Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1170/2025 14.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X25 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək XX.XX.1934-cü il təvəllüdlü mərhum X5nın xx.xx.2025-ci ildə ölümünun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 onun doğma anasıdır. O, XX.XX.1934-cü il təvəllüdlü idi. Anası 23 iyun 2025-ci il tarixdə Ağsu rayonu, Muradlı kəndində ölmüş və həmin günü yaxın qohum-əqraba və kənd camaatının iştirakı ilə Ağsu rayonu, Qaraqoyunlu kənd qəbirstanlığında dəfn edilmişdir. Bununla bağlı Ağsu Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir və bununla bağlı məhkəməyə müraciət etməli olduğunu tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, vəfat edən onun anasıdır. X5 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Ağsu rayonu, Qaraqoyunlu kənd qəbirstanlığında dəfn edilmişdir. Hüzrdə qohumlar və qonşular iştirak etmişlər. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X11 izahat verərək bildirmişdir ki, ərizəçi ilə dostdur. Mərhum X1 23 iyun 2025-ci il tarixdə vəfat etmiş və Qaraqoyunlu kənd qəbirstanlığında dəfn edilmişdir. Yas mərasimində qohum və qonşular iştirak etmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X13 izahat verərək bildirmişdir ki, ərizəçi ilə dostdur. Yas mərasimində o da iştirak edib. 23 iyun 2025-ci il tarixdə vəfat etmişdir. Ağsu rayonu, Qaraqoyunlu kənd qəbiristanlığında dəfn edilmişdir. Yas mərasimində qohum və qonşular iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-11-324/2025 saylı məktubundan görünür ki, X10 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxiv məlumatlarına və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. - Ağsu RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 XX.XX.1934-cü il tarixdə Ağsu rayonu, Muradlı kəndində anadan olmuşdur. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağsu rayon Mərkəzi Xəstəxanası” X26 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-25/2-M-679-31-950/2025 saylı məktubdan görünür ki, X10 adına heç bir tibbi müşahidə və bu barədə sənədləri olmadığı üçün ölüm (106) haqqında tibbi şəhadətnamə verilməsi səlahiyyətləri xaricindədir. - xx.xx.2025-ci il tarixdə Ağsu RİH-nin Muradlı kənd icra nümayəndəsinin müavini X6, Ağsu rayonu, Qaraqoyunlu bələdiyyəsinin sədr müavini X7, Muradlı kənd sakini X8 tərəfindən tərtib edilmiş aktdan görünür ki, X16 xx.xx.2025-ci il tarixdə Muradlı kəndində vəfat etmişdir. - Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Muradlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5- 34-30/2-3-64/2025 saylı arayışdan görünür ki, X16 xx.xx.2025-ci il tarixdə Muradlı kəndində vəfat etmişdir. X4 vəfat edən günə kimi Ağsu rayonu Muradlı kəndində yaşayıb. - xx.xx.2025-ci il tarixli Təcili və X12 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən, X10 ölümün ilkin səbəbi həkimə qədər vəfat etmişdir. - Azərbaycan Respublikası Ağsu rayonu, Qaraqoyunlu bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixli 43 nömrəli arayışdan görünür ki, X16 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Qaraqoyunlu kəndindəki “Qırmızı kümbəz” qəbirstanlığında dəfn edilmişdir. - Foto şəkillərdən görünür ki, X9 vəfat etməsini əks etdirən dəfn yerinin şəkilləri iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi anası XX.XX.1934-cü il təvəllüdlü X16 xx.xx.2025-ci il tarixdə Ağsu rayonunda vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri onun ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni almamışlar. Ərizəçi anasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamələrinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin XX.XX.1934-cü il təvəllüdlü X10 ölümü haqqında akt qeydi şöbədə aşkar edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məlum olduğu kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, XX.XX.1934-cü il tarixdə Ağsu rayonu, Nüydü kəndində anadan olmuş X10 xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Muradlı kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1934-cü il tarixdə anadan olmuş X10 xx.xx.2025-ci ildə Ağsu rayonu, Muradlı kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-1170/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1170/2025
14.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver