Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1072/2025 22.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1932-ci il tarixdə anadan olmuş və xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Daşdəmirbəyli kəndində vəfat etmiş X1nın ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci ildə Ağsu şəhərində anadan olmuşdur. X1 xx.xx.1932-ci il tarixdə anadan olmuş və xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Bununla bağlı Ağsu Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir. Bundan sonra Maraqlı şəxs də ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının qeydiyyata alınmasından imtina etmişdir. Bu barədə ona aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Göründüyü kimi, ölüm faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməyi mümkün olmamışdır. Ölüm faktının müəyyən olunması ona ilk növbədə ölüm haqqında şəhadətnamənin alınması və ondan sonra yarana biləcək hüquqlar üçün lazımdır. Mərhum X1 xx.xx.2025-ci ildə Ağsu rayonu Daşdəmirbəyli kəndində vəfat etmiş və onu kənd camaatının iştirakı ilə Ağsu rayonu Daşdəmirbəyli kənd qəbristanlığında dəfn etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 03192453 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1932-ci il tarixdə anadan olmuşdur. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, anası xx.xx.1932-ci il təvəllüdlü X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxiv məlumatlarına və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X3 adına heç bir tibbi müşahidə və bu barəda sənədləri olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi səlahiyyətləri xaricindədir. - Ərizəçi, X13 və X4 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Ağsu rayonu, Daşdəmirbəyli kənd sakini X6 xx.xx.2025-ci ildə Ağsu rayonu, Daşdəmirbəyli kəndində vəfat etmişdir. X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun atasıdır. Mərhumun xəstəliyi olmamışdır. Ağsu rayonu, Daşdəmirbəyli kənd qəbirstanlığında dəfn edilmişdir. Yas mərasimində iştirak etmişdir. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi həmkəndlisidir. Mərhum bu ilin may ayında vəfat etmişdir. Ağsu rayonu, Daşdəmirbəyli kənd qəbirstanlığında dəfn edilmiş, yas mərasimlərində iştirak etmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X6 xx.xx.2025ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin hüquqların əldə edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsi hüquqların əldə edilməsi üçün vacib olduğundan, ərizəçi anasının ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2025-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1932-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Daşdəmirbəyli kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-1072/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1072/2025
22.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver