Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-743/2025 20.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində MŞB/8/2024-00517 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı uşağın saxlanılması üçün hər ay hər bir uşağa görə 150 manat, iki uşağa görə 300 manat alimentin və ona məxsus 1 (bir) ədəd qızıl qolbağın, 2(iki) ədəd qızıl qolbağın, 3(üç) ədəd qızıl üzüyün (ikisi brilyant qaşlı) ondan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclaslarına təkrar olaraq gəlməmiş, iş üzrə Ərizəçi məhkəməyə teleqram göndərərək himayəsində azyaşlı uşaqları olduğu üçün məhkəməyə gələ bilmədiyini, ona aid olan qızıl-zinyət əşyalarını cavabdehin ona təhvil verməsini və yalnız alimentlə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki hazırki ərizənin predmetini barışıq sazişinin təsdiq edilməsi təşkil edir. Hazırki ərizənin predmetinə uyğun olaraq hər iki tərəfin ərizəçi və maraqlı şəxsin, xüsusilə ərizəçinin məhkəmə iclasında iştirakı zəruridir. Belə ki, qanunvericiliyə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və ya işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, hazırki mülki iş üzrə məhkəmə iclasları xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərə tarixə təyin edilmiş, həmin tarixdə iş üzrə ərizəçi və maraqlı şəxsə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən özləri və ya nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və ya işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə ərizə verilməsi üçün xx.xx.2025-ci il tarixdə Azərpoçt MMC, Cəlilabad RPF, Cəlilabad PF, Mərkəzi PŞ vasitəsilə 14221102 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba 100 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla baxılmamış saxlanıldığından Ərizəçi tərəfindən məhkəməyə ərizə verilməsi üçün xx.xx.2025-ci il tarixdə Azərpoçt MMC, Cəlilabad RPF, Cəlilabad PF, Mərkəzi PŞ vasitəsilə 14221102 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114.1.5, 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah olunsun ki, məhkəməyə gəlməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlama haqqında qərardadın ləğvi barədə ərizə verə bilərlər. Ərizəçi tərəfindən məhkəməyə ərizə verilməsi üçün xx.xx.2025-ci il tarixdə Azərpoçt MMC, Cəlilabad RPF, Cəlilabad PF, Mərkəzi PŞ vasitəsilə 14221102 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-743/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-743/2025
20.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver