Məhkəmə qərarları › İş №2(015)-727/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-727/2025

07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-727/2025 07.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının təsdiq edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi : Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakılara əsasən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin *49cu maddəsində nəzərdə tutulmuş forma və məzmununa uyğun olaraq verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *5*.*-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Lakin iddia tələbi Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin *49-cu maddəsində nəzərdə tutulmuş forma və məzmununa uyğun olaraq verilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin *52.*.*-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının təsdiq edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, Ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 35, *49-*52, 263- 264, 267-268 və 309.*-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının təsdiq edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş *00 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Heyran Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar