Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1173/2025 14.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1940-cı il təvəllüdlü mərhum X2nın xx.xx.2025-ci ildə ölümünun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 onun doğma anasıdır. O, xx.xx.1940-cı il təvəllüdlü idi. Anası 06 iyun 2025-ci il tarixdə ölmüş və həmin günü yaxın qohum-əqraba və kənd camaatının iştirakı ilə kənd qəbirstanlığında dəfn edilmişdir. Bununla bağlı Ağsu Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir və bununla bağlı məhkəməyə müraciət etməli olduğunu tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, vəfat edən onun anasıdır. X2 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Ağsu rayonu, Nüydü kənd qəbirstanlığında dəfn edilmişdir. Hüzrdə qohumlar və qonşular iştirak etmişlər. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X9 izahat verərək bildirmişdir ki, ərizəçi ilə qonşudur. X1 Bakı şəhərində 06 iyun 2025-ci il tarixdə vəfat etmiş və Nüydü kənd qəbirstanlığında dəfn edilmişdir. O, yas mərasimində və dəfndə iştirak etmişdir. Yas mərasimində qohum və qonşular iştirak etmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid Osmanov Fəxrəddin oğlu izahat verərək bildirmişdir ki, ərizəçi ilə qohumdur. 06 iyun 2025-ci il tarixdə vəfat etmişdir. Ağsu rayonu, Nüydü kənd qəbiristanlığında dəfn edilmişdir. O, yas mərasimində və dəfndə iştirak etmişdir. Yas mərasimində qohum və qonşular iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-11-309/2025 saylı məktubundan görünür ki, X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxiv məlumatlarına və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. - Ağsu RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1940-cı il tarixdə Ağsu rayonu, Nüydü kəndində anadan olmuşdur. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağsu rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-25/2-O-572-42-816/2025 saylı məktubdan görünür ki, X3 adına heç bir tibbi müşahidə və bu barədə sənədləri olmadığı üçün ölüm (106) haqqında tibbi şəhadətnamə verilməsi səlahiyyətləri xaricindədir. - xx.xx.2025-ci il tarixdə Ağsu rayon, Nuran kənd ərazi dairəsi üzrə icra nümayəndəsi X6, Ağsu rayonu, Kalva kənd bələdiyyəsinin müavini X9, Nüydü kənd sakini Ərizəçi Ariz oğlu, Nüydü kənd sakini X7 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Ağsu rayon Nüydü kəndində 1940-cı ildə anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və həmin gün Nüydü qəbirstanlığında öz qohumlarının yanında dəfn edilmişdir. - Azərbaycan Respublikası ünvan 2bati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-34-24/2-3-64/2025 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən Ağsu rayonu, Nüydü kəndində qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli Təcili və X4 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X5 Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, həyət evi 1 ünvanında həkimə qədər vəfat etmişdir. - ünvan 2bati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-34- 24/2-3-98/2025 saylı Arayışından görünür ki, X5 xx.xx.2025-ci il tarixdə vəfat edib və həmin tarixdə Ağsu rayon Nüydü kənd qəbirstanlığında dəfn edilmişdir. - Foto şəkillərdən görünür ki, X3 vəfat etməsini əks etdirən dəfn yerinin şəkilləri iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi anası xx.xx.1940-cı il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri onun ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni almamışlar. Ərizəçi anasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamələrinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin xx.xx.1940-cı il təvəllüdlü X3 ölümü haqqında akt qeydi şöbədə aşkar edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məlum olduğu kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1940-cı il tarixdə Ağsu rayonu, Nüydü kəndində anadan olmuş X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1940-cı il tarixdə anadan olmuş X3 xx.xx.2025-ci ildə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-1173/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1173/2025
14.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver