Məhkəmə qərarları › İş №2(016)-1071/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1071/2024

11.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1071/2024 11.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1974-cü il tarixində Ağsu şəhərində anadan olmuş X4 ölüm faktının müəyyən edilməsi və adına ölüm şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qardaşı X6 xx.xx.1974-cü ildə Ağsu şəhərində anadan olmuşdur. Evli olub, birgə nikahdan X5 və X8 adlı uşaqları olmuşdur. Qardaşı ailəsi ilə birgə İraq Respublikasının Mosul şəhərinə getmiş, 2014-cü ildə Mosul şəhərində vəfat etmişdir. X2 Adamova isə hal-hazırda Mosul şəhərində cəzaçəkmə məntəqəsindədir. Onun övladları səfirlik tərəfindən Azərbaycana reportasiya edilmişdir. Ağsu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 146 saylı sərəncamına əsasən uşaqlar ona verilmişdir. xx.xx.2024-cü il tarixli, 3-16-5/8-11-184/2024 nömrəli məktubuna əsasən xx.xx.1974-cü il təvəllüdlü X4 ölümü barədə arxivdə heç bir məlumat aşkar olmamışdır. Ölüm faktını müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi məhkəmə iclasında təmsil olunmamışdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X6 xx.xx.1974-cü ildə Ağsu şəhərində anadan olmaqla, atası X9, anası X7r. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli sərəncamından görünür ki, ünvan 1 ünvanında yaşayan Ərizəçi X3 üzərində qəyyum təyin edilmişdir. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli sərəncamından görünür ki, ünvan 1 ünvanında yaşayan Ərizəçi azyaşlılar X5 və X8 üzərində qəyyum təyin edilmişdir. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1974-cü il tarixdə Ağsu şəhərində doğulmuş qardaşı X4 ölümü barədə Şöbənin arxivində heç bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilmiş xx.xx.1974-cü il təvəllüdlü X6 onlara vəhhabi təriqətinə etiqad edən şəxs kimi məlumdur. O, terrorçu qruplaşmaların tərkibinə qoşulmaq üçün xx.xx.2014-cü il tarixdə ölkə ərazisini Türkiyə Respublikası istiqamətində tərk etmiş, daha sonra isə Suriyaya səfər etmişdir. Qeyd olunan şəxsin hazırda olduğu yer və fəaliyyəti barədə ünvanlarına hər hansı məlumat daxil olmamışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X1 dəfə ölkə ərazisini Türkiyə Respublikası istiqamətində xx.xx.2014-cü il tarixdə tərk etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcüd olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 305.1.2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məhkəmə hesab edir ki, ərizəçi oğlu Zamiq Vəliyevin ölmüş hesab edilməsi barədə MPM-in 312-ci maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, X4 ölmüş elan edilməsi üçün iş materiallarında mötəbər sübut yoxdur. Belə ki, iş materiallarından olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cahangir Əliyevin ölübölməməsi, hazırkı yeri və fəaliyyətinə dair məlumatlar onlara daxil olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, ərizə əsassızdır. Normadan da görünur ki, fiziki şəxs üç halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Əvvəla, şəxsin ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğu güman edilən bir şəraitdə xəbərsiz itkin düşməsidir. Bu halda həmin şəxsin haqqında cəmi altı ay ərzində xəbər çıxmaması onun ölmüş elan edilməsinə əsas verir. Göründüyü kimi, bu halda şəxsin haqqında müəyyən müddət ərzində məlumat olmaması ilə yanaşı onun həlak olması üçün real ölüm təhlükəsi yaradan şəraitin də mövcudluğu tələb olunur. Şəxsin ölmüş elan edilməsinin qanunvericiliyin normasına əsasən digər əsası hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxsin haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumat alınmamasıdır. Bu halda da, şəxsin həlak olduğunu güman etməyə əsas vardır. Şəxsin ölmüş elan edilməsinin digər əsası isə şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, məhkəmə onu ölmüş elan edə bilər. Bu halda, şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur, ancaq beş il ərzində onun barəsində məlumat olmaması onun ölmüş elan edilməsi üçün kifayətdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 ölmüş elan edilməsi üçün iş materiallarında mötəbər sübut olmadığından ərizə əsassızdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar