1 ədəd böyük güldanın, qiyməti 25 manat olan bir ədəd balaca güldanın, qiyməti 250 manat olan mavi servisin, qiyməti 70 manat olan iki ədəd böyük qazanın, qiyməti 70 manat olan iki ədəd şirəli qazan dəstlərinin,cəmi qiyməti 1.000 manat olan şirniyyat qabları, çökər qabları, duz qablarının, qiyməti 200 manat olan bir ədəd böyük döşəyin, qiyməti 100 manat olan iki dəst yastığın, qiyməti 80 manat olan çaydan və Tefal firmasına aid elektrik çaydanın, qiyməti 2.000 manat olan - 1 ədəd çəkisi 4 qram olan üzükdən, bir ədəd çəkisi 4 qram olan qolbağdan, bir cüt çəkisi 6 qram olan sırğadan və bir ədəd çəkisi 3 qram olan klondan ibarət Pandora qızıl dəstinin, qiyməti 450 manat olan bir ədəd çəkisi 5,5 qram olan qolbağın, qiyməti 300 manat olan 1 ədəd çəkisi 4 qram olan üzüyün Cavabdeh alınaraq və yaxud həmin əşyalar olmadıqda dəyəri tutularaq, eyni zamanda 100 manat dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş, onu nümayəndəsi (qardaşı) Nümayəndə2 təmsil etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Nümayəndə2 iddianı qismən etiraf edərək bildirdi ki, cehiz əşyalarının bəziləri hal-hazırda onlardadı, iddianın qalan hissəsinə isə etiraz edir. Belə ki, iddiaçının qeyd etdiyi qızıllar lombarda qoyulsa da sonradan həmin qızılları lombarddan qardaşı Elfaq özü götürüb. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(012)-1871/2024 saylı qərardadı ilə ərazi aidiyyatı üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində keçmiş əri Elfaq Məhərrəmov tərəfindən qızıl-zinət əşyalarının lombarda girov qoyulması, həmçinin adına 700 manat keredit göterməsi barədə məlumat vermiş və həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin və inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmişdir. İddaçının nümayəndəsi əşyaların qaytarılması barədə tələbi etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdeh tərəfindən qismən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın qismən etiraf edilməsini qəbul edir və iddianın həmin hissəsinin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Beləliklə, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin, iddiaçı qaytarılmasını tələb etdiyi qızılzinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olduğunu sübut edə bilmir. Odur ki, qızılzinət əşyalarının cavabdehdən alınaraq iddiçıya qaytarılması üçün göstərilən hallar sübut olunmalıdır: 1) iddiaçıya mülkiyyət hüququ əsasında belə əşyalar məxsusdur; 2) həmin əşyalar cavabdehin qanunsuz sahibliyindədir. Bu halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür (MPM, maddə 77.1). Tərəflər 2020-ci ildə nikah bağlamışlar, aralarındakı münasibətlərin pozulması səbəbindən ayrıldıqdan sonra cehiz əşyaları cavabdehə məxsus mənzildə qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və 5 beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” iddiası qismən təmin olunsun. Cavabdeh 1.Qiyməti 1.500 manat olan, “Damla” şirkətinə məxsus bir ədəd iki nəfərlik taxt, bir ədəd geyim dolabı, bir ədəd termo və iki ədəd tumbadan ibarət yataq mebeli dəsti, 2.Qiyməti 130 manat olan, bir ədəd “Eurolux” markalı qırmızı rəngdə tozsoran maşını, 3.Qiyməti 80 manat olan, bir ədəd “Galax” firmasına aid, qara rəngli ətçəkən maşını, 4.Qiyməti 70 manat olan, bir ədəd Çılçırağı, 5.Qiyməti 120 manat olan, bir ədəd qaşıq dəstini, 6.Qiyməti 50 manat olan bir ədəd sinini, 7.Qiyməti 100 manat olan “Zenit” qazan dəstini, 8.Qiyməti 50 manat olan 3 ədəd qırmızırəngli tavanı, 9.Qiyməti 20 manat olan üç ədəd dəmir ləyəni, 10.Qiyməti 50 manat olan bir ədəd toz rəngli ədyalı, 11.Qiyməti 80 manat olan bir ədəd böyük ölçüdə ağ rəngli ədyalı, 12.Qiyməti 50 manat olan bir ədəd pərdə palıdı, 13.Qiyməti 300 manat olan 1 ədəd böyük güldanı, 14.Qiyməti 25 manat olan bir ədəd balaca güldanı, 15.Qiyməti 250 manat olan mavi servisi, 16.Qiyməti 70 manat olan iki ədəd böyük qazanı, 17.Qiyməti 70 manat olan iki ədəd şirəli qazan dəstləri, 18.cəmi qiyməti 1.000 manat olan şirniyyat qabları, çökər qabları, duz qabları, 19.Qiyməti 200 manat olan bir ədəd böyük döşəyi, 20.Qiyməti 100 manat olan iki dəst yastığı, 21.Qiyməti 80 manat olan çaydan və Tefal firmasına aid elektrik çaydanı alınıb İddiaçı verilsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-716/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-716/2024
09.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver