Məhkəmə qərarları › İş №2(016)-1075/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1075/2025

25.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1075/2025 25.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin bütün bəndlərinin təsdiq olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxslə aralarında xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Həmin sazişin şərtlərinə əsasən Maraqlı şəxs üzərinə öhdəlik götürmüşdür ki, müqavilə imzalandıqdan dərhal sonra birgə yaşayışlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay hər ușağa görə 200 manat olmaqla, cəmi iki uşağa görə 400 manat aliment, xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün 50 manat baxım pulu, cəmi 450 manat məbləğində aliment ödəyəcək. Lakin o, üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənləri müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında çıxış edərək ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki: - Tərəflər rzılaşmışlar ki, Ərizəçi və Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi himayəsinə veriləcək; - Hər ay hər ușağa görə 200 (iki yüz) manat olmaqla, cəmi iki uşağa görə 400 (dörd yüz) manat aliment, xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün 50 (əlli) manat baxım pulu, cəmi 450 (dörd yüz əlli) manat, cavabdehin iş yeri, Ağsu rayonu, X3 hissəsi (DX Baş Çavuşu, sürücü vəzifəsində işləyən Maraqlı şəxs əmək haqqından tutularaq kart vasitəsilə ödəniləcək. - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2017-ci ildə doğulmuşdur. - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2023cü ildə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin Maraqlı şəxs həmin sazişin şərtlərini yerinə yetirməyi öhdəsinə götürsə də, buna əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə X6 arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Ərizəçi və Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi himayəsinə verilsin. Hər ay hər ușağa görə 200 (iki yüz) manat olmaqla, cəmi iki uşağa görə 400 (dörd yüz) manat aliment, xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün 50 (əlli) manat baxım pulu, cəmi 450 (dörd yüz əlli) manat, cavabdehin iş yeri, Ağsu rayonu, X3 hissəsi (DX Baş Çavuşu, sürücü vəzifəsində işləyən Maraqlı şəxs əmək haqqından tutularaq kart vasitəsilə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar