Məhkəmə qərarları › İş №2(015)-863/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-863/2025

05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-863/2025 05.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman oğlunın sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir oğlunın katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02.**.*955-ci ildə Qazax rayonu Yenikənd kəndində doğulmuş atası X2 xx.xx.2025-ci il tarixdə Ağstafa rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 02.**.*955-ci il tarixdə Qazax rayonu Yenikənd kəndində doğulmuş X5 onun doğma atasıdır. O, xəstəliyinə görə müəyyən vaxtlarda müalicə almışdır. Müalicə tam başa çatmamış o, xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Mərhum atası X3 xx.xx.2025-ci il tarixdə Ağstafa rayon Aşağı Kəsəmən kənd qəbiristanlığında dəfn etmişlər. Atasının qəflətən vəfat etməsinə başları qarışdığından ona ölüm qeydiyyatı qeyd edilməmişdir. Hazırda vərəsəliklə bağlı onun ölməsi faktının təsdiq edilməsi zərurəti yaranmışdır. Odur ki, 02.**.*955-ci ildə Qazax rayonunun Yenikənd kəndində doğulmuş atası X2 xx.xx.2025-ci il tarixdə Ağstafa rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, mərhum atası uzun müddətli şəkər xəstəsi olduğu üçün xəstəxanaya yerləşdirilmişdir. Müalicəsi mümkünsüz olduğundan xəstəxanadan evə gətirərkən vəfat etmişdir. Mərhum atasına ölüm haqqında sənəd həmin xəstəxana tərəfindən verilmiş, lakin Qeydiyyat şöbəsi tərəfindən həmin sənədin əsassız olduğunu bildirilərək, mərhuma ölüm haqqında şəhadətnamə verilməmişdir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etdi.

4. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Maraqlı şəxs məhkəməyə məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzrlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, ərizəçinin qardaşıdır. Mərhum atası X5 uzun müddət şəkər xəstəliyindən əziyyət çəkmiş, xx.xx.2025-ci il tarixdə xəstəxanadan qayıdarkən yolda rəhmətə getmişdir. Mərhum Ağstafa rayon Aşağı Kəsəmən kənd qəbiristanlığında dəfn olunmuşdur.

7. Məhkəmə iclasında şahid X* şahid X6 ilə eyni məzmunlu ifadə verdi.

8. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Maraqlı şəxs tərəfindən *2 mart 2025-ci il tarixli 3-*6-5/8-L-40/2025 nömrəli arayışdan görünür ki, mərhum X2 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə *2.03.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.

10. Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Aşağı Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin *20/g nömrəli ** mart 2025-ci il tarixli arayışından görünür ki, 02.**.*955-ci il təvəllüdlü X5 həqiqətən xx.xx.2025-ci il tarixində vəfat etmiş və xx.xx.2025ci il tarixdə Aşağı Kəsəmən kənd qəbiristanlığında dəfn olunmuşdur.

11. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X5 02.**.*955-ci ildə Qazax rayonu, Yenikənd kəndində anadan olmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. İşdə olan sənədlərlə müəyyən olunur ki, ərizəçinin mərhum atası X5 xx.xx.2025-ci il tarixdə Ağstafa rayonunda vəfat etmiş, Ağstafa rayonu Aşağı Kəsəmən kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi mərhum X4 ölüm haqqında şəhadətnamə verilməsi barədə müraciət etsə də, ona şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Ona görə də, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

14. Həmin Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

15. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

16. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndində qeyd olunub ki, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

17. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.

18. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizəçinin mərhum atası X2 ölməsi faktı məhkəmə iclasında öz təsdiqini tapdığından, X2 xx.xx.2025-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Qeyd olunan Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

22. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi :

Ərizə təmin edilsin. 02.**.*955-ci il tarixdə Qazax rayonu Yenigün kəndində anadan olmuş Ərizəçi 04 fevral 2025-ci il tarixdə Ağstafa şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamə ölümün qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar